Təbriz küçələrinə İlham Əliyev və Rəcəp Tayyib Ərdoğanın FOTOLARI yapışdırıldı
Güney Azərbaycan Milli Hərəkatının fəalları Təbriz şəhərinin müxtəlif yerlərində Azərbaycan Prezidenti İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın fotolarını divarlara yapışdırıblar.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
Bildirilir ki, fəallar hər iki dövlət başçısının şəkilləri ilə yanaşı, hərəkatın təşviqat bayrağı olan posterlərini də nümayiş etdiriblər.
Bu addımlar Ərdəbil imamı Seyid Həsən Amulinin televiziya proqramında birbaşa efirdə Azərbaycan və Türkiyə prezidentlərinə qarşı təhqiramiz ifadələrinə cavab olaraq atılıb.
Fəallar bu aksiya ilə imamın hərəkətlərinə etirazlarını, həmçinin Azərbaycan və Türkiyəyə dəstəklərini ifadə ediblər./Oxu.az





Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1667 Tarix: 09 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRegionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabrPrezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"
"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir
17 sentyabrPrezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər
17 sentyabr