"Cənab Prezident İlham Əliyevin qətiyyətli qərarları sayəsində Rusiya dövlətimizin tələblərini yerinə yetirməli olacaq" - DEPUTAT
"Cənab Prezident İlham Əliyev Azərbaycan Hava Yolları QSC-nin Bakıdan Qroznıya uçan təyyarəsinin Aktauda qəzaya uğraması zaman həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşüb.Düşünürəmki, cənab prezident İlham Əliyevim görüşdəki çıxışı bir daha cəmiyyətimiz tərəfindən təqdirə layiq hal kimi alqışlanacaqdır".
Bunu Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib.
Deputat qeyd edib ki, Azərbaycan Prezidentinin qətiyyətli və geriçəkilməz qərarları, prinsipiallığı ilə Rusiyanın törətdiyi ağır cinayətə görə, beynəlxalq hüquqa uyğun olaraq zəruri tələbləri yerinə yetirməli olacağına heç bir şübhə yoxdur:
"Əsas tələblərdən birincisi yerinə yetirilib, Rusiya tərəfi Azərbaycandan üzr istəyib. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir, Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Demək olarki, dövlətimizin şərtləri aydın və eyni zamanda ədalətlidir. Hər kəsə də məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilk gündən kəskin mövqeyi ədalətin bərpası, həqiqətin üzrə çıxarılması istiqamətində öz qəti sözünü deməsi sayəsində qarşı tərəf geri çəkilməyə, öz məsuliyyətini dərk etməyə məcbur oldu".
Deputat vurğulayıb ki, Azərbaycanın dövlət başçısının siyasi qətiyyətindəki digər vacib məqam Rusiya tərəfinin təklif etdiyi Dövlətlərarası Aviasiya Komitəsinin ekspertlərinin qəzanın araşdırılması prosesindən kənarlaşdırılmasında oldu:
"Qəzanın təfərrüatlarının tam, obyektiv və hərtərəfli araşdırılması üçün beynəlxalq ekspertlərdən ibarət qrupun işə cəlb edilməsi Azərbaycanın istəyi ilə təmin olundu.Təyyarə qəzasında həlak olan üç ekipaj üzvünün II Fəxri xiyabanda dəfn olunması isə dövlətin vətən övladlarına verdiyi böyük dəyərdir. Dövlət başçısının imzaladığı müvafiq sərəncama əsasən, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə, İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyevanın "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə, eləcə də Zülfiqar Əsədov və Aydan Rəhimlinin 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif etməsi isə xalqımızın qəhrəmanlığına verilən dəyərin növbəti təzahürdür".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 905 Tarix: 07 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabah 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi il
23 sentyabr2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında
24 sentyabrƏhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı
24 sentyabrQadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı
Ağdaşda tanımış iş adamının nəvəsinin tir tüfəngi ilə qonşuluqda yaşayan qadını yaralaması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub. "Teleqraf" xəbər verir ki, hadisə zamanı xəsarət alan 51 yaşlı qadın xəstəxanadan evə buraxılıb. TƏBİB-dən bildirilib ki, 17.09.2026-cı il tarixind
23 sentyabrDərman qəbulundan sonra ağır allergik reaksiya verdi
Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy
23 sentyabrTaksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını
24 sentyabr"Bakcell"də hədiyyə mövsümü başladı
"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl
24 sentyabr