"Sumqayıtda uzun illərdir İcra Hakimiyyətinin birbaşa göstərişi ilə sahibsiz itlər güllələnir" – AÇIQLAMA

"Sumqayıtda uzun illərdir İcra Hakimiyyətinin birbaşa göstərişi ilə sahibsiz itlər güllələnir" – AÇIQLAMASumqayıtda pişiklərə qarşı insanlığa sığmayan hərəkət edilib.

Sosial şəbəkələrdə yayılan videoda naməlum şəxs birləşmiş məhəllədə (7-8-12-сі məhəllələr) pişikləri torbaya yığır, sonra isə onları yandırır, dərədən atır, başını və digər bədən üzvlərini kəsərək zülmlə öldürür.

Bəs görəsən bu şəxslər niyə cəzalandırılmır?

Mövzu ilə bağlı Good World Animals Rescue&Protection (GWARP) Beynəlxalq Heyvanların Mühafizəsi Təşkilatının direktorlar şurasının üzvü və cari prezidenti Fərid Mansurov Sonxeber.az – a açıqlama verib:

"İlk öncə dövlət qurumları vətəndaşa nümunə olmalıdırlar. Sumqayıtda uzun illərdir İcra Hakimiyyətinin birbaşa göstərişi ilə sahibsiz itlər güllələnir. Mən başa düşürəm ki, küçə itləri əhali üçün təhlükəli ola bilər. Amma əgər doğru istifadə etməsən elə maşınlar da təhlükəlidir. Hətta deyərdim maşın qəzaları zamanı daha çox insanlar ölür, nəinki itlərin hücumu nəticəsində. Hələ ki, heç kim sahibsiz itlər üzündən həyatını itirməyib. Zərərçəkənlər olub,düzdür, amma hər zaman da araşdırma zamanı məlum olub ki, insanlar bu hadisədə özləri günahkardır. Qısaca, mən birmənalı olaraq demirəm ki, küçədə sahibsiz itlər ola bilər. Xeyir. Sadəcə sahibsiz itlərin populyasiyası küçələrdə təzimlənməlidir. Amma daş dövründəki kimi yox. Uzun illər əlisilahlılar küçələrdə gəzib itləri güllələyidilər. Amma heç bir tədbir görülmürdü. Uzun illər Sumqayıtda belə hadisələrin şahidi olan əhali əlbəttə ki, dövlət qurumlarından ibrət alaraq pişikləri boğacaq, itləri asacaq. Dövlət qurumları özləri qaydaları pozandan sonra vətəndaşlardan elə də çox şey gözləmək olmur. Uzun illər Sumqayıtda itlər güllələnib, pişiklər zəhərlənib. Bizdə bunlarla bağlı əsaslı sübutlar da var. Dəfələrlə Sumqayıt İcra Hakimiyyətinin önündə etirazlar edilib, aksiyalar keçirib. Lakin bu cinayətkarları heç nə dayandırmırdı. Onları bir müddət əvvəl COP dayandırdı. COP-dan öncə heyvanların amansızlıqla güllələnməsi yığışdırıldı. COP-dan sonra da belə bir hadisə hələki müşahidə olunmayıb. Ümid edirik ki, daha da müşahidə edilməz".

Azərbaycanda heyvaq hüquqları kifayət qədər qorunurmu?

"Uzun müddət idi ki, Azərbaycan Respublikasının yalnızca İnzibati Xətalar məcəlləsinin 247-cü maddəsində deyilirdi ki, heyvanlara qarşı şiddət, amansız rəftar göstərilərsə və o heyvan şikəst qalarsa və ya tələf olarsa, bunu edən şəxs 500 manat cərimə olunmalıdır. Lakin, 2024-cü ilin sonunda yeni qanun qəbul edildi və artıq cərimələrin misli artdı. Amma, burda da cinayət məsuliyyəti son dərəcə simvolikdir. Qlobal olaraq heç nə dəyişməyib və dəyişməyəcək də. Heyvanlara qarşı amansız rəftar törədən şəxslər bunu o şəkildə edirlər ki, məsuliyyətə cəlb edilməsinlər. Adətən 90 faiz hadisələrdə biz sadəcə onların əməllərinin nəticələrini görürürk və həmin şəxsləri tapmaq son dərəcə çətin olur. Çünki, hüquq-mühavizə orqanları bu məsələ üçün heç vaxt can yandırmırlar. Son dərəcə həvəssiz davranırlar.

Heyvanlara qarşı şiddət törədənlər də adətən işsiz, təhsilsiz, cahil şəxslər olurlar. Rəsmi gəlir yeri olmayan şəxslər təbii ki, heç cərimələri də ödəmirlər. Hüquq-mühavizə orqanları əməllərinə görə onlara cərimə yazır və yönləndiri probasiya şöbəsinə. Həmin şöbə vətəndaşı çağırır və görür ki, bu adamın heç bir gəlir yeri yoxdur. Nəticədə ondan bu cəriməni almaq qeyri-mümkün olur. Beləliklə, bu şəxs növbəti dəfə yenə eyni amansızlıqları törədir. Sadəcə artıq daha diqqətli olur. Onlar dayanmır. Dayana bilmirlər. Bir çox elmi araşdırmalar zamanı məlum olub ki, heyvanları öldürən, onlara əzab verən, şiddət törədən şəxslər çox ciddi psixoloji pozuntulara sahibdirlər və onlar artıq manyakdırlar. Belə insanlar bir yerdən sonra heyvan öldürməklə kifayətlənmir, keçir uşaqlara, daha sonra böyüklərə.

Bizim cəmiyyətdə də təəssüflər olsun ki, heyvanlara qarşı amansız rəftar gedərək artmaqdadır. Baxmayaraq ki, qanunvericilikdə cəzalar sərtləşdirilib. Yenə də bu amillər artmağa davam edir. Bu da onu göstərir ki, cəmiyyətdə psixoloji problemləri olan, potensial canilərin sayı artır. Bu insanı necə cərimə edək? Necə cinayət məsuliyyətinə cəlb edək? Cinayət məsuliyyətinə əqli cəhətdən sağlam insanı cəlb etmək olar. Bu insanlar isə heyvanlara əziyyət verib bundan zövq alırlar. Bütün bunlar onu göstərir ki, belə şəxslər psixoloji cəhətdən sağlam deyillər.

Mən bir heyvanların hüquq müdafiəçisi olaraq çıxış yolunu onda görürəm ki, heyvanlara əzab verən, onları tələf edən şəxslərə öncə psixiatrik ekspertiza təyin olunsun. Əminəm ki, bu şəxslərin ruhi xəstə olduğu ekspertiza nəticəsində ortaya çıxacaq. Ruhi xəstələri isə cərimə edib buraxmaq olmaz. Bu insanlar təhlükəlidir. Bu gün heyvan öldürür, sabah insan öldürə bilər. Ona görə də belə şəxsləri cəmiyyətdən təcrid etmək lazımdır. Barələrində ədalətli qərar verilməsi üçün mütləq şəkildə psixiatrik ekspertizadan keçməlidirlər. Lakin, Azərbaycanda bu barədə heç bir addım atılmır. Sadəcə cərimlərin məbləği artır. Bu məsələlərə ciddi yanaşmaq lazımdır. Cəmiyyətimizdə canilər gəzir və həmin canilərin sayı günbəgün artmaqda davam edir".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1177   Tarix: 10 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib

24 sentyabr
.

Qadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı

Ağdaşda tanımış iş adamının nəvəsinin tir tüfəngi ilə qonşuluqda yaşayan qadını yaralaması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub. "Teleqraf" xəbər verir ki, hadisə zamanı xəsarət alan 51 yaşlı qadın xəstəxanadan evə buraxılıb. TƏBİB-dən bildirilib ki, 17.09.2026-cı il tarixind

23 sentyabr
.

Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)

Dövlət proqramı çərçivəsində Zabrat-Maştağa-Bağlar massivinə sürət qatarının getməsi üçün işlərə başlanıb. Ərazidə plana düşən evlər sökülür, qaz xətlərinin yeri isə dəyişdirilir. Beləliklə, Maştağada illər sonra qatar səsinin gəlməsi üçün hazırlıqlar görülür. Hazırda burada həm xəttin keçəcəyi ərazilə

24 sentyabr
.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr
.

Çingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video

Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı kadrlarla yaddaşlarda qalan Ləfxanım Mahmudova 34 ildən sonra doğma yurduna, Xocalıya qayıdıb. Bu barədə "Qafqazinfo"ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti v

24 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Məktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir - AÇIQLAMA

"Məktəbli formasına yalnız geyim tələbi kimi yanaşmaq düzgün deyil. Burada əsas hədəf məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim anlayışının formalaşdırılmasıdır. Eyni zamanda, vahid məktəbli geyimi məktəbin ümumi atmosferinə, şagirdlər arasındakı münasibətlərə və onların sosia

23 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr