İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - ŞƏRH
İranın ali dini rəhbəri Əli Xameneyinin Qəzvin əyalətindəki nümayəndəsi, Qəzvin şəhərinin cümə imamı Əbdülkərim Abedini Azərbaycan Prezidenti İlham Əliyevin televiziya kanallarına müsahibəsindən sonra qorxuya düşənlərdən biri olub.
"Report" "Azad İran"a istinadən xəbər verir ki, molla Azərbaycan Prezidenti barədə özünəlayiq ifadələrlə çıxış edib.
Bununla da İran rəsmiləri növbəti dəfə Azərbaycan və Türkiyə prezidentlərinə düşmənçiliyini nümayiş etdirib. Sözügedən davranış nə bölgədə baş verən gerçəklərini anlamaqdan, nə də qarşılıqlı hörmət prinsiplərindən xəbər verir, əksinə nifaq siyasətini açıq şəkildə ortaya qoyur.
Məsələ burasındadır ki, İran mollaları özlərini siyasətçi kimi təqdim etməyə çalışırlar. Halbuki onların yeganə işi Quranı insanlara başa salmaq, onları dini rituallara əməl etməyə çağırmaqdır. Mümkündür ki, İran mollaları Bakıya qarşı çıxış etməzdən əvvəl hansısa qüvvələrdən icazə alırlar. Amma nəzərə almaq lazımdır ki, analoji çıxışlar nə Əbdülkərim Abedini, nə də onun kimi digərlərinin savadına, məntiqinə, intellektual səviyyəsinə uyğundur. Odur ki, onların səsləndirdikləri siyasi motivli fikirlər sadəcə gülüş və təəccüb yaradır. İran mollaları Azərbaycanı nə tənqid edəcək, nə də bu ölkənin rəsmi şəxsləri, o cümlədən birinci şəxsinə cavab vermək iqtidarında deyillər.
Üstəlik, belə bəyanatlar İran hakimiyyətinə başucalığı gətirmir. Əksinə, Azərbaycanla ikitərəfli münasibətlərə zərbə vurur. Rəsmi Tehran bunu nəzərə almalı və İran mollalarının ölkənin xarici siyasətinə müdaxiləsinin qarşısını almalıdır.
İran suveren dövlətdir. Belə olan halda əgər İranın xarici siyasətini mollalar idarə edirsə və onların səsləndirdikləri fikirlər qonşu dövlətlərlə münasibətlərə toxunursa, deməli, rəsmi Tehranın xarici siyasət kursu "yox" səviyyəsindədir. Odur ki, İran hakimiyyəti mollaların "siyasətşünaslığına" rəvac verməməli, əksinə, onların ən qısa zamanda Azərbaycan xalqından üzr istəməsini tələb etməlidir. Əks halda gələcək perspektivdə münasibətlərin pisləşməsinə məsuliyyəti rəsmi Tehran daşıyacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində İran mollalarının Azərbaycana qarşı son vaxtlar səsləndirdikləri qeyri-adekvat fikirlərə münasibət bildirib. Ölkə lideri İranın ali dini liderinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amulinin də qatıldığı tədbirdə Azərbaycan və onunla bağlı səslənmiş ifadələri "təhqir" adlandırıb. O, rəsmi Tehranın Azərbaycan xalqından üzr istəməsini tələb edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 966 Tarix: 12 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Makron: İranın bombardmanları ölkədə rejim dəyişikliyinə səbəb olmayacaq
Fransa prezidenti Emmanuel Makron İranın bombardman edilməsinin bu ölkədə hakimiyyət dəyişikliyinə səbəb ola bilməyəcəyi fikrini bildirib. xəbər verir ki, Makron Amerikanın ABC televiziya kanalına verdiyi müsahibədə deyib: "Düşünmürəm ki, bir ölkəni bombalamaqla hakimiyyəti dəyişmək mümkün olsun
23 sentyabrABŞ-da əfsanəvi avtomobillər niyə Avropadakından fərqli görünürdü?
"Ferrari", "Lamborghini" və "Porsche" kimi markaların ən əfsanəvi modelləri belə Şimali Amerika bazarının tələblərinə uyğunlaşdırılmalı olduqları üçün müəyyən dəyişikliklərə məruz qalırdı. Qaynarinfo xəbər verir ki, "Supercar Blondie" bunun səbəbini açıqlayıb
24 sentyabrDünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
Səyahət zamanı mümkün qədər çox müsbət emosiyalar yaşamağa imkan verən istiqamətlərlə bağlı maraqlı araşdırma aparılıb. İlk sırada Portuqaliyanın paytaxtı Lissabon qərarlaşıb. Qaynarinfo xəbər verir ki, "TimeOut"un yazdığına görə, "xoşbəxtlik" tərəfindən psixoloq Natali Dattilo-Rayanl
25 sentyabrYüz ildən sonra ilk dəfə olaraq yeni pinqvin növü kəşf edildi
Alimlər bir əsrdən çox müddət ərzində ilk dəfə olaraq yeni bir pinqvin növü kəşf ediblər. Məlum olub ki, tanınmış subantarktik (cins) pinqvin əslində dörd fərqli növdən ibarətdir və onlardan biri əvvəllər elmə məlum deyildi. xəbər verir ki, bu barədə tədqiqat Communications Biology (ComBiology) jurnalınd
23 sentyabrABŞ-Çin münasibətləri heç vaxt bu qədər güclü olmayıb
ABŞ prezidenti Donald Tramp hesab edir ki, hətta fərqli siyasi sistemlər altında belə, ABŞ-Çin münasibətləri onun ikinci prezidentlik müddəti ərzində heç vaxt bu qədər güclü olmayıb. xəbər verir ki, Çin prezidenti Si Cinpin 24-25 sentyabr tarixlərində ABŞ-da dövlət səfərindədir. Tramp Çin prezidentini
25 sentyabrMəkkədə təhlükə: Sakinlərə xəbərdarlıq edildi
Səudiyyə Ərəbistanının qərbindəki Məkkə şəhərində, eləcə də krallığın bir neçə digər şəhərində təhlükəsizlik barədə xəbərdarlıq elan edilib. -ın xəbərinə görə, müvafiq bəyanat krallığın mülki müdafiə xidməti öz "X" hesabında dərc edilib. Bəyanatda Məkkə sakinlərinə dərhal ən yaxın təhlükəsi
24 sentyabrİlk Homo sapiensin üzü necə görünürdü?
Bir vaxtlar Afrika neandertalı hesab edilən Cəbəl İrhud fosilləri bu gün ən qədim Homo sapiens nümunələri arasında göstərilir. Müxtəlif fərdlərə aid hissələrin rəqəmsal şəkildə birləşdirilməsi ilə hazırlanmış yeni model ilk əcdadlarımızın üzünün necə göründüyünə dair diqqətçəkən təsəvvür yaradır. Qaynarinf
22 sentyabrYerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Sentyabrın 24-də Günəş səthində əmələ gələn tac dəliyinin planetimizə təsiri nəticəsində maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun günəş astronomiyası laboratoriyasından məluma
22 sentyabrPaşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istəyini bildirib
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istədiyini açıqlayıb. xəbər verir ki, o, bu barədə "İzvestiya"nın şərhçisinə verdiyi müsahibədə bildirib. "Rusiya Federasiyası ilə münasibətlərə gəldikdə isə, biz münasibətlərimizi inkişaf etdirmək, münasibətlərimiz
24 sentyabr