Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş çoxsaylı qanlı cinayətlər bu gün də aktuallığını saxlayır - ARAŞDIRMA

Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş çoxsaylı qanlı cinayətlər bu gün də aktuallığını saxlayır - ARAŞDIRMAAzərbaycan müxtəlif zamanlarda Ermənistanın cinayətlərinə məruz qalıb. Xalqımıza qarşı kütləvi qırğınlar, soyqırımı, etnik təmizləmələrə şahid olmuşuq. Təcavüzkar Ermənistan 30 il ərzində eyni zamanda işğal altında saxladığı Azərbaycan ərazilərində təbiət abidələrinə, bioloji müxtəlifliyə, meşə sahələrinə, yeraltı və yerüstü təbii sərvətlərə ciddi zərər vurmaqla böyük miqyaslı ekoloji terror aktları törədib. Erməni silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş sözügedən hadisələrin, çoxsaylı qanlı cinayətlərin baş verdiyini təsdiq edən faktlar bu gün də aktuallığını saxlayır.

Mövzu ilə bağlı Sonxeber.az-a danışan deputat Razi Nurullayev bildirib ki, Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq, Ermənistanın törətdiyi cinayətlərə görə məsuliyyət daşımasını tələb edir:

"2020-ci ilin 27 sentyabr - 10 noyabr tarixlərində Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində qazandığı tarixi qələbə təkcə torpaqlarımızın azadlığı deyil, həm də milli qürurumuzun bərpası ilə nəticələndi. Azərbaycan xalqının illərlə çəkdiyi iztirablara son qoyan bu zəfər, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyünü təmin etdi.

Bununla yanaşı, Ermənistanın bu müharibə zamanı törətdiyi sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri dünya ictimaiyyətinin diqqətinə çatdırılmalı və obyektiv qiymətləndirilməlidir. Ermənistan silahlı qüvvələrinin mülki əhalini hədəfə alması, Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrinə raket zərbələri endirməsi nəticəsində çoxsaylı dinc sakinlər, o cümlədən qadınlar və uşaqlar həyatını itirdi. Bu aktlar, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir.

Ermənistanın işğal dövründə Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları da unudulmamalıdır. Məscidlərimizin təhqir edilməsi, tarixi və mədəni abidələrimizin dağıdılması, ekoloji terror və minalanmış ərazilərin saxlanılması bu cinayətlərin tərkib hissəsidir.

Azərbaycan dövləti və xalqı bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın cinayətlərinin hüquqi və mənəvi məsuliyyət daşımasının təmin edilməsi üçün qətiyyətli fəaliyyət göstərir. Beynəlxalq təşkilatların, insan hüquqları müdafiəçilərinin və medianın bu məsələlərə obyektiv yanaşması vacibdir.

Bu tarixi zəfər yalnız Azərbaycanın deyil, həm də ədalət prinsiplərinin qələbəsi olaraq yaddaşlara həkk olunacaqdır.

Əlavə olaraq bir məsələni də qeyd edim.

Azərbaycan Ermənistanın Qarşılıqlı İddialardan Geri Çəkilmə Təklifini Niyə Qəbul Edə Bilməz?

Ermənistanın baş naziri Nikol Paşinyanın beynəlxalq platformalarda qarşılıqlı iddialardan geri çəkilmək təklifini Azərbaycan üçün qəbul etmək mümkün deyil. Bu təklif, Ermənistanın 30 il ərzində Azərbaycan ərazilərində törətdiyi işğal, vandalizm və cinayətlərin məsuliyyətindən yayınmaq cəhdi kimi qiymətləndirilməlidir.

Ermənistan 1990-cı illərdən başlayaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış 20 faiz torpaqlarını işğal etmiş, həmin ərazilərdə şəhər və kəndləri tamamilə viran qoymuşdur. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Kəlbəcər və Qubadlı kimi rayonlar tamamilə məhv edilmiş, infrastruktur yerlə-yeksan edilmiş, mədəni və tarixi abidələr dağıdılmışdır. Bundan əlavə, işğal müddətində Azərbaycan ərazisinə vurulan ziyanın miqdarı təqribən 800 milyard dollar olaraq hesablanmışdır.

Bundan başqa, Ermənistanın mina terroru, ekoloji vandalizm və məcburi köçkünlərin uzun illər öz torpaqlarından didərgin salınması kimi faktlar da diqqətdən kənar qalmamalıdır. Azərbaycan xalqı 30 il ərzində bu cinayətlərin nəticələrini ağır şəkildə yaşamışdır və bu qədər böyük miqyaslı ziyanın sadəcə olaraq "iddialardan qarşılıqlı geri çəkilmə" ilə ört-basdır edilməsi mümkün deyil.

Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq, Ermənistanın törətdiyi cinayətlərə görə məsuliyyət daşımasını tələb edir. Qarşılıqlı iddialardan imtina, yalnız Ermənistanın cavabdehlikdən yayınmaq və törətdiyi cinayətləri ört-basdır etmək məqsədi daşıyır. Bu səbəbdən, Azərbaycan üçün belə bir təklif nə hüquqi, nə də mənəvi baxımdan qəbulediləndir.

Ədalətin bərpası, yalnız Ermənistanın törətdiyi cinayətlərə görə tam məsuliyyət daşıması və Azərbaycan xalqına dəymiş ziyanın ödənilməsi ilə mümkündür".

Sonxeber.az-a danışan deputat Günay Ağamalı isə qeyd edib ki, Müharibə dövründə hərbi əməliyyatlar zonasından kənar yaşayış massivlərinin atəşə tutulması və bunun nəticəsində mülki şəxslərin həyatını itirməsi müharibə cinayətdir:

"44 günlük Vətən Müharibəsi dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir.
Azərbaycan torpaqlarının 20%-ni işğal edən Ermənistanla 30 ilə yaxın müddətdə danışıqlar apararaq münaqişənin sülh yolu ilə həllinə çalışdı. ATƏT-in Minsk qrupu fonunda beynəlxalq təşkilatların da iştirakı ilə aparılan danışıqlar prosesi heç bir nəticə vermədi, əksinə, rəsmi İrəvan vaxt qazanmağa hesablanmış addımlarla mövcud status-kvonu möhkəmləndirmək, daimi etmək səylərini daha da artırdı. Belə olduğu təqdirdə müharibə qaçınılmaz idi. Ölkəmiz işğalla barışa bilməzdi. 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan ordusunun növbəti hərbi təxribatına qarşı başlayan və 44 gün davam edən "Dəmir Yumruq" əməliyyatı 10 noyabrda Ermənistanın məğlubiyyətini rəsmiləşdirən kapituliyasiya aktının imzalanması ilə başa çatdı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Silahlı Qüvvələrimiz düşmən üzərində parlaq Zəfər qazanmaqla xalqımızın 30 illik vətən həsrətinə son qoydu, qürurumuzu bərpa etdi.

Ölkə rəhbərimizin düşünülmüş strategiyası, qətiyyəti və sarsılmaz siyasi iradəsi nəticəsində xalq-ordu və Ali Baş Komandanın vəhdəti qələbənin təminatçısı oldu.

Şanlı Azərbaycan ordusunun gücü qarşısında müqavimət göstərməkdə aciz qalan düşmən dinc əhalini hədəf almaqla müharibə cinayətləri törətdi. Təmas xəttinə yaxın və ondan uzaqda yerləşən rayon, şəhər və kəndlərimiz- Mingəçevir, Gəncə, Bərdə, Tərtər, Füzuli, Ağdam, Ağcabədi və sairə ballistik raketlərlə, kasetli və fosforlu mərmilərlə atəşə tutuldu. Hərbi əməliyyatlar zamanı 100-ə yaxın mülki vətəndaşlarımız erməni terrorunun qurbanı oldu, 400-dən çox mülki vətəndaşlarımız yaralandı. Bununla yanaşı 5000-dən çox evə, dövlət müəssisələrinə ciddi ziyan vuruldu.
Müharibə dövründə hərbi əməliyyatlar zonasından kənar yaşayış massivlərinin atəşə tutulması və bunun nəticəsində mülki şəxslərin həyatını itirməsi müharibə cinayətdir. Rəsmi İrəvan Cenevrə Konvensiyanın tələblərini kobud şəkildə pozaraq işğalçı kimliyini bir daha sübut etdi.
Ermənistan hərbi-siyasi rəhbərliyi daxili auditoriya qarşısında uğursuzluqlarının kompensasiya etmək məqsədi ilə planlı şəkildə Azərbaycana qarşı müharibə cinayətlərinə imza atdı və rəsmi Bakı bu tip bütün faktları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.

Artıq tarixi qələbəmizdən 5 il ötür. Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq hərbi, siyasi və iqtisadi gücü ilə regionda yeni geosiyasi konfiqurasiya formalaşdırıb.
Dövlət rəhbərimizin diqqət və qayğısı sayəsində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, bölgədə həyat canlanır və hər birimiz illərdir həsrətində olduğumuz "Böyük Qayıdışa" şahidlik edirik".

Sonxeber.az-a danışan politoloq Tural İsmayılov isə açıqlamasında vurğulayıb ki, biz Qarabağda tədqiqatlar apardıqca burada Ermənistanın cinayət əməllərinin qalıqları ilə rastlaşırıq:

"Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə təkcə siyasi lider və hərbi strateq kimi deyil, həm də informasiya müharibəsinin komandanı kimi bütün proseslərin önündə yer alırdı.
Heç şübhəsiz ki, Azərbaycanın böyük hərbi-diplomatik uğuru və beynəlxalq birliyin Azərbaycana olan etimadı ölkəmizin, xüsusilə dövlət başçısının qlobal miqyasda artan nüfuzunun göstəricisidir. Ölkə başçısı hər zaman bəyan edib ki, Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz, çünki biz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanırıq. "Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir" fikrini bütün dünyaya bəyan edən Prezident İlham Əliyev dəfələrlə bildirib ki, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək. İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad olunmalı, Azərbaycan vətəndaşları öz doğma yurdlarına qayıtmalıdırlar. Mənfur düşmən qədim Azərbaycan torpağı olan Xocalıda soyqırımı törədəndən sonra burada qanunsuz məskunlaşma aparmışdı. Onlar Xocalının adını dəyişdirməyə, erməni cinayətkarlarının adına əbədiləşdirməyə çalışırdılar. Lakin istəklərinə nail olmadılar. Həm Vətən müharibəsi, həm də həyata keçirilən antiterror tədbirləri xalqımızın gücünü, iradəsini, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi. Ermənistanın hazırda azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmələr və cinayətlər hər dəfə dəqiq faktlarla, sübutlarla ortaya çıxır. Ümumiyyətlə, Azərbaycanın torpaqlarını işğaldan azad etməyi və bütövlükdə cinayət faktlarının ifşa edilməsi ilə nəticələnir. Biz Qarabağda tədqiqatlar apardıqca burada Ermənistanın cinayət əməllərinin qalıqları ilə rastlaşırıq. Son olaraq Şuşa türməsi ətrafında edilən axtarışlar nəticəsində insan sümüklərinin tapılması növbəti erməni vəhşiliyinin təzahürüdür. Bütövlükdə Şuşa türməsi 30 il işğal boyunca və 1-ci Qarabağ müharibəsi dövründə azərbaycanlılara qarşı həyata keçirilən vəhşiliklərin, qeyri-insani davranışların təəssüf olsun ki, mərkəzinə çevrilmişdi. Bütövlükdə isə həm Fərruxda, həm daha əvvəl Edillidə tapılan kütləvi insan məzarlıqları Ermənistanın real mahiyyətini üzə çıxartdı. Kəlbəcərdə Başlıbel ətrafında tapılan sümüklər də burada dinc insanlara qarşı həyata keçirilən soyqırım mahiyyətini ifşa etdi. Çox böyük təəssüfedici məqam ondan ibarətdir ki, bu günə qədər beynəlxalq təşkilatlar Ermənistan tərəfindən həyata keçirilən bu cinayətlərə göz yumdu".

Vüsalə İbrahimli

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması mövzusuna uyğun olaraq dərc edilir"


Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş çoxsaylı qanlı cinayətlər bu gün də aktuallığını saxlayır - ARAŞDIRMA


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1383   Tarix: 15 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr