"Ermənistanın müxtəlif bəhanələr gətirməklə Rusiyaya nota verməsi iki ölkənin kəskinləşən münasibətlərinin növbəti təzahürüdür" – AÇIQLAMA

"Ermənistanın müxtəlif bəhanələr gətirməklə Rusiyaya nota verməsi iki ölkənin kəskinləşən münasibətlərinin növbəti təzahürüdür" – AÇIQLAMAYanvarın 15-də Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan XİN-ə çağırılıb.

Bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, buna səbəb cari il yanvarın 12-də Rusiyanın Ümumrusiya Dövlət Televiziya kanalında yayımlanan "Vesti nedeli" proqramında "Ermənistanın suverenliyi və ərazi bütövlüyünə qarşı süni şəkildə yaradılan narrativlər" olub.

"Görüş zamanı səfirə müvafiq etiraz notası təqdim edilib", - deyə məlumatda vurğulanıb.

Bəs görəsən Ermənistan və Rusiyanın bundan sonrakı münasibətləri necə olacaq?

Mövzu ilə bağlı politoloq Tural İsmayılov Sonxeber.az – a açıqlama verib:

"Faktiki olaraq Ermənistanda Nikol Paşinyanın sorosçu hakimiyyətinin iqtidara gəlməsindən sonra Ermənistan və Rusiya arasındakı münasibətlərdə çatların yaranacağı məlum idi. Nəzərə almaq lazımdır ki, bu gün bu iki ölkənin münasibətləri kifayət qədər gərgindir. Bunun bir çox səbəbləri var. Rusiya görür ki, Paşinyan sistematik şəkildə qərb agentura şəbəkələrini öz ərazilərinə dəvət edərək Cənubi Qafqazda qərbin pionu olmaq yolunda addımlayır. Əvvəlcə Avropa İttifaqının Mülki Müşahidə Missiyası adı altında qərb casus şəbəkələrini Ermənistan ərazilərinə doldurmaqla məşğul oldu. Bu gün isə görürük ki, daha ciddi və təhlükəli addımlar atılır. Amerika ilə dırnaqarası strateji müttəfiqlik haqqında xartiyanın imzalanması Ermənistanın bir başa regiona kənar oyunçuları daha çox cəlb etməsi və Rusiya əleyhinə atdığı demanş idi. Bu baxımdan da, bu gün Ermənistanın müxtəlif bəhanələr gətirməklə Rusiyaya nota verməsi iki ölkənin kəskinləşən münasibətlərinin növbəti təzahürüdür. Bu gün Ermənistan elə bir siyasi gücə malik deyil ki, Rusiya ilə müharibə apara bilsin. Onlar nə qədər anti-Rusiya propoqandasını dövlət siyasətində əsas hədəf halına gətirsələr də, bu gün Ermənistan Rusiyanın asılılığından xilas ola bilmir. Amma istənilən halda bu gün Lavrovun və Rusiya rəsmilərinin Ermənistan əleyhinə verdikləri bəyyənatlar, həmçinin Ermənistanın qarşı tərəfə verdiyi nota iki ölkənin münasibətlərində çox çətin dövrün başladığını göstərir".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2017   Tarix: 15 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr