AZAL-ın təyyarəsinin vurulmasına görə Çeçenistan aeroportunun rəhbəri istintaqa cəlb edildi
Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarənin Aktau limanında qəzaya uğramasına görə, dünən axşam saatlarında müstəntiqlər Qroznıda Hava Hərəkətinin İdarə Edilməsi üzrə Dövlət Korporasiyasının yerli bölməsinin əməkdaşlarını dindiriblər.
Lent.az-ın Rusiya KİV-ə istinadla məlumatına görə, dindirilənlər arasında Qroznı aerodromunun uçuş direktoru Camlail Bakanayev də var. O bildirib ki, bütün sistemlər işlək vəziyyətdədir və xidməti vəzifələri çərçivəsində onun tərəfindən yoxlanılıb. Uçuş direktoru kimi o, həmin vaxt Bakı-Qroznı reysinin enməsi üçün heç bir maneə görməyib.
Həmçinin dindirilənlərdən biri faciə zamanı təyyarəni idarə edən dispetçer keçmiş futbolçu Əli İdrisovdur. İdrisov deyib ki, o, təyyarə yerə enən zaman hava hücumundan müdafiə sisteminin işindən xəbəri olmayıb və "Xalça" planı barədə fövqəladə vəziyyətdən beş dəqiqə sonra məlumat alıb.
O, PUA-nın hücumu və hava hücumundan müdafiə sisteminin fəaliyyəti barədə heç bir təsəvvürünün olmadığını iddia edir. İddialara görə, o, təyyarənin ekipajının hesabatına əsaslanaraq, hadisəni sona qədər quş vurması kimi qiymətləndirib.
Əli İdrisov dispetçer olmamışdan əvvəl peşəkar futbolçu olub və Ramzan Kadırovun sevimli klubu "Terek Qroznı"da (indiki "Axmat") çıxış edib. Daha sonra, 2016-cı ildə Regionlararası İnşaatçılar Birliyində hüquqşünas kimi işə düzəlib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?