Şəhid anası yenidən məktəb direktoru oldu
Masallı rayon Çaxırlı kənd tam orta məktəbinin direktor vəzifəsinin icrası şəhid anası Mehriban Sultanovaya tapşırılıb.
Sonxeber.az xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib.
Məlumatda qeyd olunub ki, hazırda Masallı şəhəri Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor müavini olan M.Sultanovaya 8 yanvardan etibarən Çaxırlı kənd tam orta ümumtəhsil məktəbinin direktor vəzifələrinin icrası həvalə olunub.
Məlumat üçün bildirək ki, M.Sultanova 2023-cü ildə Masallı şəhər Rafiq Əlihəsənov adına 1 saylı tam orta məktəbinin direktoru vəzifəsindən uzaqlaşdırılmışdı.
Qeyd edək ki, Mehriban Sultanova Vətən müharibəsi şəhidi Niyaməddin Sultanzadənin anasıdır. N.Sultanzadə Füzuli və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə vuruşub və Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezidentin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 829 Tarix: 11 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vətəndaşlara XƏBƏRDARLIQ: İki min manatadək cərimə oluna bilərsiniz
Sayt və sosial şəbəkələrdə cəmiyyətə qarşı açıq hörmətsizlik ifadə edən hərəkətlər qadağan olunub. Prezident İlham Əliyev bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna edilən dəyişiklikləri təsdiqləyib. Dəyişikliyə əsasən, kütləvi şəkildə nümayi
18 yanvarLerikin 80 kəndi işıqsız qaldı
Lerikə yağan güclü qar səbəbindən xeyli kənddə elektrik enerjisinin verilişində fasilələr yaranıb. xəbər verir ki, rayon mərkəzində qarın hündürlüyü 40 sm, dağlarda isə 80 sm-ə çatıb. Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun sözlərinə görə, hazırda Lənkəran-Lerik yolu açıqdır:
19 yanvarGüclü qar talvarı uçurdu - Maşınlar əzildi - Fotolar
Qazaxda yağan güclü qar ciddi fəsadlara yol açıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Abbasbəyli kəndində ötən gecədən başlayan güclü qar kənd sakininə məxsus evin talvarını çökdürüb. Nəticədə vətəndaşa məxsus "Chevrolet Malibu" və "Chevrolet Cruze" markalı minik maşınlar
20 yanvarBuraxılış və qəbul imtahanlarının tarixi nə vaxt açıqlanacaq?
Hər il yanvar ayının əvvəlində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunacaq imtahanların illik qrafiki ictimaiyyətə təqdim olunur. Hazırda yanvarın ikinci ongünlüyü başa çatmaq üzrə olsa da, hələ də 2025/2026-cı tədris ili üçün buraxılış və qəbul imtahanlarının vaxtı açıqlanmayıb. "Qafqazinfo"
19 yanvarSabah bu yollar BAĞLI OLACAQ
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək. Bu barədə -a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekt
19 yanvarElşad Xose həbsdən azad olundu
Tanınmış reper Elşad Xose həbsdən azadlığa buraxılıb. xəbər verir ki, reper polisin müvəqqəti saxlanma yerindən sərbəst buraxılıb. Teleqraf-a açıqlamasında o, vəziyyətinin normal olduğunu deyib. "Ötən gün səhər saatlarında həbsdən azad edildim. Özümü əla hiss edirəm", - deyə reper əlavə edib.Qey
19 yanvar20 yaşında dekan müavini olan Jalə Eyvazovların qızı imiş
Bu gün həyat yoldaşının videosu ilə ölkə gündəminə düşən Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazovanın qızı 20 yaşında tələbə olarkən dekan müavini təyin edilibmiş. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, 2023-cü ildə Kamal Abdullanın müvafiq əmri ilə Azərbayca
20 yanvarSalyanda "Mercedes" ilə "Hyundai" toqquşdu - Ölən və yaralanan var
Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata görə, "Mercedes" markalı yük avtomobili ilə "Hyundai" markalı minik avtomobili toqquşub. Toqquşma zaman
19 yanvar