"Fransa Azərbaycan ərazisində seperatizmi dəstəkləyir" - DEPUTAT

"Fransa Azərbaycan ərazisində seperatizmi dəstəkləyir" - DEPUTAT6 yanvar 2025-ci il tarixində Fransa Prezidenti Emmanuel Makron səfirlər konfransında çıxışı zamanı bildirib ki, "Ermənistana münasibətdə Rusiya müttəfiqlik əlaqələrinə dəyişiklik edərək, Azərbaycanın fəaliyyətini dəstəkləyib". O, həmçinin qeyd edib ki, "Fransanın özü son aylarda bir çox dənizaşırı ərazilərində, xüsusilə də Yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxilələrlə hücumlara məruz qalıb. Bizim beynəlxalq hüququ və Ermənistanı müdafiə etdiyimizi anlamayan Azərbaycan bununla məsələni həll etdiyini düşünür".

Bəs görəsən bu açıqlama nə dərəcədə həqiqəti əks etdirir?

Deputat Razi Nurullayev mövzu ilə bağlı Sonxeber.az – a danışıb:

"Fransa prezidenti Emmanuel Makronun dedikləri həqiqəti əks etdirmir. Əslində minsqrupun həmsədri Fransa, ABŞ və Rusiya olub. Onlar qərarları birlikdə qəbul ediblər və münaqişənin həllini 30 gün gecikdiriblər. Bu onların birgə səyinin nəticəsində əmələ gəlib. Minsqrup Fransa, Rusiya, Amerika daxil olmaqla həmişə Ermənistanın tərəfini saxlayıb. Onlar açıq şəkildə bunu dilə gətirməsələr də, əməlləri ilə göstərməsələr də, bu açıq-aydın sezilib. 44 günlük müharibə zamanı da biz minsqrup həmsədr ölkələrinin Ermənistanın tərəfini tutduğunun şahidi olduq. Rusiya üzərindən Ermənistana silahlar daşınırdı. Onlar öz İskəndər raketini Ermənistana vermişdilər və həmin raketlərlə Azərbaycana atəş açılırdı. Bu baxımdan Rusiyanın Azərbaycana bağlanması qəbul edilən deyil. Fakt ortadadır. Azərbaycan öz ərazisində vuruşub. Torpaqlarımız işğal olunub və təəssüflər olsun ki, bu müddət ərzində Fransa Ermənistanın işğalçılıq siyasətini pisləməyib. Əgər doğurdan da Fransa beynəlxalq hüquqa hörmət edirsə, birinci növbədə Ermənistanın işğalçılıq siyasətini pisləməli, Azərbaycanın ərazi bütövlüyünü tandığını və hörmət etdiyini bildirməli idi. Ermənistana təzyiq göstərməli, yerindən-yurdundan didərgin düşən 1 milyon insanın haqqında da danışmalı və onlara yardım göstərməli idi. Amma təəssüflər olsun ki, Fransa bunun əksini etdi. Bütün bunlara görə, Fransa prezidentinin bu tip açıqlamaları da mən deyərdim ki, iki ölkə arasında münasibətləri daha da gərginləşdirəcək. Hərçənd, Azərbaycanla Fransa arasında çox gözəl münasibətlər, əməkdaşlıq olub. Dostluq meyilləri ildən-ilə güclənib. Amma indi Fransa Azərbaycan ərazisində seperatizmi dəstəkləyir. Onlar Ermənistanı haqsız müdafiə edirlər. Azərbaycan isə Fransanın müstəmləkəsi olan ölkələrin azad və müstəqil dövlət olma istəyini dəstəkləyir. Bunda beynəlxalq hüquqa zidd heç nə yoxdur".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1265   Tarix: 07 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr