Fermerlərin NƏZƏRİNƏ: Yeni subsidiyalar veriləcək

Fermerlərin NƏZƏRİNƏ: Yeni subsidiyalar veriləcəkAqrar Subsidiya Şurası məhsul subsidiyası verilən bitkilərin siyahısını genişləndirir. Şuranın qərarına əsasən, 2025-ci təsərrüfat ilindən başlayaraq fermerlər qarğıdalıya görə, əkin subsidiyası ilə yanaşı, məhsul subsidiyası da ala biləcəklər. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, məhsul subsidiyası qarğıdalıdan nişasta, qlükoza, yağ və fruktoza istehsal edən müəssisələrə verilən məhsula şamil ediləcək. Öz torpaq sahəsində qarğıdalı yetişdirən və məhsulu belə müəssisələrə təhvil verən fermerlər əkin subsidiyası ilə yanaşı, təhvil verdikləri qarğıdalının hər tonuna görə 50 manat məhsul subsidiyası alacaqlar.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci ildə müasir suvarma sistemləri ilə təmin olunmuş sahələrdə qarğıdalı becərilməsinə görə fermerlərə hər hektara görə 290 manat, müasir suvarma sistemləri quraşdırılmamış qarğıdalı sahələrinə görə isə hər hektara 230 manat əkin subsidiyası ödəniləcək. Təkrar qarğıdalı əkinlərinə görə isə fermerlərə hər hektar üçün 120 manat subsidiya ödənilməsi nəzərdə tutulur. Maraqlıdır, yeni qərarı şərtləndirən amillər hansılardır? Bundan sonra sözügedən sahədə nələr gözlənilir?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Azad olunmuş ərazilərdə fərqli əmsal

Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə qarğıdalı əkinlərinə görə fərqli əmsallar müəyyənləşib: "Növbəti təsərrüfat ilindən azad olunmuş ərazilərdə müasir suvarma sistemləri ilə təmin olunmuş sahələrdə qarğıdalı əkinlərinə görə hər hektara 400 manat, müasir suvarma sistemləri ilə təmin olunmamış ərazilərdə qarğıdalı əkinlərinin hər hektarına görə 140 manat subsidiya ödəniləcək".

Nazirlikdən qeyd edilib ki, Azərbaycanda tək qarğıdalı əkinləri deyil, bütün əkinlər subsidiyalaşdırılır: "Subsidiya dövlət dəstəyidir. Fermerin xərclərinin bir hissəsinin dövlət tərəfindən qarşılanması mexanizmidir. Stimullaşdırma tədbiri olduğuna görə fermerlərə müsbət təsir edəcəyi gözlənilir".

Həm qida, həm də yem bazası

İqtisadçı Cəfər İbrahimli düşünür ki, qarğıdalı olduqca faydalı xammaldır: "Qarğıdalıdan qida kimi istifadə olunur. Yağ, nişasta və digər məhsullar alınır. Heyvandarlıqda yem bazası kimi də istifadəsi nəzərdə tutulur. Bu baxımdan, məhsula görə subsidiyanın verilməsi nəzərdə tutulur ki, qarğıdalının istehsal müəssisələrinə təhvil verilməsinə maraq artsın. Müəssisələrə verilməsə də, qarğıdalının həm dənindən, həm də silosundan istifadə olunur. Maldarlıqda qarğıdalı silosu olmadan süd məhsuldarlığı əldə etmək mümkün deyil. Bu baxımdan qarğıdalıya subsidiya və güzəştlərin edilməsi çox müsbət hadisə kimi qiymətləndirilməlidir".

Daha çox məhsul istehsal ediləcək

C.İbrahimlinin fikrincə, məhsul subsidiyalarının verilməsi reallaşandan sonra fermerlərin əldə etdikləri gəlirlər də artacaq: "Əkin subsidiyaları hər əkilən sahəyə görə verilir. Əkin subsidiyasında qarğıdalının hansı məqsədlə əkildiyinin fərqi yoxdur. Məhsul subsidiyası isə fermerlərin maraqlı olması üçündür. Məhsulun becərilməsinə qatqı məqsədi daşıyır. Əgər məhsul qida üçün emala gedirsə, hər iki subsidiya növündən yararlana bilərsiniz. Amma heyvandarlıq üçündürsə, yalnız əkin subsidiyaları şamil edilir. Qida kimi daha çox məhsul istehsal ediləcək, dəyər yaradacaq. Həmçinin təsərrüfat sahələrinin inkişafına dəstək olacaq. Qarğıdalının hətta atılan hissəsindən də istifadə edilir deyə, heç nə itkiyə getmir".

"Əkin subsidiyaları artırılmalıdır"

İqtisadçı bildirib ki, məhsul subsidiyası ilə müqayisədə əkin subsidiyaları olduqca azdır: "Düşünürəm ki, qarğıdalıya ayrılan subsidiya arpa və buğda ilə müqayisədə daha çox olmalıdır. Çünki onun istehsal xərcləri daha çoxdur. O səbəbdən subsidiya həcmi iki dəfə artırılmalıdır. Lakin görürük ki, arpa və buğdaya verilən qədər əkin subsidiyası ayrılır. Nəzərə almalıyıq ki, qarğıdalıda yerli toxumlarımız standartlara cavab verə bilmir. Əkilən qarğıdalı toxumlarının 80 faizə yaxını xaricdən gətirilir. O isə olduqca baha başa gəlir. Fermerlər üçün əlavə xərc olduğunu nəzərə alsaq, əkin subsidiyaları artırılmalıdır. Məhsul subsidiyası üçün isə 50 manat normal məbləğdir".

"Suvarma sistemlərinə də dəstək olmaq lazımdır"

Ekspert düşünür ki, qarğıdalı ilə bağlı təsərrüfatlarda xeyli inkişaf mövcuddur: "Son 10 ilə yaxındır məhsuldarlıq artıb. Dənlik qarğıdalının məhsuldarlığı 10 ton üzərinə çıxır, əvvəl 3-4 ton güclə olurdu. Silosluq qarğıdalıda da hər hektardan 60-70 ton məhsul götürülə bilir. Bu da fermerlərin əməyi nəticəsində baş verib. Düşünürəm ki, dəstək bir az da artırılsa, proses daha da inkişaf edər".

C.İbrahimli bu sahədəki həll edilməli digər məsələlərə də toxundu: "Qarğıdalının suya çox ehtiyacı var. Onların suvarma sistemlərinə də dəstək olmaq lazımdır. Heyvandarlıq təsərrüfatları üçün bu qidaların əkilməsinə yer ayrılmalıdır. Hansı ki, özləri qarğıdalı yetişdirsinlər və ondan da yem kimi istifadə etsinlər. Belə olduqda, daha sərfəli yem bazalarını formalaşdırmış olarlar. Bu baxımdan qarğıdalı əkinlərinin artırılması vacibdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1009   Tarix: 12 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Almaniyadan olan səyyah: "Qarabağ tikinti işlərinin templəri və ənənələrin qorunması ilə heyran edir"

"Qarabağda genişmiqyaslı infrastruktur layihələri, yeni yolların və tunellərin tikintisi, həmçinin mədəni ənənələrin qorunması beynəlxalq səyyahların böyük marağına səbəb olur". "Report"a istinadla xəbər verir ki, bu barədə Almaniyadan olan səyyah Cin Yaspersen Naqeli bildirib. "Bu

27 mart
.

Düyünü bişirməzdən əvvəl həmişə yumaq lazımdır?

Düyünün bişirilməzdən əvvəl yuyulmasının vacibliyi ilə bağlı aşpazlar açıqlama veriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, düyünü yumaq onun üzərində qalan toz, çirk və artıq nişastanı təmizləyir. Bu isə bişdikdən sonra düyünün bir-birinə yapışmamasına və daha dadlı olmasına kömək edir

25 mart
.

Heydər Əliyev Mərkəzi Pakistan bayrağının rəngləri ilə işıqlandırıldı

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olunub. Qaynarinfo xəbər verir ki, proyeksiya 23 mart - Pakistan Günü münasibətilə edilib

23 mart
.

Universitetlərlə bağlı gözlənilən qərar: Tələbə ancaq tələbəni görəcək?

Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında paytaxtdan kənarda yeni universitetin yaradılması təklif olunur. Sənəddə Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən, Elm və Təhsil Nazirliyinin tabeliyində olan liseyin bazasında logistika və innovativ ixtisasların tədris edilməsinə imka

23 mart
.

Niyə şənbə günləri təmizlik, bazar günləri istirahət edirik? - MARAQLI FAKTLAR

Bazar gününün istirahət günü kimi qəbul olunması tarixi, dini və sosial amillərin qarşılıqlı təsiri nəticəsində formalaşıb. Bu məsələni daha dərindən anlamaq üçün müxtəlif dinlərdə həftənin müqəddəs günlərinin necə müəyyənləşdirildiyini və bu ənənələrin müasir cəmiyyətlərə necə təsir etdiyini araşdırma

25 mart
.

Səhər və axşam fərq etmədən zəhər istehlak edirik

Fransa Milli Qida Təhlükəsizliyi Agentliyinin (Anses) apardığı son araşdırmalar qidalarımızdakı qorxulu mənzərəni ortaya qoyub. Təhlil edilən 700 birləşmədən 250-dən çoxunun sağlamlıq üçün ciddi risk daşıdığı məlum olub. Xüsusilə ağır metal olan kadmiumun qida zəncirinə necə daxil olduğu və bədəndə

25 mart
.

Bu yolda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib

25 mart
.

GDU-nun tələbəsi vəfat etdi - Foto

Gəncə Dövlət Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, universitetdə təhsil alan 199-cu il təvəllüdlü Əlizadə Fərman Etibar oğlu dünyasını dəyişib. Onun hansı səbəbdən həyatını itirməsi bildirilməyib. Qeyd edək ki, F.Əlizadə Birinci Qarabağ müharibəsi qazisi, Cəbrayı

23 mart
.

Hər gün istifadə edirik, amma heç təmizləmirik

Evimizdə hər gün istifadə etdiyimiz o əşya, əslində bir kif və bakteriya yuvası ola bilər. Aparılan araşdırmalar göstərir ki, xalça və ayaqaltılar kifayət qədər təmizlənmədikdə sağlamlıq üçün ciddi təhlükə yaradır. xəbər verir ki, son tədqiqatlar sübut edib ki, demək olar ki, hər evdə olan xalça, kili

25 mart