"Azəriqaz"ın baş direktorunun müavini "Mersedes"lə ölümlə nəticələnən ağır qəza törətdi
"Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun müavini Nail Abdullayev ölümlə nəticələnən qəza törədib.
Yanvarın 8-də Sabunçu körpüsü yaxınlığında "Mercedes" markalı 77 YD 054 nömrə nişanlı avtomobilin 40-45 yaşlarında piyadanı vurması və nəticədə həmin şəxsin ölməsi ilə bağlı xəbər demək olar ki, bütün xəbər saytlarında yayımlandı. Məlumatda hadisəni törədən şəxsin 1980-ci il təvəllüdlü Abdullayev Nail Fuad oğlu olduğu və faktla bağlı Sabunçu RPİ-də cinayət işi başladığı da vurğulanır.
Hər bir insanın ölümü faciədir. Təəssüflər olsun ki, son zamanlar yol qəzaları saysız insan ömürlərinə vaxtsız son qoyub. Bu hadisənin də onlardan biri olduğunu düşünmək olar. Lakin hadisəni törədən Abdullayev Nail Fuad oğlunun sıradan bir vətəndaş olmadığı, yüksək vəzifəli məmur olduğu aşkarlanandan sonra maraqlı məqamlar üzə çıxır. Birincisi qarışqadan fil düəltmək həvəskarı olan əksər medya orqanları nədən hadisəni məhz "vətəndaş Abdullayev Nail Fuad oğlunun" törətdiyini bildirdilər. Axı insan ölümüylə nəticələnən qəzanı "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun müavini törədib. Çox yüksək bir postun sahibi olan şəxsin insan ölümüylə nəticələnən bir qəza törətməsini adi bir vətəndaşın hadisə törətməsi kimi təqdim etmək hansı maraqlara xidmət edir?
Ən azından hansısa xarici ölkədə əyalət bələdiyyəsi sədrinin hər hansı cinayət tərkibli əməlini manşet xəbəri edənlər qosqoca nazir müavininin adam öldürməsinə nədən belə biganəlik göstərirlər? Baş vermiş hadisəyə ilkin yanaşma istintaq prosesinin də obyektivliyini şübhə altına alır. Hər halda ümid edək ki, insan ölümünə səbəb olan qəzanın araşdırılması daha obyektiv və ədalətli aparılacaq./Xalq.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1649 Tarix: 09 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dərman qəbulundan sonra ağır allergik reaksiya verdi
Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy
23 sentyabrMartin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı
Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. "Report" xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamını
23 sentyabrBakıda 27, rayonlarda 32 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər
25 sentyabrPaytaxtın iki böyük bağı birləşdirildi
"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi
23 sentyabrTaksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını
24 sentyabr2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında
24 sentyabr