Los-Anceles yanır, Bayden nəvə dərdinə düşüb – Hamı qınayır
ABŞ prezidenti Co Bayden 82 yaşında yeni bir həyəcan yaşayır.
Lent.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, ABŞ da əksəriyyət Los Ancelesdə tarixinin ən dağıdıcı yanğını ilə mübarizə apararkən, onun narahatçılığını yaşayarkən Bayden müjdəli xəbərlə çıxış edib.
Kaliforniya qubernatoru Gavin Nevsom ilə görüşündən sonra mətbuata açıqlama verən Bayden, nəvəsi Naomi Bayden Nealın bir körpəsi olduğunu açıqladı və "Yaxşı xəbər budur ki, bu gündən etibarən mən ulu babayam" dedi.
Baydenin Los-Ancelesdəki yanğınlarla bağlı mətbuata açıqlama verərkən verdiyi "yaxşı xəbər" qəribə qarşılanıb və əks reaksiyaya səbəb olub. Sosial mediada sürətlə yayılan görüntülərdə Baydenin yanğınla bağlı mətbuat konfransı zamanı qəfildən belə xəbərlər açıqlaması müzakirə mövzusuna çevrilib.
Qeyd edək ki, Los-Ancelesin "Hollywood" təpələrində "Studio City"ni əhatə edən yeni meşə yanğınları başlayıb.
Məlumata görə, Los-Ancelesin "Hollywood" "Studio City" məhəlləsində baş verən güclü yanğın nəticəsində evlər yanıb.
"Studio City" və ya "Laurelwood" tanınmış amerikalı aktyor və rejissor Maks Sentin tikdiyi studionun yerləşdiyi ərazidir.
Onu da qeyd edək ki, Los-Ancelesdəki meşə yanğınları nəticəsində ölənlərin sayı 7-yə yüksəlib. Bu barədə Los-Anceles rəsmiləri jurnalistlərə bildirib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1569 Tarix: 10 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İranla münaqişədə həlak olan Amerika əsgərlərinin sayı 19-a çatıb
Pentaqonun rəsmi məlumatlarına görə, İranla münaqişədə həlak olan amerikalı hərbçilərin ümumi sayı 19-a çatıb. xəbər verir ki, ABŞ ordusu statistikasını yenilədikdən sonra İrana qarşı əməliyyatda ölənlərin sayı bir nəfər artıb. Eyni zamanda, hərbçinin şəxsiyyəti rəsmi olaraq açıqlanmır. Pentaqon sözçüs
23 sentyabrABŞ Yaxın Şərq enerji sektoruna 5 milyard dollar sərmayə qoya bilər
ABŞ Prezidenti Donald Trampın administrasiyası Yaxın Şərq ölkələrinə İranla müharibə zamanı zədələnmiş enerji infrastrukturunun bərpasına kömək etmək üçün 5 milyard dollar investisiya qoymağı təklif edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti ABŞ və regional rəsmilər
22 sentyabrABŞ şərtləri qəbul etməsə, İran Hörmüz boğazına nəzarəti saxlayacaq
İranın Ali Lideri Ayətullah Əli Xameneinin baş hərbi müşaviri general-mayor Yəhya Səfəvi bildirib ki, ABŞ onun şərtlərini qəbul etməsə, İran Hörmüz boğazına nəzarəti və idarəçiliyini qeyri-müəyyən müddətə saxlayacaq. xəbər verir ki, bu barədə İranın Ali Lideri Ayətullah Əli Xameneinin baş hərbi müşavir
25 sentyabrABŞ-da əfsanəvi avtomobillər niyə Avropadakından fərqli görünürdü?
"Ferrari", "Lamborghini" və "Porsche" kimi markaların ən əfsanəvi modelləri belə Şimali Amerika bazarının tələblərinə uyğunlaşdırılmalı olduqları üçün müəyyən dəyişikliklərə məruz qalırdı. Qaynarinfo xəbər verir ki, "Supercar Blondie" bunun səbəbini açıqlayıb
24 sentyabrYüz ildən sonra ilk dəfə olaraq yeni pinqvin növü kəşf edildi
Alimlər bir əsrdən çox müddət ərzində ilk dəfə olaraq yeni bir pinqvin növü kəşf ediblər. Məlum olub ki, tanınmış subantarktik (cins) pinqvin əslində dörd fərqli növdən ibarətdir və onlardan biri əvvəllər elmə məlum deyildi. xəbər verir ki, bu barədə tədqiqat Communications Biology (ComBiology) jurnalınd
23 sentyabr