Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı aşkarlandı (RƏSMİ)
22 yaşlı Azərbaycan vətəndaşı 02-11 yanvar 2025-ci il tarixlərində xarici ölkəyə turistik səfər etmiş və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib.
Sonxeber.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və TƏBİB-in birgə məlumatında deyilir.
Həkim-infeksionist xəstənin simptomlarına görə meymunçiçəyi virusuna yoluxmadan şübhələnib və xəstədən anamnez toplanması nəticəsində onun, digər ölkəyə səfəri və səfər zamanı səpgili şəxslə əlaqəsinin olduğunu müəyyən edib.
Simptomlarla yanaşı epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.
Hazırda xəstə hospitalizasiya edilmiş və xəstəxana şəraitində müalicə alır.
Xəstə ilə təmasda olan ailə üzvlərində heç bir xəstəlik əlaməti olmadığına görə onlar ərazi üzrə xidmət göstərən ambulator tibb müəssisəsi və sanitariya-epidemioloji xidmət əməkdaşları tərəfindən evdə müşahidəyə götürülmüş, onlara profilaktik müalicə təyin edilib və dərman preparatları ilə təchiz olunublar.
Xəstə və təmasları üzərində müalicə və müşahidə tədbirləri xəstəliyin inkubasiya dövrü bitənə qədər davam etdiriləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2367 Tarix: 18 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında martın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək
12 martBuraxılış imtahanları niyə mart ayında keçirilir? - AÇIQLAMA
Son günlər sosial şəbəkələrdə bir sıra abituriyentlər buraxılış imtahanlarının mart ayında keçirilməsinə etiraz etdiklərini bildirirlər. Onların fikrincə, imtahanın bu qədər erkən tarixə salınması hazırlıq prosesinə mənfi təsir göstərir və şagirdlərə əlavə təzyiq yaradır. Məsələ ilə bağlı müxtəlif fikirlə
12 martMüğənni Almaxanım jurnalist Əli Vəliyevə məhkəmədə uduzdu - ÜZR İSTƏYƏCƏK
Müğənni Almaxanım Əhmədli və atası Vüqar Əhməd məhkəmədə saytının həmtəsisçisi və baş redaktoru Əli Vəliyevə uduzub. -a istinadla xəbər verir ki, müğənni jurnalistdən üzr istəyəcək. Bu barədə sualları cavablandıran Ə.Vəliyev deyib ki, proses bu gün baş tutub:. "Səbail rayon məhkəməsində hakim Şahi
11 martAzərbaycanda üç kəndin adı milliləşdirilir - QƏRAR
Milli Məclis yanında Toponimiya Komissiyasının bu gün keçirilən iclasında Quba rayonu ərazisində üç kəndin adının dəyişdirilməsi ilə bağlı məsələ müzakirə olunub. Qaynarinfo xəbər verir ki, iclasda Quba rayonunda Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Vladimirovka, həmçini
11 martSüni intellektlə bunu edənlər - 7 ilədək həbs olunacaq
Süni intellektlə seksual xarakterli material hazırlayanlar yeddi ilədək həbs olunacaq. xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksin
12 martDiqqət: İnstagramda qadınların adından saxta hesablar açılır!
Son günlər Instagram istifadəçiləri arasında yeni bir saxta hesab dalğası yayılmağa başlayıb. Sosial şəbəkədə xüsusilə qadınların adından açılan "fake" hesablar zəncirvari şəkildə artır və istifadəçilər üçün təhlükə yaradır. məlumat verir ki, naməlum şəxslər əvvəlcə real qadın istifadəçiləri
11 mart