Təyyarədə daşınması qadağan edilən əşya və maddələrin siyahısı təsdiqləndi
"Hava gəmisində daşınması qadağan edilən əşya və maddələrin siyahısı" təsdiqlənib.
Sonxeber.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərar "Aviasiya haqqında" 22 dekabr 2023-cü il tarixli qanunun tətbiqi barədə" ölkə Prezidentinin 15 fevral 2024-cü il tarixli fərmanının icrasını təmin etmək üçün qəbul edilib.
Qərara əsasən, daşımalarının səmərəliliyinin və müntəzəmliyinin təmin edilməsi, hava limanının fəaliyyətinə qanunsuz müdaxilə aktlarının baş vermə ehtimalının azaldılması, eləcə də aviasiya təhlükəsizliyi sahəsində məlumatlılığın artırılması və aviasiya təhlükəsizliyi mədəniyyətinin təşviq edilməsi məqsədilə sərnişinin üzərində, əl yükündə, qeydiyyatdan keçmiş baqajda, yük və poçt göndərişlərində daşınması qadağan edilən əşya və maddələrin siyahısına dair məsələlərin təkmil tənzimlənməsini təmin edəcək.
Daşınması qadağan edilən əşyalara bütün növ silahlar və kəsici-deşici, eləcə də keyidici (hərəkətsizləşdirici) maddə və əşyalar, peşə, küt alətləri, partlayıcı maddələr (əşyalar) və partlayıcı vasitələr, sıxılmış və ya mayeləşdirilmiş qazlar, tez alışan mayelər, alışan bərk maddələr, zəhərli və zəhərləyici maddələr və aşındırıcı və korroziyalaşdırıcı maddələr daxildir.
Siyahıya Beynəlxalq Mülki Aviasiya Təşkilatının "Doc 9284, təhlükəli yüklərin hava yolu ilə təhlükəsiz daşınması üzrə Texniki təlimatlar"ında sərnişinlər və hava gəmisinin heyətinin əl yükü və üzərində müəyyən edilmiş şərtlərlə daşınmasına icazə verilən radioaktiv material tərkibli əşyalar daxildir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?