Azərbaycanda iki yeni milli park yaradılacaq – RƏSMİ

Azərbaycanda iki yeni milli park yaradılacaq – RƏSMİ"Bu il Azərbaycanda iki yeni milli park yaradılacaq. Onlardan biri İlisu Dövlət Təbiət Qoruğunun bazasında yaradılacaq İlisu Milli Parkıdır. Hazırda həmin istiqamətdə işlər yekunlaşmaq üzrədir. Digəri isə Acınohur çölündə yaradılacaq Bozdağ Milli Parkıdır ki, bununla bağlı işlər aparılır. Həmin milli park Samux, Yevlax və Qax inzibati rayonlarını əhatə edəcək".

Sonxeber.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev deyib.

O bildirib ki, hazırda Azərbaycanda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ölkənin 10.3 faizi, yəni 893 min hektar xüsusi mühafizə olunan təbiət ərazilərinin payına düşür. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması istiqamətində işlərə başlayıb.

Ötən il milli parklarımızı ümumilikdə 24 min 638 turistin ziyarət etdiyini bildirən xidmət rəsmisinin sözlərinə görə, COP29 zamanı ölkəmizə gələn xarici turistlər daha çox Şirvan və Abşeron milli parklarına baş çəkiblər. Həmin mövsümdə quşların müşahidəsi üçün çox unikal bir şərait mövcud idi, çünki bu dövr quşların daha çox miqrasiya etdiyi vaxtdır. Xarici turistlərin böyük əksəriyyəti məhz Şirvan və Abşeron milli parklarına səfər ediblər.

"İşğaldan azad edilmiş ərazilərdə 6 xüsusi mühafizə olunan təbiət ərazisi fəaliyyət göstərir. Bunlar Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Laçın, Daşaltı, Arazboyu və Qubadlı yasaqlıqlarıdır. Əlbəttə ki, həmin ərazilərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin bərpası istiqamətində müəyyən işlər aparılır. Hazırda tərəfimizdən Bəsitçay dövlət təbiət qoruğunun sanitar-mühafizə zonasının xəritəsi tam yekunlaşıb. Ərazidə artıq inventarizasiya, çöl-tədqiqat işləri aparılıb. Digər xüsusi mühafizə olunan təbiət ərazilərindən isə Daşaltı yasaqlığının xəritəsi hazırlanıb. Həmçinin Arazboyu dövlət təbiət yasaqlığında işlər davam edir. Bununla yanaşı, azad edilmiş ərazilərdə reintroduksiya tədbirləri, eyni zamanda, bioloji müxtəlifliyin bərpası istiqamətində də fəaliyyətimiz davam edir. Müxtəlif növ heyvanların təbiətə buraxılması, eləcə də mövsümi xarakterli balıq buraxılışları həyata keçirilir", - deyə R. Allahverdiyev bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1027   Tarix: 12 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Almaniyadan olan səyyah: "Qarabağ tikinti işlərinin templəri və ənənələrin qorunması ilə heyran edir"

"Qarabağda genişmiqyaslı infrastruktur layihələri, yeni yolların və tunellərin tikintisi, həmçinin mədəni ənənələrin qorunması beynəlxalq səyyahların böyük marağına səbəb olur". "Report"a istinadla xəbər verir ki, bu barədə Almaniyadan olan səyyah Cin Yaspersen Naqeli bildirib. "Bu

27 mart
.

Düyünü bişirməzdən əvvəl həmişə yumaq lazımdır?

Düyünün bişirilməzdən əvvəl yuyulmasının vacibliyi ilə bağlı aşpazlar açıqlama veriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, düyünü yumaq onun üzərində qalan toz, çirk və artıq nişastanı təmizləyir. Bu isə bişdikdən sonra düyünün bir-birinə yapışmamasına və daha dadlı olmasına kömək edir

25 mart
.

Heydər Əliyev Mərkəzi Pakistan bayrağının rəngləri ilə işıqlandırıldı

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olunub. Qaynarinfo xəbər verir ki, proyeksiya 23 mart - Pakistan Günü münasibətilə edilib

23 mart
.

Universitetlərlə bağlı gözlənilən qərar: Tələbə ancaq tələbəni görəcək?

Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında paytaxtdan kənarda yeni universitetin yaradılması təklif olunur. Sənəddə Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən, Elm və Təhsil Nazirliyinin tabeliyində olan liseyin bazasında logistika və innovativ ixtisasların tədris edilməsinə imka

23 mart
.

Niyə şənbə günləri təmizlik, bazar günləri istirahət edirik? - MARAQLI FAKTLAR

Bazar gününün istirahət günü kimi qəbul olunması tarixi, dini və sosial amillərin qarşılıqlı təsiri nəticəsində formalaşıb. Bu məsələni daha dərindən anlamaq üçün müxtəlif dinlərdə həftənin müqəddəs günlərinin necə müəyyənləşdirildiyini və bu ənənələrin müasir cəmiyyətlərə necə təsir etdiyini araşdırma

25 mart
.

Səhər və axşam fərq etmədən zəhər istehlak edirik

Fransa Milli Qida Təhlükəsizliyi Agentliyinin (Anses) apardığı son araşdırmalar qidalarımızdakı qorxulu mənzərəni ortaya qoyub. Təhlil edilən 700 birləşmədən 250-dən çoxunun sağlamlıq üçün ciddi risk daşıdığı məlum olub. Xüsusilə ağır metal olan kadmiumun qida zəncirinə necə daxil olduğu və bədəndə

25 mart
.

Bu yolda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib

25 mart
.

GDU-nun tələbəsi vəfat etdi - Foto

Gəncə Dövlət Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, universitetdə təhsil alan 199-cu il təvəllüdlü Əlizadə Fərman Etibar oğlu dünyasını dəyişib. Onun hansı səbəbdən həyatını itirməsi bildirilməyib. Qeyd edək ki, F.Əlizadə Birinci Qarabağ müharibəsi qazisi, Cəbrayı

23 mart
.

Hər gün istifadə edirik, amma heç təmizləmirik

Evimizdə hər gün istifadə etdiyimiz o əşya, əslində bir kif və bakteriya yuvası ola bilər. Aparılan araşdırmalar göstərir ki, xalça və ayaqaltılar kifayət qədər təmizlənmədikdə sağlamlıq üçün ciddi təhlükə yaradır. xəbər verir ki, son tədqiqatlar sübut edib ki, demək olar ki, hər evdə olan xalça, kili

25 mart