Putin Trampla danışıqlarda Ukraynadan nə tələb edəcək? – TƏFƏRRÜATLAR

Putin Trampla danışıqlarda Ukraynadan nə tələb edəcək? – TƏFƏRRÜATLARRusiya lideri Vladimir Putin ABŞ-ın yeni prezidenti Donald Trampla qarşıdakı danışıqlarda Ukraynadan NATO ilə hərbi əlaqələri qəfil kəsməyi və məhdud orduya malik neytral dövlətə çevrilməsini tələb edəcək.

Lent.az-ın məlumatına görə, bu barədə "Bloomberg" öz mənbələrinə istinadən yazır.

Qeyd olunur ki, Putin Ukraynadakı döyüş meydanında öz üstünlüyünə getdikcə arxayınlaşır. Buna görə də o, Kiyevin heç vaxt NATO-ya qoşulmaması və onun hərbi potensialına məhdudiyyətlər qoyulması məqsədinə çatmaq niyyətindədir.

"Kremlin mövqeyi ondan ibarətdir ki, ayrı-ayrı NATO üzvləri ikitərəfli təhlükəsizlik razılaşmaları əsasında Ukraynaya silah tədarükünü davam etdirə bilsələr də, bu silahlar Rusiyaya qarşı və ya əraziləri ələ keçirmək üçün istifadə edilməməlidir", - Moskvanın mümkün danışıqlara hazırlığından xəbərdar olan mənbə nəşrə bildirib.

"Bloomberg" qeyd edir ki, Ukrayna bu cür sərt tələbləri mütləq bəyənməyəcək. Putinin mövqeyi həm də Trampın müharibəyə tez bir zamanda son qoymaq istəyi ilə ziddiyyət təşkil edir və ola bilər ki, Moskvaya danışıqlarda sərbəstlik vermək məqsədi daşıya bilər. Bu arada, Rusiyanın Ukraynanın şərqindəki irəliləyişi ləng gedir və baha başa gəlir.

"Bloomberg"in mənbəyi həmçinin iddia edir ki, Ukrayna və Rusiya Qətərdə nüvə obyektlərinin hücumdan qorunması qaydaları ilə bağlı məhdud danışıqlar aparır.

Eyni zamanda, adının açıqlanmasını istəməyən Ukrayna rəsmiləri iddia edirlər ki, Kiyev və Moskva arasında yeganə danışıqlar əsirlərin mübadiləsi və uşaqların qaytarılması ilə məhdudlaşır.

Rusiya həmçinin danışıqlarda Krım yarımadası da daxil olmaqla, Ukraynanın işğal olunmuş ərazisinin demək olar ki, 20 faizi üzərində ən azı faktiki nəzarətin saxlanmasını tələb edəcək. Baxmayaraq ki, "Bloomberg"in iddiasına görə, guya "Moskva ərazilərin mübadiləsinə açıqdır".

Gələcək ABŞ lideri və onun yüksək səviyyəli köməkçiləri, xüsusilə NATO-ya üzvlük yolu ilə Ukrayna üçün məcburi təhlükəsizlik təminatlarına çox az həvəs göstərsələr də, Tramp düşərgəsindəki bəziləri güclü mövqedən danışıqlar apara bilmək üçün Kiyevi dəstəkləmək üçün mübahisə etdilər.

Nəşr xatırladır ki, Ukraynanın ən böyük narahatlığı hərbi əməliyyatların dayandırılmasının Rusiyanın yenidən toplanaraq növbəti hücuma keçməsinə imkan verməsidir. Bu səbəbdən Ukraynanın Qərb silahlarına və kifayət qədər böyük ordusuna ehtiyacı var.

Putin bundan əvvəl demişdi ki, istənilən sülh sazişi İstanbul razılaşması deyilən sazişə əsaslanmalıdır. Sənədin 2022-ci ilin yazından olan son layihəsinə görə, o, Ukraynada xarici qoşunların yerləşdirilməsi, birgə təlimlər və Kiyevin hər hansı xarici hərbi ittifaqlara üzvlüyünü qadağan edir.

Keçən il Amerika mediası bu sənədlərin təfərrüatlarını yaymışdı, qeyd edilirdi ki, xarici silahlar, o cümlədən raketlər Ukrayna ərazisinə buraxılmamalıdır. Xəbərdə bildirilirdi ki, tərəflər hələ də bəzi məsələlərdə, o cümlədən Ukrayna Silahlı Qüvvələrinin sayına qoyulan məhdudiyyətlərlə bağlı fikir ayrılığına malikdirlər.

Rusiya Ukrayna Silahlı Qüvvələrinin sayını 85 min nəfər və 342 tankla məhdudlaşdırmaqda, eləcə də Ukrayna raketlərinin uçuş məsafəsini 40 kilometrə qədər məhdudlaşdırmaqda israr edir, Ukrayna isə 250 min nəfərlik ordu və 800 tank, 280 kilometrlik raket məsafəsi istəyir.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1745   Tarix: 16 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr