"Qoy, mənə nifrət etsinlər, amma deməsinlər ki, yazıqdır" - Çimnazın ölüm barədə sözləri - VİDEO

"Qoy, mənə nifrət etsinlər, amma deməsinlər ki, yazıqdır" - Çimnazın ölüm barədə sözləri - VİDEOYanvarın 15-də doğum günündə vəfat edən aktrisa və müğənni Çimnaz Sultanovanın 2021-ci ildə ATV kanalının efirində dediyi sözlər yenidən gündəmə gəlib.

Ölkə.Az xəbər verir ki, o, çıxışı zamanı ölümdən danışıb və kövrəlib:

"İnsan səhnəyə gəlirsə əsas vəzifə borcu ondan ibarətdir ki, insanları əyləndirsin. Bizim adımız şoudur. Şou əyləncədir. Düzdür, hərənin bir problemi var. 2 il bundan əvvəl həyatımda çox faciəvi bir hadisə baş verdi. amma ən faciəlisi ölümdür. Ölümdən o tərəfə problem yoxdur.
Biz gülürük, güclü görünürük.Mən şəxsən elə adamam ki, qoy, mənə nifrət etsinlər, qoy zəhlələri getsin, amma heç vaxt heç kəs deməsin ki, yazıqdır. Ən pis hissdir.

Səhnədə olasan və biləsən ki, ağlaya da bilmirsən. Çünki ağlasan, səsin tutulur. Peşəmiz bəlkə də kənardan kiməsə asan gəlir, amma elə deyil. Mənim də həyatımda belə bir təcrübə var. Hərdən fikirləşirik ki, o yoxdur, bu yoxdur, lazımdır və s. Xeyr, ən əsas sağlamlıqdır. Sağlamlığı itirəndən sonra deyirsən ki, hə, artıq bu problemdir. Hər bir problemin həlli var, yeganə çıxışı olmayan yol qəbirdir. Qəbirdən he kəs qayıtmır", - deyə o əlavə edib.

Qeyd edək ki, ötən gün Bakı Sağlamlıq Mərkəzi Ç.Sultanovanın səhhətindəki vzəiyyətlə əlaqədar 2021-ci ildən etibarən tibb müəssisəsinə müraciət etdiyini açıqlayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2882   Tarix: 17 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vergi yükündə dəyişiklik: Vətəndaşların ailə büdcəsinə necə təsir edəcək?

2027-ci ildən gəlir vergisi dərəcələrində dəyişikliklərin tətbiqi müxtəlif gəlir qruplarına aid vətəndaşların əldə etdiyi real gəlirə və ailə büdcəsinə təsir göstərə bilər. Vergi yükündə baş verəcək dəyişikliklərin xüsusilə aşağı və orta gəlirli şəxslərin gündəlik xərclərinə, sosial vəziyyətinə və yaşayı

24 sentyabr
.

"Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası

Estetik əməliyyatdan sonra gözlərində ciddi problemlərin yarandığını iddia edən qadın həkimdən şikayətçidir. APA TV-yə istinadla xəbər verir ki, Aygün Məhəmmədova keçirdiyi göz qapağı əməliyyatından sonra gözlərinin tam bağlanmadığını və bu səbəbdən quruluq və sulanma kimi problemlərlə üzləşdiyini iddi

23 sentyabr
.

Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI

Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd

23 sentyabr
.

Azərbaycanın metallurgiya xəritəsi yenidən cızılır: 5,3 milyard manatlıq Dövlət Proqramı nə vəd edir?

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı istiqamətində növbəti mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirəd

23 sentyabr
.

Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)

Dövlət proqramı çərçivəsində Zabrat-Maştağa-Bağlar massivinə sürət qatarının getməsi üçün işlərə başlanıb. Ərazidə plana düşən evlər sökülür, qaz xətlərinin yeri isə dəyişdirilir. Beləliklə, Maştağada illər sonra qatar səsinin gəlməsi üçün hazırlıqlar görülür. Hazırda burada həm xəttin keçəcəyi ərazilə

24 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Eskalatorlar niyə fəaliyyət göstərmir? - Bakının mərkəzində problem - İQTİSADÇIDAN AÇIQLAMA

Bakının bir sıra ərazilərində, o cümlədən "Azneft" ərazisində və "Sahil" metro stansiyasının ətrafında eskalatorların işləməməsi sərnişinlərin hərəkətində çətinlik yaradır. Xüsusilə gün ərzində piyadaların sıx olduğu ərazilərdə eskalatorların fəaliyyətsiz olması sual doğurur: Eskalatorla

23 sentyabr
.

Uşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir

Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər

23 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr