Pilotun uçuşdan bir gün əvvəl anasına yazdığı mesaj... - Video
"Hadisədən bir gün öncə mənə vatsapda yazdı və dedi ki, onu reysə təyin ediblər. Onu həmişə hansısa reysə təyin edəndə məni xəbərdar edirdi ki, ana, mən ora uçuram, gəliş vaxtı filan vaxt. Həmişə qayıdanda yazırdı ki, mən evə çatdım, narahat olma".
"Qafqazinfo" xəbər verir ki, bu sözləri AZƏRTAC-a Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsinin həlak olan pilotu Aleksandr Kalyaninovun anası Yelena Kalyaninova bildirib.
O, oğlunun cəmi bir ildir ki, işlədiyini, işini çox sevdiyini deyib: "Bir il işlədi və məzuniyyətə çıxdı. Bu onun ilk məzuniyyəti idi. Mənə zəng vurmuşdu, deyirdi ki, məzuniyyəti Avropada keçirmək istəyirəm, Fransanı seçmişəm. Dedim ki, əlbəttə, Saşa, sənin bir ilin çox gərgin olub. Onun çox sıx cədvəli var idi. Dedim ki, sən bunu qazandın, buna layiqsən. Məzuniyyətdən qayıtdı, cəmi bir həftə idi ki, işləyirdi. 2013-cü ildən bu peşə üzrə oxuyurdu, işini çox sevirdi. Ümumiyyətlə, işi haqqında çox danışan deyildi. Cəmi bir il idi ki, uçurdu. Hər dəfə fərqli kapitanlarla uçuş həyata keçirirdi..."
Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı reysi ilə uçan "Embraer 190" təyyarəsi dekabrın 25-də fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Ölənlər arasında pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökümə Əliyeva da var.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2143 Tarix: 28 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir
"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco
17 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18 sentyabr 2021Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18 sentyabr 2021Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021