Bakıda bud əməliyyatına girən qadının burnunu kəsdilər

Bakıda bud əməliyyatına girən qadının burnunu kəsdilər2019-cu ilin 28 fevralında ilk əməliyyatım Elnur Mehrəliyev tərəfindən NB Lazur klinikasında baş tutdu.

Sonxeber.az Bakupost.az-a istinadla xəbər verir ki, bunu keçirdiyi estetik əməliyyat nəticəsində sağlamlığına ziyan dəydiyini iddia edən Aynur Əkbərova jurnalist Qənirə Ataşla canlı yayımda bildirib.

Liposaksiya və budgərmə əməliyyatı olmaq istəyən A.Əkbərova iddia edir ki, həm bədəni deformasiyaya uğrayıb, həm də burnu zədələnib:

"Məni Ramil adlı vasitəçi fevral ayında Elnur Məhrəliyevin yanına apardı. Çəkilişlərə görə budgərmə əməliyyatı və liposaksiya olacağımı bildirdilər. Amma 28 fevral gecəsi əməliyyatdan sonra məni palatadan çıxardılar. Heç bir xəstəlik tarixçəsi təqdim edilmədən, 3 ay boyunca mütəmadi olaraq müalicə aldım. Sonradan öyrəndiyim ki, əməliyyat zamanı yanlış bud içi əməliyyatı olunmuşam. Hətta klinik ölüm keçirmişəm. Kliniki ölüm keçirərkən, Elnur Məhrəliyevin tapşırığı ilə məndən imzalı razılıq sənədi alındı və gecə ilə xəstəxanadan uzaqlaşdırıldım. Səhəri gün bu hadisəni Ramil adlı şəxsə bildirdim. O, mənə müalicəmi evdə davam etdirməyi məsləhət gördü, dərman və digər vasitələri alıb gətirəcəyini dedi. Mən vəziyyətin bu qədər ciddi olduğunu anlamadığım üçün əhəmiyyət vermədim. 3 ay sonra karset çıxarılanda gördüm ki, bədənim tamamilə deformasiyaya uğrayıb".

Şikayətçi bildirib ki, Ramil adlı dəllal təhsilsiz həkimlərə pasiyent tapan, pasiyentlərlə həkimləri əlaqələndirən vasitəçidir. O, belə şəxslərin reklam edildiyini və pulla müştərilərin cəlb olunduğunu söyləyib.

A.Əkbərova bildirib ki, Elnur Mehrəliyev tərəfindən həyata keçirilən birinci uğursuz əməliyyatla bağlı şikayət etməməsi üçün məsələnin həllini başqa cür təklif ediblər. Belə ki, zərərçəkən E.Mehrəliyevin yaratdığı fəsadları aradan qaldırmaq üçün "Şəfqət" klinikasında Abbas İmanovun yanına gedib:

"Əslində, bu seçimi də mən etməmişdim. Ramin adlı makler aparmışdı. Budgərmə əməliyyatına girdiyim halda, narkozdan ayılanda gördüm ki, əllərim bağlıdır. Həkimlər məni sakitləşdirirdilər: "Əlləriniz bağlıdır, burnunuzda əməliyyat aparılıb". Burun əməliyyatı? Heç deyən olmadı ki, bu xanımın burnunda problem varmı? Plastik əməliyyata ehtiyac varmı? Sonra Abbas həkimə sual verdim: "Mənim burnumda problem varmı?" O isə irişərək cavab verdi ki, "yox".

Beləliklə, Elnur Mehrəliyev məni klinik ölümə məruz qoyaraq əməliyyatı yarımçıq saxladı. Daha sonra "Şəfqət" klinikasına, Abbas həkimin yanına apardılar. O da mənim budumu yox, özümdən xəbərsiz burnumu əməliyyat etdi. Bəli, bu hadisə baş verdi. Bunlar hələ budla burnu bir-birindən ayırd edə bilmir".

Şikayətçinin sözlərinə görə, 2020-ci ildə Abbas həkimin "Şəfqət" klinikasından xaric olunduğu deyilsə də, əslində o, orada işini davam etdirir:

"Təxminən 3 ay əvvəl bir televiziya çəkilişi əsasında biz zəng vurduğumuzda məlum oldu ki, Abbas həkim "Şəfqət" klinikasında əməliyyatlar aparır. Klinikanın baş həkimi Fikrət Baxşəliyev deyir ki, biz o cərrahiyyə otaqlarını icarəyə veririk. Bəli, Abbas kimi budla burnu səhv salan həkimlərə əməliyyat otaqları icarəyə verilir. Əməliyyat otağında baş verənlər klinika rəhbərlərini maraqlandırmır. Mən tələb edirəm ki, Ramil adlı dəllalın qarşısı alınsın. Ramil, Abbas, Elnur tapılsın. Hamısı yerindədir. Çanaqla burnu səhv salan həkimin də adının saxta sertifikatla işləyən həkimlərin cərgəsində qeyd edilməsini çox istəyirəm. Hazırda "Şəfqət" klinikasında Fikrət Baxşəliyevin nəzarətində olan Abbas Tofiq oğlu İmanov kimi həkimlər budla burunun yerini bilmir".

Qeyd edək ki, pasiyentin ikinci dəfə əməliyyat olunduğu "Şəfqət" klinikası Sumqayıtda yerləşir. Klinikadan bildiriblər ki, cərrah Abbas İmanov başqa klinikada işləyir, nadir halllarda, əməliyyatı olduqda "Şəfqət" klinikasına gəlir. Beləliklə, aydın oldu ki, cərrah orada əməliyyatxananı icarəyə götürüb xəstələri əməliyyat edir. A.İmanovla əlaqə saxlanılsa da, zənglərə cavab verilməyib.

Pasiyentə ilk əməliyyatı edən Elnur Mehralı isə laporoskopik estetik cərrah kimi fəaliyyət göstərir. O, ATU-nun Müalicə işi fakültəsini bitirib. Sonra 2 il Xarkov Tibb Akademiyasında staj keçib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2092   Tarix: 10 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib

24 sentyabr
.

Qadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı

Ağdaşda tanımış iş adamının nəvəsinin tir tüfəngi ilə qonşuluqda yaşayan qadını yaralaması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub. "Teleqraf" xəbər verir ki, hadisə zamanı xəsarət alan 51 yaşlı qadın xəstəxanadan evə buraxılıb. TƏBİB-dən bildirilib ki, 17.09.2026-cı il tarixind

23 sentyabr
.

Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)

Dövlət proqramı çərçivəsində Zabrat-Maştağa-Bağlar massivinə sürət qatarının getməsi üçün işlərə başlanıb. Ərazidə plana düşən evlər sökülür, qaz xətlərinin yeri isə dəyişdirilir. Beləliklə, Maştağada illər sonra qatar səsinin gəlməsi üçün hazırlıqlar görülür. Hazırda burada həm xəttin keçəcəyi ərazilə

24 sentyabr
.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr
.

Çingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video

Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı kadrlarla yaddaşlarda qalan Ləfxanım Mahmudova 34 ildən sonra doğma yurduna, Xocalıya qayıdıb. Bu barədə "Qafqazinfo"ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti v

24 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Məktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir - AÇIQLAMA

"Məktəbli formasına yalnız geyim tələbi kimi yanaşmaq düzgün deyil. Burada əsas hədəf məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim anlayışının formalaşdırılmasıdır. Eyni zamanda, vahid məktəbli geyimi məktəbin ümumi atmosferinə, şagirdlər arasındakı münasibətlərə və onların sosia

23 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr