4 milyona görə həbs edilən birjaçı Elarizin kürəkəni imiş
Bakıda 33 yaşlı birjaçı Alışan Nizami 3 sahibkarın 4 milyondan çox pulunu ələ keçirmə ittihamı ilə həbs edilib.
Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, zərərçəkmişlərə milyonluq zərər vurmaqda təqsirləndirilən Nizaminin kimliyi ortaya çıxıb.
Uşaqlıqdan birja fəaliyyəti ilə maraqlanan Nizami AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur. Onun 4 il əvvəl vəfat etmiş atası Akif Alışanov da yüksək vəzifələrdə çalışıb. O, uzun illər polkovnik rütbəsi ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi işləyib. Sonuncu dəfə isə Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi kimi fəaliyyət göstərib.
Tanınmış soyadın davamçısı Nizaminin qayınatası isə hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğludur. O, 2014-cü ildə müğəninin qızı Günellə evlənib. Cütlüyün toyu mediadan gizli saxlanılsa da, sonradan fotoları yayılıb.
Hazırda ağır cinayətə görə mühakimə edilən Alışan Nizami 2018-2019-cu illərdə elə əmisinin yanında-AzTV-nin İnformasiya və Texnologiya şöbəsinin müdir müavini işləyib.
Qeyd edək ki, Alışan Nizami Akif oğlunun oyunlarına qoşulub milyonlar itirənlər "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadə, Nərimanov Rayon Prokurorunun sabiq müavini Zeynal Usubov və başqa sahibkar Yadigar İsrafilovdur.
Dustaq birjaçı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiiham edilir. Amma ittihamı qəbul etmir. Bu cinayət məhkəmə hökmü ilə təsdiqini taparsa, Alışan Nizami ömrünün 10-14 ilini həbsdə keçirməli olacaq.
Xatırladaq ki, Arif Alışanov 2019-cu ilin yanvarında Prezidentin sərəncamı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İllər sonra ekranlara qayıdan aktrisanı heç kəs tanımadı
Türkiyənin məşhur "Yahşi Cazibe" serialında Simge obrazı ilə tanınan Hande Katipoğlu illər sonra yenidən ekranlara qayıdıb. Aktrisanın yeni serialdakı dəyişən görünüşü izləyicilərin diqqətini çəkib. xarici mediaya istinadla xəbər verir ki, 2010-2012-ci illərdə yayımlanan "Yahşi Cazibe"
9 sentyabrTəcili əməliyyat olunan məşhur müğənnidən xəbər var
"Atamı öd kisəsindəki problemlə bağlı əməliyyat etdirməli olduq, hazırda vəziyyəti yaxşıdır". Bunu -a açıqlamasında tanınmış müğənni Tacir Şahmalıoğlunun oğlu Şahmalı Taciroğlu deyib. "Çox şükür danışır, yeyir, gəzir. Hər şey qaydasındadır. Bu günə, sabaha yəqin ki evə buraxılacaq"
22 sentyabrEvində ölü tapılan Serhat Kılıçla bağlı ŞOK AÇIQLAMALAR: 2 ildir...
Xəbər verildiyi kimi, türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində sevgilisi tərəfindən ölü vəziyyətdə tapılıb. Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kılıçın ölümündən sonra ortaya atılan müxtəlif iddialara münasibət bildirən həmkarı Şoray Uzun insanları ehtiyatlı olmağ
6 sentyabr"Yeraltı"nın yayım tarixi bəlli oldu
Türkiyəli aktyorlar Devrim Özkan, Deniz Can Aktaş və Uraz Kayqılaroğlunun baş rollarını paylaşdığı "Yeraltı" serialının ikinci mövsümünün çəkilişlərinə start verilib. Axşam.az xəbər verir ki, serialın aktyor heyətinə İsmail Hacıoğlu da daxil olub. O, ekran işində "Bozo"nun düşmənin
13 sentyabrRüfət bu yolla arıqlayır
Müğənni Rüfət Axundov arıqlaması ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, sənətçi üç həftədir pəhriz saxladığını bildirib. İfaçı bu haqda "Qonaqcanlı" proqramında danışıb. O, 3 həftəyə 4,5 kiloqram çəki atdığını deyib. "Hazırda 84 kiloqram olmuşam. Hədəfim 80-78 kiloqrama qədər düşməkdir
19 sentyabrFatma Mahmudova qızının nişanını qaytardığını açıqladı
Xalq artisti Fatma Mahmudovanın qızı Nigar Tofiqqızının nişanını qaytardığını açıqlayıb. xəbər verir ki, bu barədə aktrisa aparıcı Elgiz Əkbərin "Şadlıq olsun" verilişində danışıb. O veriliş zamanı toyla bağlı verilən suala aktrisa etiraz edib. Fatma Mahmudova bildirib ki, nişan qayıdıb v
10 sentyabrLedi Qaqa ana oldu - Foto
Dünyaca məşhur müğənni Ledi Qaqa ilk dəfə ana olub. "Qafqazinfo" xəbər verir ki, iş adamı Maykl Polanski ilə birlikdə olan 40 yaşlı sənətçi körpəsi ilə görüntülənib. Qeyd edək ki, L.Qaqa və M.Polanski 2024-cü ildə nişanlanıblar
12 sentyabrHakan Sabancı Bakıda
Məşhur türkiyəli iş adamı Hakan Sabancı Azərbaycana səfər edib. Axşam.az xəbər verir ki, o, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. Hakan yarışda lentə aldığı görüntüləri izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Hakan daha əvvəl aktrisalar Hande Erçel, Rabia Soytürkl
25 sentyabr