"Qəzaya səbəb olan və bizə qaranlıq qalan bir çox məqamlar "qara qutu" açılandan sonra aşkara çıxacaq" - DEPUTAT
"Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış "Embraer 190" tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşüb. Görüş zamanı dövlət başçısı bir çox məsələlərə aydınlıq gətirməklə yanaşı həm də ölkəmizin rəsmi mövqeyini bir daha bildirdi".
Bunu Sonxeber.az-a danışan deputat Vüqar İskəndərov bildirib.
Deputat qeyd edib ki, cənab Prezident İlham Əliyev qəzanın baş vermə səbəbi və hələlik qaranlıq qalan, "qara qutu"nun açılması ilə aşkara çıxacaq məsələlərdən danışdı. Təyyarə Rusiya hava qüvvələri tərəfindən vurulub. Aydındır ki, bu dövlətdə ordu ilə düzgün koordinasiya qurulmayıb. Rusiya bir neçə gün törətdiyi cinayəti təbii hadisələrə bağlamağa çalışdı.Amma Rusiya prezidenti Vladimir Putinin dövlət başçımıza iki dəfə zəng etməsi və üzr istəməsi, artıq bir qrup şəxsin istintaqa cəlb olunması Azərbaycan tərəfinin tələblərinin icra edildiyindən xəbər verir. Əlbəttə ki, bu yetərli deyil. Təbii ki, tezliklə hər şey aşkara çıxacaq. Bir çox məqamlar "qara qutu" açılandan sonra aşkara çıxacaq".
Deputat vurğulayıb ki, Braziliyada proses bitib, cavablar artıq Qazaxıstana göndərilib:
"Tezliklə qaranlıq qalan bütün məqamlar aşkara çıxacaq. Birinci məsələ, adətən hər hansı bir ölkənin hava məkanında təhlükə yaranırsa, dərhal o ölkənin hava məkanı bağlanır. Bu qayda bütün ölkələrdə var. Rusiyada buna "kavyor əməliyyatı" deyirlər. Əgər Rusiyanın hava məkanı üçün təhlükə var idisə, dərhal təyyarə kapitanına bu barədə məlumat verilməli idi. Dərhal hava məkanı bağlanmalıydı və təyyarə geri dönməli idi. Əgər belə bir təhlükə mövcud idisə nə üçün bu barədə təyyarə ekipajına xəbərdarlıq edilməmişdi? Necə ki, qəzadan təqribən 10 gün əvvəl oxşar hadisə Qroznı şəhərinin yaxınlığında baş vermişdi. AZAL-a məxsus təyyarə yarı yoldan geri dönmüşdü. Ümumiyyətlə niyə təyyarəyə Qroznı və yaxud da daha yaxın Rusiya məxsus ərazilərə eniş etməyə icazə verilməyib. Qəhrəman pilotlarımız təhlükəsiz şəkildə təyyarəni yerə endirə bilərdi. Biz bu yolla həm sərnişinləri həm də təyyarəni xilas edə bilərdik. Təyyarənin vurulma əmrini verənlər, göstərişi yerinə yetirənlər aşkar edilməlidir. Digər qaranlıq qalan məqam isə dəniz üzərindən təyyarənin Qazaxıstana getməsi pilotların, yoxsa Rusiya dispetçerlərin istəyi olmasıdır. Bu mütləq aşkarlanmalıdır. Bütün bunlar "qara qutu" açılandan sonra məlum olacaq.
Sonrakı proseslər "Mülki aviasiya haqqında" beynəlxalq konvensiyaya uyğun aparılacaq. Üzr istəmək yetərli deyil. Günahkarlar tapılmalıdır, hər biri cinayət məsuliyyətinə cəlb edilməsi mütləqdir. Digər məsələ isə dəymiş ziyana görə dövlətimizə, həlak olanların ailələrinə və yaralanan şəxslərin özlərinə kompensasiya ödənilməsidir. Bütün bu addımları Azərbaycan Rusiyadan gözləyir. Qeyd etdiyimiz bu məsələləri dünənki görüşdə cənab prezident İlham Əliyev də qeyd etdi. Biz ümid edir ki, Rusiya prezidenti Vladimir Putinin üzr istəməsi kimi sonrakı addımlar da atılacaq. Bu cinayətin törədilməsinin əmrini verənlər və icra edənlərin hər biri cinayət məsuliyyətinə cəlb ediləcək. Daha sonra isə Azərbaycan dövlətinə və zərərçəkənlərə kompensasiya ödəniləcək. Ümid edirəm ki, Rusiya iki ölkə arasında əməkdaşlığa hörmətlə yanaşıb, bütün bu addımları atacaq. Bu gün Rusiya qarşısında qaldırdığımız suallar var. Bu məsələ bizim tələbələrimiz əsasında öz həllini tapacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Bank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Prezident icra başçısını vəzifəsindən azad etdi
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Çingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Bu bölgəyə qar yağdı: Yüksək ərazilər ağ örpəyə büründü