Prezidentmizin daxili və xarici siyasətlə bağlı dediyi fikirlərə verilən reaksiyalardan da göründü ki, deyilən sözlər öz ünvanına çatıb
"Azərbaycan Prezidenti İlham Əliyev hər il olduğu kimi, 2025-ci ilin ilk iş günündə də ötən ilin təhlili və yeni ildə görüləcək işlərlə bağlı fikirlərini xalqımızla bölüşdü. Prezidentmizin həm daxili, həm də xarici siyasətlə bağlı dediyi fikirlərə verilən reaksiyalardan da göründü ki, deyilən sözlər öz ünvanına çatıb. İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibəsində demək olar ki, bütün sahələrə toxundu, ötən ildə görülmüş işlərin təhlilini verdi, uğurlarımızdan danışdı və iqtisadiyyatımızda mövcud dinamizmi xüsusi vurğuladı. Ötən ildə Azərbaycan çox böyük uğurlara imza atıb, mühüm nailiyyətlər əldə edilib. O cümlədən öz ərazi bütövlüyünü öz gücü ilə bərpa edən ölkə kimi digər sahələrdə qazanılan uğurları ilə də insanlarını sevindirir. Bu uğurların kökündə, qayəsində, əlbəttə, xalq-iqtidar birliyi, inam və sədaqət dayanır".
Bunu Sonxeber.az-a açıqlamasında SƏS Media Qrupun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.
Siyasi ekspert qeyd edib ki, Azərbaycan Prezidenti artıq ənənəyə çevrilən müsahibəsində jurnalistlərin ötən il ölkəmizdə iqtisadi, sosial sahələrdə görülən işlərə, Ermənistanla münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici və daxili siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb: "Beynəlxalq hesabatlarda da Azərbaycanda aparılan islahatlar, iqdisadi sahədə əldə edilən uğurlar, işğaldan azad edilmiş ərazilərdə çox böyük sürətlə aparılan yenidənqurma işləri, xarici investisiyaların cəlb edilməsi diqqətlə təhlil edilib. Regional siyasətdə Azərbaycanın yeri və rolu, qonşu ölkələrlə dinc yanaşı yaşamaq üçün ölkəmizin həyata keçirdiyi tədbirlərdən danışan Prezident etibarlı tərəfdaş kimi qazandığımız uğurları önə çəkib. Qeyd edilib ki, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşaması üçün yeni-yeni islahatlar həyata keçirilir. İqtisadi imkanlar artdıqca sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərilir. Qarabağın və Şərqi Zəngəzurun bərpasının bu il də ən vacib prioritetlərdən olacağını qeyd edən dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərimizdə son üç ildə 10 yaşayış məntəqəsinə keçmiş köçkünlərin qayıtdığını, on mindən çox köçkün artıq evlərlə təmin edildiyini, 30 minə yaxın insanın artıq həmin ərazilərdə yaşadığını bildirib. Bu müddət ərzində əsas infrastruktur layihələri həyata keçirilib, 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilib, 30-dan çox su elektrik stansiyasını işə salınıb, dəmir yolları çəkilib. Xarici siyasətdə əldə edilən uğurlarımız da az deyil. Azərbaycanın D-8-ə qəbul edilməsi ölkəmizin dünya miqyasında nüfuzunu bir daha göstərdi. "Dünyada 60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycan yeni üzv seçilmişdir. Əlbəttə ki, bu, bizim üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir", bunu Prezident İlham Əliyev deyib. Əlavə edib ki, əlbəttə, bunun təməlində düşünülmüş siyasət dayanır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Bank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Prezident icra başçısını vəzifəsindən azad etdi
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Çingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Bu bölgəyə qar yağdı: Yüksək ərazilər ağ örpəyə büründü