"Təyyarənin qara qutusunun yanvar ayının sonlarına doğru Braziliyada açılması nəzərdə tutulub" - AÇIQLAMA

"Təyyarənin qara qutusunun yanvar ayının sonlarına doğru Braziliyada açılması nəzərdə tutulub" - AÇIQLAMADekabrın 25-də Bakı-Qroznı reysi ilə uçmalı olan sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğrayıb, 40-a yaxın adam həlak ollub, 20-dən çox yaralı var.

Qeyd edək ki, AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarə ilə bağlı Prezident İlham Əliyev AzTV-yə müsahibə verib.

Hazırda hadisə ilə bağlı başladılan beynəlxalq araşdırma davam edir.

Bəs görəsən təyyarə qəzası ilə bağlı araşdırma ədalətli nəticə ilə yekunlaşacaqmı?

Mövzu ilə bağlı politoloq Tural İsmayılov Sonxeber.az – a açıqlama verib:

"Nəzərə almaq lazımdır ki, təyyarə qəzası mütləq obyektiv araşdırılmanı tələb edən bir məsələdir. Amma təəssüflər olsun ki, qəza baş verən ilk günlərdə Rusiya tərəfi hadisənin öz səhvi ucbatından baş verdiyini görməzdən gəlməyə çalışdı və üzr məsələsində də iki gün səssizlik nümayiş etdirdi. Eyni zamanda Rusiya istəyirdi ki, beynəlxalq ekspertlər olmadan dar çərçivəli, məhdud sayda komanda ilə prosesi nəzarətə götürsün. Amma Azərbaycan tərəfinin səyləri nəticəsində bu gün hadisə ilə bağlı beynəlxalq araşdırma aparılır. Eyni zamanda, Azərbaycan tərəfindən də cinayət işi qaldırılıb. İstintaq davam etdirilir. Təyyarənin qara qutusunun yanvar ayının sonlarına doğru Braziliyada açılması nəzərdə tutulub. Əlbəttə ki, həmin beynəlxalq araşdırma qrupun tərkibində Azərbaycandan da nümayəndə var. Bu da onu deməyə əsas verir ki, təyyarə qəzası ilə bağlı araşdırmaların ədalətli bir nəticəsi elan olunacaq. İlk gündən prezident İlham Əliyev vurğulayıb ki, bütün nəticələr cəmiyyətə aydın şəkildə açıqlanacaq. Həmçinin, Rusiyanın hadisədə günahkar olduğu da ilk gündən məlum oldu və ictimaiyyətlə paylaşıldı. Rusiya beynəlxalq aləmə obyektiv rəy ötürməyə bilər, amma hesab edirəm ki, Azərbaycan tərəfindən bütün nəticələr ictimaiyyətə açıqlanacaq".
Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1571   Tarix: 06 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr