"Ter-Petrosyan çıxışı ilə həm ölkəsini, həm də özünü ifşa etdi" - DEPUTAT

"Ter-Petrosyan çıxışı ilə həm ölkəsini, həm də özünü ifşa etdi" - DEPUTATErmənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın səsləndirdiyi fikirlər Ermənistan dövlətinin və xalqının işğalçı mahiyyətinin bir daha təsdiqidir.

Ter-Petrosyan çıxışı ilə həm ölkəsini, həm də özünü ifşa etdi. O, açıq şəkildə etiraf etdi ki, azərbaycanlıları zorla öz torpaqlarından deportasiya ediblər.

Keçmiş Ermənistan prezidentinin qeyd etdiyi bir neçə məqam xüsusi olaraq diqqət çəkir:
üç rayonda, Vardanes ( Basarkeçər), Masis ( Zəngibasar) və Amasiyada (Ağbaba) azərbaycanlıların çoxluq təşkil etməsi, 1988-ci ilə qədər Ermənistanda 170 min soydaşımızın yaşaması ( hərçənd bu rəqəm 200 mindən çox idi) və bir də dövlət qurmaq naminə azərbaycanlıların qovulması faktları. Bütün bunlar, onların öz dillərində səsləndirdiyi fikirlər Qərbi Azərbaycan həqiqətlərinin tarixi əsaslara söykəndiyinin göstəricisidir.

Levon Ter-Petrosyan və ondan sonrakı Ermənistanın iki prezidenti Koçəryan və Sarkisyan faşist ideologiyasına xidmət edən, əlləri minlərlə azərbaycanlının qanına batmış cinəytkarlardır. Onlar törətdiyi əməllərə görə beynəlxalq hüquq çərçivəsində cavab verməlidirlər. Lakin, beynəlxalq təşkilatların öz təsir gücünü itirməsi və böyük güclərin əlində alətə çevrilməsi səbəbindən bu kimi canilər hələ də öz cəzasını almayıb.

Azərbaycanın gücü və qüdrəti, cənab Prezident İlham Əliyevin prinsipial siyasəti və qətiyyətli mövqeyi Qərbi Azərbaycana qayıdışla bağlı ümidlərimizi artırır. Biz mütləq tarixi ədaləti bərpa edəcəyik və öz doğma yurdumuza geri dönəcəyik.

Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1244   Tarix: 09 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xammaldan sənaye gücünə: Azərbaycanın metallurgiya strategiyasında yeni mərhələ

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri təbii sərvətlərin yalnız hasilat mənbəyi kimi deyil, yüksək əlavə dəyər yaradan sənaye resursu kimi iqtisadi dövriyyəyə cəlb edilməsidir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (meta

23 sentyabr
.

Azərbaycanın metallurgiya xəritəsi yenidən cızılır: 5,3 milyard manatlıq Dövlət Proqramı nə vəd edir?

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı istiqamətində növbəti mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirəd

23 sentyabr
.

Dərman qəbulundan sonra ağır allergik reaksiya verdi

Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy

23 sentyabr
.

Martin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı

Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. "Report" xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamını

23 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr
.

"Uşaqlarda aqressiya: səbəblər, valideynlərin səhvləri və problemin həlli yolları

Uşaqlarda aqressiv davranışlar son illərdə valideynləri, müəllimləri və uşaq psixoloqlarını narahat edən məsələlərdən birinə çevrilib. Uşağın tez-tez əsəbiləşməsi, qışqırması, əşyaları atması, həmyaşıdları ilə mübahisəyə girməsi və ya qaydalara qarşı kəskin müqavimət göstərməsi ətrafdakılar tərəfində

24 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında

24 sentyabr