"Xırdalanda hərəkətin təşkili ilə bağlı müəyyən layihələr nəzərdə tutulur" - NƏQLİYYAT EKSPERTİ

"Xırdalanda hərəkətin təşkili ilə bağlı müəyyən layihələr nəzərdə tutulur" - NƏQLİYYAT EKSPERTİ"Metro stansiyalarının təxmini xəritəsi ortaya çıxıb. Bu tam dəqiq olmasa da, təxmini bilinən odur ki, "Xətai" metro stansiyasının davamı kimi Ağ Şəhərdə yeni stansiya tikilə bilər. Bənövşəyi xətt üzrə və ola bilsin sarı xətt üzrə yeni stasiyalar da tikilsin. Ümumilikdə, birinci mərhələdə Cənab Prezidentin də qeyd etdiyi kimi 10 stansiyanın tikilməsi nəzərdə tutulur. Bakının baş planı ötən il təsdiqləndi və orada da qeyd olunmuşdur ki, 2040-cı ilə qədər əlavə olaraq 20-dən çox stansiya tikilməlidir".

Bunu Sonxeber.az-a nəqliyyat eksperti Elməddin Muradlı danışıb.

O, açıqlamasında qeyd edib ki, Səbail, Qaradağ və Lökbatan istiqamətlərinə metro stansiyaların çəkilməsi arzuolunandır:

"Yəqin ki, bu 3 mərhələdə həyata keçiriləcək. Birinci mərhlədə 10, ikinci mərhələdə yenə 10 stansiya, sonra əlavə 10 yaxın əlavə stansiyanın tikitisi nəzərdə tutulur. Ümumilikdə Bakı şəhərində bu gün təxminən 57-60 stansiya lazımdır. Aparılan təhlillər onu göstərir. Bundan əlavə, Cənab Prezident onu da qeyd etdi ki, metro ilə avtobusları əlaqələndirmək lazımdır. Yəni, harada metro tikilirsə, ora avtobus marşurutu çəkilməlidir. Vətəndaşlar avtobuslar vasitəsi ilə metroya gəlməli, metrodan çıxdıqdan isə yenə avtobusdan istifadə edə bilməlidir. Yəni, bu iş bir-biri ilə əlaqəli şəkildə qurulmalıdır. Burada aidiyyatı qurumların üzərinə daha böyük məsuliyyət düşür. Metro stansiyaları tikilərkən, bu layihələr artıq əvvəlcədən razılaşdırılmalı, dəyərləndirilməlidir ki, sonradan avtobusla bağlı problemlər yaranmasın. "Xocaəsən" stansiyasında bu problem yaşanmışdı. Ora açıldı və üzərindən xeyli müddət keçdikdən sonra oraya marşurut xətti çəkdilər. Hansı ki, bu belə olmalı deyildi, stansiya açılan kimi orada avtobuslar da fəaliyyət göstərməli idi. Ümumilikdə Suraxanı, Sabunçu ərazilərinə də yeni metro stansiyalarının çəkilməsi nəzərdə tutulur. Mən çox istərdim ki, Səbail, Qaradağ, Lökbatan istiqaməti də metro stansiyalarla təmin edilsin. Çünki, orada kütləvi yaşayış mövcuddur və daha da çoxaldığı üçün vacibdir. Xəzər, Binə, Qala, Xırdalan ərazilərində də yaranması arzuolunandır. Ancaq, Xırdalanda hərəkətin təşkili ilə bağlı müəyyən layihələr nəzərdə tutulur, ola bilsin ki, orada heç metro stansiyaya ehtiyac qalmaz. Amma hər halda olması önəmlidir. Çünki, metro ictimai nəqliyyatın ən rahat, təhülkəsiz bir formasıdır və nə qədər çox olsa, o qədər faydalıdır".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2519   Tarix: 09 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xammaldan sənaye gücünə: Azərbaycanın metallurgiya strategiyasında yeni mərhələ

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri təbii sərvətlərin yalnız hasilat mənbəyi kimi deyil, yüksək əlavə dəyər yaradan sənaye resursu kimi iqtisadi dövriyyəyə cəlb edilməsidir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (meta

23 sentyabr
.

Azərbaycanın metallurgiya xəritəsi yenidən cızılır: 5,3 milyard manatlıq Dövlət Proqramı nə vəd edir?

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı istiqamətində növbəti mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirəd

23 sentyabr
.

Dərman qəbulundan sonra ağır allergik reaksiya verdi

Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy

23 sentyabr
.

Martin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı

Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. "Report" xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamını

23 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr
.

"Uşaqlarda aqressiya: səbəblər, valideynlərin səhvləri və problemin həlli yolları

Uşaqlarda aqressiv davranışlar son illərdə valideynləri, müəllimləri və uşaq psixoloqlarını narahat edən məsələlərdən birinə çevrilib. Uşağın tez-tez əsəbiləşməsi, qışqırması, əşyaları atması, həmyaşıdları ilə mübahisəyə girməsi və ya qaydalara qarşı kəskin müqavimət göstərməsi ətrafdakılar tərəfində

24 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında

24 sentyabr