Həkimlər niyə rayon xəstəxanalarında işləmək istəmir? - ARAŞDIRMA
Bu gün Azərbaycanda həkimlərin təxminən 70 faizi Bakıda fəaliyyət göstərir. Bölgələrdə yaşayan vətəndaşlar tez-tez rayon xəstəxanalarında həkim qıtlığından şikayət edirlər.
Bəs görəsən həkimlər niyə rayon xəstəxanalarında işləməkdən boyun qaçırırlar?
Mövzu ilə bağlı sosioloq Lalə Mehralı Sonxeber.az – a açıqlama verib:
"Bakıda işləmək üçün imkanlar daha əlverişli, pasiyent bazası daha genişdir deyə həkimlərin əksəriyyəti Bakıda işləməyə üz tutur. Çünki, başqa sahələrdən də məlum olduğu kimi bölgələrdə iş imkanları çox məhduddur. Rayonlarda insanların ciddi işsizlik və gəlir problemi var. Niyə ölkənin əksər rayonlarında insanlar öz evlərini qoyub Bakıya üz tuturlar? Çünki iş yoxdur. İş olmayanda da gəlir olmur. Gəlir olmasa həkimə necə getmək olar? Əgər gəlir təmin olunmazsa, deməli həkim də olmayacaq, müəllim də və.s. Bütün bunları nəzər alsaq, həkimlərin paytaxtda cəmləşməsinin səbəbi bölgələrdə əhalinin seyrək məskunlaşması və gəlir səviyyələrinin aşağı olmasıdır. Paytaxtda isə daha geniş imkanlar var. Həm şərait, həm də pasiyent baxımından. Ölkə əhalisi kompakt olaraq harda məskunlaşıbsa, peşələrin icrası da orda reallaşır. Bütün peşə sahibləri həmin kompakt ərazini seçir öz fəaliyyəti ilə məşğul olmaq üçün. Həkimlərin bölgələrə getməsi üçün bu, onlara həm gəlir, həm də şərait cəhətdən maraqlı olmalıdır. Amma bölgələrdə belə alternativlər yoxdur deyə həkimlər də normal olaraq bakıda işləməyi seçir".
Tibbi ekspert Adil Qeybulla hesab edir ki, bunun səbəbi Bakıda həyat şərtlərinin daha rahat olmasıdır:
"Həkimlər ona görə Bakıda işləyir ki, burda onların şəraitləri nisbətən daha yaxşıdır. Əmək haqqı, gəlir, sosial imkanlar və.s faktorlar rayonlarda ürəkaçan deyil. O cümlədən jurnalistlər, hüquqşünaslar və.s də getmir rayonlara işləməyə. Bunun səbəbi şəraitdir. Həkimin rayonda işləməsi üçün onun sosial durumu elə olmalıdır ki, işə stimulyasiyası olsun. Bu işlər hər hansı mənəvi prinsiplə tənzimlənə bilməz".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3075 Tarix: 09 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dərman qəbulundan sonra ağır allergik reaksiya verdi
Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy
23 sentyabrMartin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı
Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. "Report" xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamını
23 sentyabrBakıda 27, rayonlarda 32 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər
25 sentyabrPaytaxtın iki böyük bağı birləşdirildi
"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi
23 sentyabrTaksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını
24 sentyabr2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında
24 sentyabr