Qroznıda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın "hərbi hissəsi" məxfiləşdirilib
Dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) "Embraer 190" təyyarəsi ilə bağlı istintaqın "hərbi hissəsi" Çeçenistan paytaxtı Qroznıda (Rusiya) məxfiləşdirilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "VÇK-OQPU" Telegram" kanalı məlumat verib.
Mənbənin sözlərinə görə, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin və komitənin mərkəzi aparatının təcrübəli müstəntiqlərinin Çeçenistan Respublikasına səfər etməsinə baxmayaraq, faktiki olaraq, hərbçilərlə bağlı bütün istintaq hərəkətləri yerli 505-ci Hərbi İstintaq Şöbəsinin müstəntiqləri tərəfindən həyata keçirilir.
"Təyyarəyə raket zərbələri endirən "Pantsir" döyüş maşınının ekipajı şöbə rəisi tərəfindən dindirilib. Ezam olunmuş müstəntiqlərə gəlincə, onların bəziləri Aktauya yola düşüblər və orada onlara qəza yerində işləmək icazəsi verilib, bir hissəsi isə Qroznıda işləyir. Onlar dispetçer və uçuş rəhbərini dindiriblər və hələ ki istintaqın onlara sualları yoxdur. Həmçinin, fövqəladə vəziyyətə təsir göstərə biləcək digər hallar da təhlil edilir.
Məsələn, GPS texnologiyası geniş yayılmazdan əvvəl təyyarələrin enişi KQS (kurs-qlissad sistemi - təyyarənin enişə yaxınlaşması üçün radiomayak sistemi) vasitəsilə həyata keçirilirdi. Bu üsul hələ də geniş yayılıb və bütün dünyada istifadə edilir, lakin hansısa səbəbdən genişmiqyaslı yenidənqurma işləri zamanı (işin başa çatması tarixi 2025-ci ildən 2026-cı ilə dəyişdirilib) bu sistem Qroznıdakı aerodromda sökülüb", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, dekabrın 25-də səhər saatlarında AZAL aviaşirkətinin Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 67 nəfər, o cümlədən beş ekipaj üzvü (37-si Azərbaycan, 16-sı Rusiya, altısı Qazaxıstan, üçü Qırğızıstan vətəndaşı) olub. Son məlumatlara görə, qəza nəticəsində 38 nəfər həlak olub ki, onların içində hər iki pilot da daxil olmaqla, üç ekipaj üzvü də olub. Sağ qalanlara ambulator və psixoloji yardım göstərilir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Bank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Prezident icra başçısını vəzifəsindən azad etdi
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Çingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Bu bölgəyə qar yağdı: Yüksək ərazilər ağ örpəyə büründü