İcra başçısının oğlunun inanılmaz əməlləri: "Rüsvay olmuşam, evlənə də bilmirəm..."

İcra başçısının oğlunun inanılmaz əməlləri: "Rüsvay olmuşam, evlənə də bilmirəm..."14 il icra başçısı işləmiş Lütvəli Babayevin oğlu, biznesmen Babəli Babazadəyə qarşı dələduzluqda ittiham olunan sabiq baş həkim Aruz Əliyev və onun tanışı Ehtiram Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sonxeber.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Babəli Babazadə iştirak edib.

Hakim bildirib ki, zərərçəkmiş məhkəmə iclasında ilk dəfədir iştirak edir. Hakim onun hüquqlarını izah edərkən məlum olub ki, o, subaydır, hazırda heç bir yerdə işləmir.

Prosesdə zərərçəkmiş Babəli Babazadə sərbəst ifadə verib. Təqsirləndirilən şəxslərdən Aruz Əliyevi tanıdığını, onun Zərdab rayonunda baş həkim işlədiyini deyib.

Zərərçəkmişin sözlərinə görə, Azərbaycanda olanda vergi ilə bağlı problemi yaranıb: "Həmin dövrdə Aruz Əliyev bizə gəlib-gedirdi. Çünki evdə xəstə olanda bir həkim kimi onu çağırırdıq. Aramızda səmimiyyətimiz yaranmışdı. Vergi ilə bağlı problemimi ona dedim. O da mənim təcili Türkiyəyə getməyimi məsləhət gördü. Onun məsləhəti ilə Türkiyəyə getdim. Orada olanda Aruz Əliyevlə əlaqə saxladım. Mənə dedi ki, haqqımda qırmızı "stop" var, qayıtma, problem olacaq.

Sonra da mənə dedi ki, Ehtiram adlı şəxs var, məsələni o həll edəcək. Məni Ehtiramla əlaqələndirdi. Türkiyədə Ehtiram gəlib mənimlə görüşdü. İşlərimi yoluna qoymaq üçün etibarnamə verməyimi məsləhət bildi. Mən ona etibarnamə verdim. Bu etibarnamə əsasında Ehtiram mənim evimi satdı.

Sonradan pul lazım oldu, ondan pulumu istədim, mənə 30 min dollar verdi. Qalanını istədim, pulumun qalığı olmadığını söylədi. Mən Azərbaycana gəldim..."

Bu zaman təqsirləndirilən Ehtiram Kərimov zərərçəkənin sözünü kəsib, "Pişik asqırdı, Azərbaycana gəldin... Sənin vergi məsələni biz həll etdik ki, rahat gəldin" deməklə mübahisə yaradıb.

Təqsirləndirilən şəxslə Babəli Babazadənin arasında yaranan mübahisəni hakim sakitləşdirib. Ehtiram Kərimov əlavə edib ki, sənədləşmə işlərini görüblər, nəticədə Babəli Babazadə Azərbaycana qayıdıb. Onun sözlərinə görə, satılan mülklərdən əldə olunan pullarla vergi işləri yoluna qoyulub.

Zərərçəkmiş isə onların heç bir iş görmədiklərini deyib. Bildirib ki, mülkləri əlindən çıxıb: "Mən rüsvay olmuşam. Əlimdə heç nə qalmayıb. Bu gün subayam, evlənə bilmirəm. Mənə sübut etsinlər ki, pullar hara xərclənib. Mənim evimi versinlər. Yaşamağa yerim yoxdur, otellərdə qalmışam. Elə vəziyyətə düşmüşəm ki, evlənə də bilmirəm".

Daha sonra zərərçəkmiş qeyd edib ki, siqaret alveri ilə məşğul olub, ona cəmi 10 min dollar çatıb, qalan pulu da bir qadın götürərək qaçıb: "Amma sübut yoxdur. Gətirsinlər, sübut eləsinlər".

Zərərçəkmiş daha sonra ifadəsində göstərib ki, təqsirləndirilən şəxslərlə fındıq biznesi qurublar, amma həmin biznesdən də onun pulunu verməyiblər.

Təqsirləndirilənlə zərərçəkmiş arasında yenidən mübahisə yaranıb, prosesdə fasilə elan olunub. Növbəti iclasda zərərçəkmiş şəxs ifadəsini davam etdirəcək.

Növbəti proses fevralın 6-da davam edəcək.

Qeyd edək ki, Babəli Babazadənin dostu Aruz Əliyev üçüncü şəxslə əlbir olaraq onun əmlaklarını 2 milyon manata sataraq pulu mənimsəməkdə ittiham olunur.

Bu hadisə baş verməzdən əvvəl isə Babaəli Babayevin sahibi olduğu tikinti şirkətinin 1 milyon manat vergi borcu yaranıb. Bununla bağlı ona rəsmi məktub gəlib, verginin ödənməli olduğu xatırladılıb. Məsələylə bağlı Babəli dostu Aruz Əliyevlə məsləhətləşib, ondan nə edə biləcəyini soruşub.

İddia olunur ki, Aruz külli miqdarda vergi borcu yaranmış Babəliyə ölkədən çıxmağı məsləhət bilib. O, tanışı Ehtiram Kərimovla əlbir şəkildə eks-icra başçısının oğlunun Türkiyəyə qaçmasını təşkil ediblər.

Babəli Türkiyədə yaşadığı müddətdə Bakıdakı əmlaklarını idarə etmək üçün Aruza etibarnamə verib. Əmlaklar satışa çıxarılıb. Dediyinə görə, Aruz onun etibarından sui-istifadə edib. Aruz və Ehtiram Babəlinin əmlakını ümumilikdə 2 milyon manata satıblar, pulu sahibinə vermədən şəxsi mənafelərinə sərf ediblər.

Aruz Əliyev özü həkim-cərrahdır. Bu cinayətin üstü açılana kimi "Uniklinika"nın baş həkimi olub.

Zərərçəkmiş şəxsin şikayəti əsasında baş həkim Aruz Əliyev və Ehtiram Kərimov polis əməkdaşları tərəfindən tutulub. Onlara dələduzluq maddəsinin ən ağır bəndi ilə ittiham irəli sürülüb, hər ikisi haqda həbs qərarı verilib.

İstintaq dövründə keçmiş icra başçısı Lütvəli Babayev də dindirilib. O, cinayət işi üzrə şahid qismində tanınıb.

Təqsirləndirilən şəxslər isə ittihamları qəbul etmirlər. Onlar deyirlər ki, zərərçəkmiş əmlaklarını könüllü satdırıb, pulunu da Türkiyədə xərcləyib. İttiham olunan tərəfin iddiasına görə, Babəli ailəsinin əmlakını satıb xərclədikdən sonra vəziyyətdən çıxmaq məqsədilə dostundan istifadə edib.

Digər məlumata görə, Babəli Türkiyəyə qaçmazdan əvvəl xırda xuliqanlığa görə 15 gün həbsdə qalıb. Buraxıldıqdan dərhal sonra isə ölkədən gedib.

Xatırladaq ki, Lütvəli Babayev 2005–2007-ci illərdə Mingəçevirin, 2007–2019-cu illərdə isə Zərdabın icra başçısı işləyib.

Qeyd edək ki, iki il əvvəl bu iş üzrə zərərçəkmiş Babəli Babazadənin Azərbaycandakı biznesini Rusiyaya köçürməsi barədə mediada məlumat yayılıb. Mətbuatdakı xəbərlərə görə, o, Moskvada "Liqa-Stroy" Məhdud Məsuliyyətli Cəmiyyətini (OOO LİQA-STROY) təsis edib./Teleqraf.com


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3628   Tarix: 10 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib

24 sentyabr
.

Qadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı

Ağdaşda tanımış iş adamının nəvəsinin tir tüfəngi ilə qonşuluqda yaşayan qadını yaralaması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub. "Teleqraf" xəbər verir ki, hadisə zamanı xəsarət alan 51 yaşlı qadın xəstəxanadan evə buraxılıb. TƏBİB-dən bildirilib ki, 17.09.2026-cı il tarixind

23 sentyabr
.

Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)

Dövlət proqramı çərçivəsində Zabrat-Maştağa-Bağlar massivinə sürət qatarının getməsi üçün işlərə başlanıb. Ərazidə plana düşən evlər sökülür, qaz xətlərinin yeri isə dəyişdirilir. Beləliklə, Maştağada illər sonra qatar səsinin gəlməsi üçün hazırlıqlar görülür. Hazırda burada həm xəttin keçəcəyi ərazilə

24 sentyabr
.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr
.

Çingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video

Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı kadrlarla yaddaşlarda qalan Ləfxanım Mahmudova 34 ildən sonra doğma yurduna, Xocalıya qayıdıb. Bu barədə "Qafqazinfo"ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti v

24 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Məktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir - AÇIQLAMA

"Məktəbli formasına yalnız geyim tələbi kimi yanaşmaq düzgün deyil. Burada əsas hədəf məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim anlayışının formalaşdırılmasıdır. Eyni zamanda, vahid məktəbli geyimi məktəbin ümumi atmosferinə, şagirdlər arasındakı münasibətlərə və onların sosia

23 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr