"Levon Ter-Petrosyanın belə bir ifadə işlətməsi açıq şəkildə insanlıq əleyhinə cinayəti etiraf etməyə bərabərdir" - Deputat

"Levon Ter-Petrosyanın belə bir ifadə işlətməsi açıq şəkildə insanlıq əleyhinə cinayəti etiraf etməyə bərabərdir" - DeputatXəbər verdiyimiz kimi Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan deyib ki, "biz 200 000-nə yaxın azərbaycanlını tarixi, doğma torpaqlarından qovmuşuq. Ermənistanı pisliklərdən təmizləmişik. Üç rayonda - Vardenis, Masis və Amasiyada azərbaycanlılar çoxluq təşkil edirdilər, habelə Zəngəzurda əhalinin böyük qismi azərbaycanlılar idi". İşğalçı ölkənin keçmiş prezidenti bu fikirləri ilə Ermənistanın faşist mahiyyətini, vaxtilə azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasətinin növbəti dəfə təsdiq edib.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Razi Nurullayev bildirib ki, Levon Ter-Petrosyanın belə bir ifadə işlətməsi açıq şəkildə etnik təmizləməni müdafiə edir və insanlıq əleyhinə cinayəti etiraf etməyə bərabərdir:

"Bu, beynəlxalq hüquqa, insan haqlarına və bütün sivil cəmiyyət dəyərlərinə ziddir. 200,000-dən çox azərbaycanlının öz doğma torpaqlarından zorla qovulması, onların tarixi irsinin silinməsi və bu barbarlığın "Ermənistanı təmizləmək" kimi təqdim olunması tamamilə qəbuledilməzdir. Bu, nəinki keçmişdə törədilmiş cinayətlərin legitimləşdirilməsinə cəhd edir, həm də erməni cəmiyyətini düşmənçilik və nifrət ideologiyasına alışdırmaqdır".

Deputat vurğulayıb ki, bu kimi açıqlamalar sübut edir ki, Ermənistan heç zaman sülh və birgə yaşayış üçün yox, momodövlət qurmaq və azərbaycanlıları etnik təmizləməyə məruz qoymaq üçün çalışıb:

"Hər kəs anlamalıdır ki, bir xalqın öz doğma torpağından qovulması və etnik təmizləməyə məruz qalması nə tarixin, nə də gələcəyin qəbul edəcəyi bir həqiqətdir. Azərbaycan xalqı bu cür cinayətlərin heç vaxt unudulmayacağını və haqlı mövqeyini müdafiə edəcəyini bir daha sübut edib və edəcək.

Sülh yalnız tarixi ədalətin bərqərar olunması, Ermənistandan qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtması və onlara qarşı törədilən cinayətlərin tanınması ilə mümkündür. Ermənistan rəhbərliyi və cəmiyyəti anlamalıdır ki, nifrət ideologiyası ilə gələcək qurmaq mümkün deyil".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1377   Tarix: 08 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi il

23 sentyabr
.

Bakıda daşınmaz əmlak alarkən hansı amillərə diqqət etmək lazımdır? - AÇIQLAMA

Bakıda daşınmaz əmlak almaq istəyən şəxs üçün "hansı rayon daha yaxşıdır?" sualından daha vacib məsələ əslində budur: bu gün alınan əmlakın gələcəkdə dəyərinə təsir edə biləcək fundamental amillər hansı ərazilərdə daha çox mövcuddur?. Əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bu barədə -

23 sentyabr
.

2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında

24 sentyabr
.

"Uşaqlarda aqressiya: səbəblər, valideynlərin səhvləri və problemin həlli yolları

Uşaqlarda aqressiv davranışlar son illərdə valideynləri, müəllimləri və uşaq psixoloqlarını narahat edən məsələlərdən birinə çevrilib. Uşağın tez-tez əsəbiləşməsi, qışqırması, əşyaları atması, həmyaşıdları ilə mübahisəyə girməsi və ya qaydalara qarşı kəskin müqavimət göstərməsi ətrafdakılar tərəfində

24 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Qadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı

Ağdaşda tanımış iş adamının nəvəsinin tir tüfəngi ilə qonşuluqda yaşayan qadını yaralaması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub. "Teleqraf" xəbər verir ki, hadisə zamanı xəsarət alan 51 yaşlı qadın xəstəxanadan evə buraxılıb. TƏBİB-dən bildirilib ki, 17.09.2026-cı il tarixind

23 sentyabr
.

Dərman qəbulundan sonra ağır allergik reaksiya verdi

Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy

23 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr