Fransa destruktiv mahiyyətini və siyasətini ortaya qoyur - POLİTOLOQ
"Yeni il başlayar-başlamaz, biz, Azərbaycan-Ermənistan sərhəddində düşmən ölkənin silahlı qüvvələri tərəfindən mövqeylərimizin atəşə tutulduğunun şahidi oluruq. Bu hal regionda gərginliyin artmasına xidmət edir. Eyni zamanda nəzərə almaq lazımdır ki, 2025-ci ilin siyasi və geosiyasi proqnozları sırasında bir sıra beyin mərkəzləri, ayrı-ayrı coğrafiyalarda müharibə ehtimallarını da bölüşüblər".
Bunu Sonxeber.az-a politoloq İlyas Hüseynov danışıb.
O, açıqlamasında qeyd edib ki, Fransa Azərbaycan və Ermənistan arasında sülh istəməyənlər sırasında birinci yerdədir:
"Burad da Azərbaycan və Ermənistan arasında sülhün olma ehtimalını əsas gətirərək müharibənin olmayacağı fikirləri yer alır. Bu əlbəttə ki, müsbət bir yanaşmadır. Lakin, belə görünür ki, regionda dayanıqlı sülh və təhlükəsizlik əlehinə fəaliyyət göstərən qüvvələr də hərəkətə keçirlər. Sülhü istəməyən güc mərkəzləri arasında Fransa birinci yerdə dayanır. Fransa lideri Emmanuel Makronun revanşizmin gücləndirilməsinə xidmət edən bəyanatı hiddət doğurur. Çünki, burada, əsassız və haksız fikirlər söylənilir. Azərbaycan yersiz yerə ittiham olunur. Fransa özü Ermənistanı silahlandırmaqla, Cənubi Qafqaza müdaxilə etməsi fonunda Azərbaycanın dənizaşırı ərazilərə, Yeni Kalidoniyaya müdaxilə etdiyini bildirib. Bu da, əlbəttə ki, heç bir məntiqə sığmır. Eyni zamanda qeyd etmək lazımdır ki, Fransanın Ermənistanı sürətlə silahlandırması regionda gərginliyə yol açır və bu sülhə, sabitliyə xidmət etmir. Beləliklə, Fransa destruktiv mahiyyətini və siyasətini ortaya qoyur".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?