"Azərbaycan regional geopolitik proseslərlə yanaşı həm də qlobal miqyasda siyasi proseslərə təsir etmək imkanlarına sahibdir" - DEPUTAT

"Azərbaycan regional geopolitik proseslərlə yanaşı həm də qlobal miqyasda siyasi proseslərə təsir etmək imkanlarına sahibdir" - DEPUTAT"Ənənəvi olaraq, bu ilin yanvar ayının 7-də ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə ictimaiyyəti maraqlandıran bir çox məqamlara aydınlıq gətirdi. Dövlət Başçısı Azərbaycanın prioritet sahələrdə qazandığı nəaliyyətlər, icra olunan layihələr haqqında geniş əhatəli məlumat verməklə yanaşı, qarşıdan duran hədəflərlə əlaqədar prioritet istiqamətləri də ölkə ictimaiyyətinə çatdırdı. Sözsüz ki, ölkə Başçısı müsahibəsidə həm xarici, həm də daxili auditoriya üçün mühüm mesajlar verdi. Beynəlxalq münasibətlər sistemində olduqca mürəkkəb proseslərin getdiyi bir vaxtda Azərbaycan tək regional geopolitik proseslərə deyil, həm də qlobal miqyasda siyasi proseslərə təsir etmək imkanlarına sahibdir. Beynəlxalq arenada siyasi, iqtisadi böhranın dərinləşdiyi bir vaxtda, şübhəsiz ki, bütün bu proseslərin dəqiq, doğru-düzgün analiz edilib, yönləndirilməsində şəxsiyyət və lider amili olduqca mühüm əhəmiyyət kəsb edir. Dünyada bu qədər mürəkkəb proseslərin getdiyi vaxtda Azərbaycanda bütün sahələri əhatə edən, davamlı inkişafa hesablanmış islahatların həyata keçirilməsində, ölkəmizin dünya siyasi səhnəsində nüfuzunun günü-gündən daha da artmasında Prezident İlham Əliyevin sarsılmaz şəxsiyyəti, Liderliyi mühüm əhəmiyyət kəsb edir".

Bu fikirləri Sonxeber.az-a Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini şərh edərkən Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat qeyd edib ki, yerli televiziya kanallarına müsahibəsində ölkə Başçısı bir çox mühüm məsələlərə toxunmuşdur. Cənab Prezident müsahibə zamanı jurnalistlərin ötən müddətdə Azərbaycanda iqtisadi, sosial sahələrdə görülən işlər, Azərbaycan- Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri, ölkəmizin xarici siyasəti və digər vacib məsələlərlə bağlı suallarını cavablandırıb. Bunlardan bəzilərini xüsusilə vurğulamalıyıq. Prezident İlham Əliyev jurnalistlərin suallarını cavablandırarkən Azərbaycan-Ermənistan arasında münasibətlərlə bağlı bir çox nüanslara aydınlıq gətirib. O, Minsk qrupunun ləğv edilməsi, Ermənistanın konstitusiyanın dəyişdirilməsi kimi mühüm məsələləri qeyd edərək, bildirib ki, bunlarsız sülh müqaviləsi mümkün deyil. Cənab Prezident bildirib: "Ümid edirəm ki, sülh müqaviləsi ilə bağlı bizim bütün şərtlərimiz də qəbul ediləcək. Çünki bu şərtlərdə hər hansı bir fövqəladə məsələ yoxdur. Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil." Ermənistan Qərbdəki havadarlarına güvənərək revanşist meyillər nümayiş etdirməklə çox böyük səhv edir. Azərbaycan Cənubi Qafqazda sülhün, sabitliyin bərqərar olmasına çalışır və bunun üçün irəli sürdüyü şərtlər tamamilə reallığa uyğundur.Ermənistan dünyada və regionumuzda gedən geosiyasi prosesləri düzgün təhlil etməlidir. Sülh müqaviləsi imzalanmadan da Azərbaycan öz siyasətini həyata keçirə və məqsədlərinə nail ola bilər. Ermənistan isə get-gedə siyasi səhnədə təklənir. Onların dostları siyasi arenadan biabırçılıqla silinirlər. Elə götürək Fransanı və onun ermənilərdən daha çox erməni olan prezidenti Emmanuel Makronu. İkinci Qarabağ müharibəsində və ondan sonrakı proseslərdə davamlı olaraq Azərbayca qarşı ittihamlar və cəfəng iddialar səsləndirmək Fransa siyasi hakimiyyətinin gündəlik fəaliyyətinin bir parçasına çevrilib desək yanılmarıq. Öz ölkələrinin daxili problemlərini həll etmək əvəzinə Qafqazda 10 milyon əhalisi olan Azərbaycana qarşı destruktiv mövqe nümayiş etdrimək görünür daxili problemlərini ört-basdır etməkdə onlara daha çox sərf edir. Bütün bunlara baxmayaraq, Azərbaycan Qafqazda sülh və əmin-amanlıq istəyir, heç bir ölkənin daxili işinə qarışmaq niyətində deyil. Biz istəyirik ki, heç bir ölkə bizə mane olmasın. Cənab Prezidentin dediyi kimi "Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər".
Müsahibədə cənab Prezidentin toxunduğu mühüm məqamlardan biri də Zəngəzur dəhlizinin açılmasıdır. Məlumdur ki, Zəngəzur dəhlizi məsələsi 10 noyabr üçtərəfli Bəyanatın icra olunmayan bir bəndidir. Zəngəzur dəhlizində nəzərdə tutulan yolun tikintisi Azərbaycan tərəfindən başa çatdırılıb. Ermənistana da təklif olundu ki, öz üzərlərinə düşən yol tikintisini həyata keçirsin. Azərbaycan paralel olaraq İran ərazisində də belə bir yolun çəkilməsi ilə bağlı işlər aparır. Lakin, Ermənistan Zəngəzur dəhlizinin açılmasından boyun qaçırır. Cənab Prezident İlham Əliyev müsahibədə bu məsələ ilə əlaqədar olaraq konkret mövqe nümayiş etdirib: "Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib. Biz dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun". Zəngəzur dəhlizinin açlması üçün Ermənistan tərəfinin atmalı olduğu addımlar gecikməməlidir.

Ümumən deyə bilərik ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi ölkənin gələcək inkişaf istiqamətlərinin konturlarını müəyyənləşdirməklə yanaşı, ölkəmizə qarşı anti-Azərbaycan mövqeyi nümayiş etdirənlərə qarşı açıq mesajları özündə ehtiva edirdi. Dövlət Başçısının söylədiyi fikirlər dövlətin həyata keçirdiyi yüksək səviyyəli siyasi kursun keyfiyyət göstəricilərini Azərbaycan xalqının nəzərinə çatdırdı. Şübhəsiz ki, bütün bunlar vətəndaşın dövlətə inamının daha da güclənməsində və xalq-dövlət birliyinin, həmrəyliyinin möhkəmlənməsində mühüm amillərdən biridir. Millət vəkili Tamam Cəfərova belə deyib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 788   Tarix: 10 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib

24 sentyabr
.

Qadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı

Ağdaşda tanımış iş adamının nəvəsinin tir tüfəngi ilə qonşuluqda yaşayan qadını yaralaması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub. "Teleqraf" xəbər verir ki, hadisə zamanı xəsarət alan 51 yaşlı qadın xəstəxanadan evə buraxılıb. TƏBİB-dən bildirilib ki, 17.09.2026-cı il tarixind

23 sentyabr
.

Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)

Dövlət proqramı çərçivəsində Zabrat-Maştağa-Bağlar massivinə sürət qatarının getməsi üçün işlərə başlanıb. Ərazidə plana düşən evlər sökülür, qaz xətlərinin yeri isə dəyişdirilir. Beləliklə, Maştağada illər sonra qatar səsinin gəlməsi üçün hazırlıqlar görülür. Hazırda burada həm xəttin keçəcəyi ərazilə

24 sentyabr
.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr
.

Çingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video

Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı kadrlarla yaddaşlarda qalan Ləfxanım Mahmudova 34 ildən sonra doğma yurduna, Xocalıya qayıdıb. Bu barədə "Qafqazinfo"ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti v

24 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Məktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir - AÇIQLAMA

"Məktəbli formasına yalnız geyim tələbi kimi yanaşmaq düzgün deyil. Burada əsas hədəf məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim anlayışının formalaşdırılmasıdır. Eyni zamanda, vahid məktəbli geyimi məktəbin ümumi atmosferinə, şagirdlər arasındakı münasibətlərə və onların sosia

23 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr