Qazaxıstan Prezidenti BMT-yə rəhbərlik etmək planları ilə bağlı şayiələri təkzib edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2026-cı ildə BMT-yə rəhbərlik etməyi planlaşdırması ilə bağlı sosial şəbəkələrdə yayılan şayiələri təkzib edib.
"Report"un Qazaxıstan bürosunun məlumatına görə, o, bu barədə "Ana tili" qəzetinə müsahibəsində bildirib.
"Mən BMT baş katibinin müavini və Silahsızlanma üzrə Konfransın Baş katibi kimi BMT-nin Cenevrə ofisinə rəhbərlik etməli oldum. Faydalı təcrübə və beynəlxalq proseslərin mexanizmləri haqqında anlayış əldə etdim. Hesab edirəm ki, bu, artıq kifayətdir. Mənim ölkənin uzun illər davam edəcək inkişafı üçün böyük planlarım var və mən onları həyata keçirmək niyyətindəyəm", - o deyib.
Tokayevin sözlərinə görə, görünməmiş geosiyasi gərginlik şəraitində Qazaxıstan ölkənin təhlükəsizliyinin və dayanıqlı iqtisadi inkişafının təmin edilməsinə sadiqdir.
O həmçinin qeyd edib ki, həm Qərbdə, həm də bütün dünyada Qazaxıstanı orta güc adlandırırlar.
"Bu status, əlbəttə ki, bizi çox işlər görməyə, ilk növbədə, beynəlxalq arenada məsuliyyətli davranmağa, dövrümüzün ən aktual problemlərinə konstruktiv yanaşmağa məcbur edir. Buna əsasan Qazaxıstan "bütün bəşəriyyətin ümumi evi", qeyri-alternativ və universal təşkilat kimi BMT-nin ardıcıl dəstəkçisi olaraq çıxış edir", - Qazaxıstan lideri söyləyib.
O qeyd edib ki, əsas məqsədi dövlətin iqtisadi potensialını, suverenliyini və beynəlxalq mövqelərini gücləndirməkdir.
"Prezidentliyimin əvvəlindən bu günə kimi qəbul edilmiş qərarlara və onların nəticələrinə görə tam məsuliyyəti öz üzərimə götürürəm, mən başqa cür işləyə bilmirəm və işləmək də istəmirəm", - Tokayev fikrini yekunlaşdırıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1187 Tarix: 03 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiyada ayılar bu şəhəri əhatəyə aldı
Ayılar Rusiyanın Xakasiya Respublikasının Abaza şəhərini əhatəyə alıblar. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xakasiya rəhbərinin müavini Dmitri Buçenik özünün "Max" kanalında bildirib. Onun sözlərinə görə, ötən gecə yırtıcıların hər tərəfdən şəhərə daxil olması halları qeydə alınıb
23 sentyabrQırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb
Qırğızıstan parlamenti (Joqorku Keneş - Qeyd) növbəti prezident seçkilərinin 27 yanvar 2027-ci ildə keçirilməsini təyin edib. xəbər verir ki, prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarı iclasda iştirak edən 86 deputatın hamısı dəstəkləyib. Qırğızıstan Konstitusiyasının 80-ci maddəsinin 2-ci hissəsin
24 sentyabrTramp Si Cinpinə qartal heykəli hədiyyə etdi
ABŞ prezidenti Donald Tramp Vaşinqtona səfər edən Çin prezidenti Si Cinpinə qartal heykəli hədiyyə edib. xəbər verir ki, Tramp heykəlin Pekində şərəfli yer tutacağına ümid etdiyini bildirib. "Bu, görkəmli bir amerikalı rəssamın hədiyyəsidir və bu gün ən yaxşılarından biridir. Melaniya (Amerika liderini
25 sentyabrPeskov Putinin Trampla görüş keçirməyə hazır olduğunu bəyan edib
Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla görüş keçirməyə hazırdır. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib. O qeyd edib ki, lakin bu cür təmasların mümkün keçirilmə müddətlərin
23 sentyabrDünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
Səyahət zamanı mümkün qədər çox müsbət emosiyalar yaşamağa imkan verən istiqamətlərlə bağlı maraqlı araşdırma aparılıb. İlk sırada Portuqaliyanın paytaxtı Lissabon qərarlaşıb. Qaynarinfo xəbər verir ki, "TimeOut"un yazdığına görə, "xoşbəxtlik" tərəfindən psixoloq Natali Dattilo-Rayanl
25 sentyabrABŞ və Çin Busan ticarət müqaviləsini uzatmaq barədə razılığa gəliblər
ABŞ və Çin tərəflərin bir-birinə tətbiq etdiyi bəzi ticarət məhdudiyyətlərindən imtinanı nəzərdə tutan razılaşmanı 10 yanvar 2027-ci ilə qədər uzatmaq barədə razılığa gəliblər. xəbər verir ki, bunu ABŞ Maliyyə Naziri Skott Besant bildirib. "Bu gün iki ölkəmiz arasındakı iqtisadi gərginliyi azaltma
24 sentyabrBuker mükafatı 2026-cı ilin namizədlərinin siyahısını açıqladı
Buker Mükafatının Təşkilat Komitəsi 163 təqdimat arasından seçilmiş altı əsərin daxil olduğu 2026-cı il üçün qısa siyahını açıqlayıb. xəbər verir ki, yekun siyahı mükafatın rəsmi saytında dərc edilib. Qısa siyahıya İngiltərə, Şotlandiya, Yamayka və ABŞ-dan olan yazıçılar daxildir. Onların arasında keçmi
23 sentyabr