"Bakı" qəzetinin yaradılmasından 67 il ötür
Bir nəfərdə o vaxt təpər tapılmadı ki, soruşsun: balam, əhalisi əksəriyyət təşkil edən xalqın ana dilində çıxan qəzetinin günahı nədir? – bu sualı heç vaxt, heç kəsə verən olmadı.
"Yeni yol" qəzeti gözlənilmədən bağlandı. "Vışka" qəzeti Mərkəzi Komitənin orqanı kimi fəaliyyətini davam etdirdi. Bir nəfərdə o vaxt təpər tapılmadı ki, soruşsun: balam, əhalisi əksəriyyət təşkil edən xalqın ana dilində çıxan qəzetinin günahı nədir? – bu sualı heç vaxt, heç kəsə verən olmadı. Lakin mən qəzetdən uzaqlaşdıqdan sonra, uzun müddət müxtəlif yerlərdə çalışmağımdan asılı olmayaraq bu suala cavab axtarırdım. Nəhayət, bir gün topladığım faktlardan, gəldiyim qənaətlərdən sonra bir məktub hazırladım. O vaxt Mərkəzi Komitənin birinci katibi Mircəfər Bağırov idi. Mənim məktubumu yuxarılara çatdırırlar. Baxılıb qərar çıxarıldı. Onda belə idi ki, bizim Mərkəzi Komitənin hər hansı bir qərarı mütləq Moskvaya göndərilməli idi. Belə də oldu. Sov.İKP-dən xahiş olunurdu ki, Azərbaycanın paytaxtı Bakı şəhərində qəzet çıxarılmağa icazə verilsin.
Aradan xeyli keçmiş məni Mərkəzi Komitəyə çağırdılar. O zaman Mərkəzi Komitənin katibi Şıxəli Qurbanov idi. Şıxəli Qurbanov stolunun gözündən bir qərar çıxarıb göstərdi və dedi:
– Moskva yeni qəzet çıxarmaq barədəki qərarımızı təsdiqləyib. İstəyirəm işin ilk təşəbbüskarı olduğum üçün məsuliyyəti də, sənin üzərinə qoyaq, universitetdəki dərslərini demək şərti ilə…
Qəzet əvvəlcə kiçik formatda fəaliyyətə başladı. Sonradan oxucu marağını nəzərə alıb həcmini genişləndirdik, eyni zamanda rus oxucularını da nəzərə alıb "Baku" qəzetinin də paralel nəşrinə başladıq. Bakı Şəhər Sovetinin yeni orqanı olan "Bakı" və "Baku" axşam qəzetlərinin təməli belə qoyuldu…
Nəsir İmanquliyev
Qeyd: Bu gün "Bakı" qəzeti Bakı Şəhər İcra hakimiyyətinin dəstəyi ilə dövrün tələbinə uyğun olaraq Baki-Baku.az adı ilə onlayn formatda fəaliyyətini davam etdirir. Məqsədimiz, şəhərimizin ictimai, mədəni və sosial həyatını əhatə edərək, Bakıya dair dolğun məlumat mənbəyi olmaqdır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Bank kartları ilə bağlı - Daha bir qadağa
Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Prezident icra başçısını vəzifəsindən azad etdi
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Çingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Bu bölgəyə qar yağdı: Yüksək ərazilər ağ örpəyə büründü