"Mötəbər tədbirlərin keçirilməsi və tarixi qələbələr onu göstərir ki, Azərbaycan Beynəlxalq idman məkanına çevrilir" - DEPUTAT

"Mötəbər tədbirlərin keçirilməsi və tarixi qələbələr onu göstərir ki, Azərbaycan Beynəlxalq idman məkanına çevrilir" - DEPUTATAzərbaycan Beynəlxalq idman məkanına çevrilir. Hər il olduğu kimi, Azərbaycan idmanı üçün 2024-cü il də uğurlu il olmuşdur. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər və 1700-ə yaxın medal qazanılmışdır. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir. Xüsusilə gənc nəslin yetişdirilməsi və vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmanın və idman qələbələrinin ictimai məkanda çox böyük rolu var.

2024-cü ilin ən böyük yarışı Yay Olimpiya Oyunları idi. İdmançılarımız burada da tarixi nəticə əldə etmişdir. Qeyd edim ki, Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edir və bu dəfə komanda hesabında Azərbaycan 30-cu yerdə qərarlaşmışdır. Bunu idmanımız üçün ən yüksək nəticə hesab etmək olar. Bildirim ki, bütövlükdə iki yüzdən çox milli komanda Olimpiya Oyunlarında iştirak edir, onların arasında 30-cu olmaq çox böyük nailiyyətdir. Xüsusi vurğulayım ki, müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə idi. Nəzərə alsaq ki, dünyada 60-a yaxın müsəlman ölkəsi var, bu da böyük və tarixi nailiyyətdir. Komandamız ikisi qızıl, ikisi gümüş, üçü bürünc olmaqla yeddi medal qazanaraq ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırmışdır.

   Bakı şəhərində gənclərimiz idmanla məşğul olmaq üçün müasir idman infrastrukturlarımız vardır. Hazırda, mötəbər tədbirlər keçirmək üçüm təxminən 10 il bundan öncə Olimpiya Stadionu inşa edilmişdir. Paytaxtla yanaşı, bölgələrimizdə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir və işğal altından azad edilmiş bölgələrdə də idmanın kütləviliyinin artırılması üçün yeni Olimpiya İdman Komplekslərinin açılması nəzərdə tutulmuşdur.   

Hər birimizə məlum olduğu kimi, 2025-ci ildə üçüncü MDB Oyunları Azərbaycanda keçiriləcək. Azərbaycan növbəti böyük idman yarışına ev sahibliyi edəcəkdir. Yarışların keçirilməsi üçün 14 şəhər seçilibdir və əsas oyunlar Gəncə şəhərində keçiriləcəkdir. Gəncə ölkəmizdə ikinci ən böyük və tarixi əhəmiyyətə malik qədim şəhərdir. Beləliklə, Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaqdır. Hazırda, Gəncə şəhərində  yeni stadion inşa edilir və Oyunlara qədər istismara veriləcəkdir. Eyni zamanda, bir neçə ay bundan əvvəl Gəncə şəhərində ölkəmizin böyük Olimpiya İdman Kompleksi açılmışdır. 

Qeyd edim ki, ölkəmizdə demək olar ki hər il belə mötəbər tədbirlərin keçirilməsi və tarixi qələbələrin əldə olunması onu göstərir ki, Azərbaycan Beynəlxalq idman məkanına çevrilir.

Şahin Seyidzadə

Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1559   Tarix: 27 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr
.

2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında

24 sentyabr
.

David Seliverstov-Çingiz Qənizadə məhkəməsi: Anatoli Rafailovun adı ilə bağlı sübutlar təqdim edildi

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə Binəqədi Rayon Məhkəməsində hazırlıq iclası keçirilib. İclasla bağlı ünvanladığımız sorğunu cavablandıran vəkil Sahil Allahverdiyev bildirib ki, Çingiz Qənizad

24 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Qadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı

Ağdaşda tanımış iş adamının nəvəsinin tir tüfəngi ilə qonşuluqda yaşayan qadını yaralaması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub. "Teleqraf" xəbər verir ki, hadisə zamanı xəsarət alan 51 yaşlı qadın xəstəxanadan evə buraxılıb. TƏBİB-dən bildirilib ki, 17.09.2026-cı il tarixind

23 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr