"İranın bu səviyyəyə çatmasında, Ameli kimi arxaik təfəkkürlü din dəllallarının rolu böyükdür" - DEPUTAT

"İranın bu səviyyəyə çatmasında, Ameli kimi arxaik təfəkkürlü din dəllallarının rolu böyükdür" - DEPUTATXəbər verdiyimiz kimi 29 dekabr 2024-cü il tarixində Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının "Xəbər Şəbəkəsi" kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçımıza qarşı səsləndirilən təhqiramiz ifadələr səsləndirib.

Bununla yanaşı, həm də son zamanlar İranda əhali arasında açıq-aşkar şəkildə anti-Azərbaycan əhvali-ruhiyyəsi ciddi şəkildə qızışdırılır.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, Ameli İranın dini rəhbəri Xamaneinin Ərdəbil üzrə nümayəndəsidir:

"Bu o deməkdir ki, İranın müstəqil Azərbaycana yönəlik, uzun illər ərzində formalaşmış siyasəti davam edir və heç bir dəyişiklik baş verməmişdir. İranın Livanda, İraqda, Suriyada, Yəməndə apardığı siyasətin iflasa uğramasına baxmayaraq, geri zəkalı molla rejimi əqidəsini dəyişmir. Cəmi bir il ərzində, həmin ölkələrdə yetişdirdiyi və maliyyələşdirdiyi proksi qüvvələri darmadağın edildi. İsrail tərəfindən hərbi obyektlərinin vurulmasına, yüksək rütbəli hərbçilərinin, nüvə silahı üzərində çalışan alimlərinin, dövlət adamlarının Tehranın mərkəzində qətlə yetirilməsinə, karikatura tipli, razılaşdırılmış cavabları İranın beynəlxalq nüfuzunu heçə endirdi. İranın qüdrəti, hərbi gücü barədə, Amelinin və onun kimi nağılbazların apardığı təbliğat sabun köpüyü kimi əridi. Miflər dağıldı. Hesab edirəm ki, İran-molla diplomatiyasını normal siyasətdən fərqləndirən əsas cəhət, reallıqla uzlaşmayan ideologiyanın kor-təbii əsirinə çevrilmələridir. Nəticə isə, göz qabağındadır. Geniş coğrafi imkanlara, təbii resurslara, gənc, enerjili insan kapitalına rəğmən, böyük bir dövlət dilənçi, beynəlxalq aləmdən təcrid olunmuş vəziyyətdədir".

Deputat qeyd edib ki, İranın bu səviyyəyə çatmasında, Ameli kimi arxaik təfəkkürlü, din dəllallarının rolu böyükdür:

"Onun anti-Azərbaycan isterikasının kökündə, sivil, müasir dövlət quruculuğumuz, günü-gündən güclənməyimiz, inkişafımız durur. Ameliyə işıqlı, savadlı, müasir, dünyaya açıq, rəqabət qabiliyyətli gənclər yox, saatlarla məscidlərdə nağıllara qulaq asan, kütlə lazımdır. Həmin zat, Güney Azərbaycanda milli kimliyini dərk edən gəncliyi özü üçün, təmsil olunduğu rejim üçün ən böyük təhlükə olaraq görür. Mollaları qorxudan, məhz budur. Ona görə də, var gücü ilə milli şüurun oyanmasını əngəlləyən, dini təbliğatla məşğul olurlar.

Amelinin yuxusuna haram qatan digər səbəb isə, Güneyli soydaşlarımız arasında, Müzəffər Ali Baş Komandan İlham Əliyevin nüfuzu, kütləvi mitinqlərdə, tədbirlərdə Azərbaycan ölkə başçısının portretlərini qaldırmalarıdır. Bu fakt, fars rejimini ciddi narahat edir. Bunun qarşısının alınması üçün Güneyli və Quzeyli soydaşlarımız arasında ədavət qızışdırılır
Allah qəni-qəni Mirzə Fətəli Axundova, Mirzə Cəlilə, Sabirə, Zərdabiyə, Üzeyir bəyə rəhmət eləsin. Azərbaycan insanı yaxşı başa düşür ki, 21-ci əsrdə, heyvanların bioloji tullantılarından gümüş istehsal edən "molla İbrahimxəlil tipli kimyagərlərlə ", ölü dirildən "Şeyx nəsrullahlarla" yol getmək ölümə bərabərdir. Əsr, İnformasiya kommunikasiya texnologiyaları əsridir. Nağıllar işləmir".

Deputat vurğulayıb ki, son illər, xüsusilə 44 günlük müharibədən sonra mollaların maskası cırıldı:

"Xalq düşmənini, dostunu tanıdı. Hər kəs bilir ki, Sovetlər İttifaqı dağılandan sonra, İran dövlətinin Cənubi Qafqaz ölkələrinə yönəlik düşünülmüş, planlaşdırılmış xarici siyasəti olmuşdur. Azərbaycan gəncləri bu ölkənin dini məktəblərində təhsil almalı, nisbətən perspektivlər maddi maraq qarşısında xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunmalı, məscidlərdə və mədrəsələrdə, əhali arasında təbliğat aparmalıdırlar. 30 ildən artıq bir müddətdə, ölkəmizdə bu siyasətə başçılıq edən şəxs, rəhbərin burdakı nümayəndəsi, SEPAH zabiti Ocaqnicat olmuşdur. Əfsuslar olsun ki, bu gün zərərli ideologiyanın təsiri altına düşən xeyli sayda insanımız var.

Azərbaycandan fərqli olaraq, Ermənistanla münasibətlər sosial, ticari, iqtisadi, siyasi, təhlükəsizlik maraqları üzərində qurulmuşdur. Ermənistan prezidentlərinin etiraf etdikləri kimi, "əgər İranın dəstəyi olmasaydı, Ermənistan da olmazdı".
İran bizimlə molla, narkotik ixrac etməklə, Ermənistanla iqtisadi layihələrin icrası ilə məşğul olmuşdur.
Biz demokratik cəmiyyətdə yaşayırıq. Hər bir insan istədiyi ölkəyə simpatiya və yaxud antipatiya hissləri bəsləyə bilər. Ancaq, hər birimiz, hər şeydən əvvəl dövlətimizin bütövlüyünə, sabitliyinə xələl gətirən amilləri dəf etməliyik. Heç bir ideologiya, siyasi-dini baxışlar,milli birliyimizi sarsıtmamalıdır. Ameli kimi avantüristlər həmişə olub, gələcəkdə də olacaq. Biz cavab verməyi bacarmalıyıq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1541   Tarix: 02 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

Martin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı

Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. "Report" xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamını

23 sentyabr
.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

Azərbaycanın metallurgiya xəritəsi yenidən cızılır: 5,3 milyard manatlıq Dövlət Proqramı nə vəd edir?

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı istiqamətində növbəti mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirəd

23 sentyabr