KİV: Ukraynadakı müharibənin sülh yolu ilə həlli perspektivləri qeyri-müəyyən olaraq qalır
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın razılığın əldə olunmasının mümkünlüyü barədə bəyanatlarına baxmayaraq, Ukraynadakı müharibənin sülh yolu ilə həlli perspektivləri qeyri-müəyyən olaraq qalır.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" nəşri yazıb.
Bildirilib ki, Trampın vəzifəsinin icrasına hazırlaşdığı vaxtda həm Rusiya, həm də Ukrayna təsir imkanlarını artırmağa, döyüş meydanında mövqelərini gücləndirir:
"Hər iki tərəf kompromis üçün çox az yer olan sərt danışıqlar mövqeləri tutub. Qanunsuz ilhaq edilmiş Krım da daxil olmaqla Ukrayna ərazisinin təxminən 20%-nə nəzarət edən Rusiya, xüsusilə 2024-cü ilin payızında əhəmiyyətli irəliləyişlərlə döyüş meydanında təşəbbüsü qoruyur".
Qeyd olunub ki, Ukrayna hərbi ehtiyatlarını artırmaqda çətinlik çəkir: "Səfərbərlik səviyyəsinin aşağı düşməsi və piyadaların gücünün azalması Ukraynanın davamlı təzyiqlərə tab gətirmək qabiliyyətini azaldır".
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Tramp andiçmə mərasimindən sonra savaşı bitirmək üçün çalışacağını deyib. Ukrayna Prezidenti Volodimir Zelenski isə daha əvvəl söyləyib ki, müharibənin bu il başa çatması üçün hər şeyi edəcək.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 993 Tarix: 19 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
KXDR-də yeni esminesin silah sınaqları keçirilib
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In "Kan Qon" esminesindən strateji qanadlı raketlərin buraxılışını izləyib. "Report" Koreya Mərkəzi Teleqraf Agentliyinə (KMTA) istinadən xəbər verir ki, sınaqlar zamanı gəminin əsas silah sistemləri, o cümlədən göyərt
5 iyulAP: Salonikidə meşə yanğını baş verib, insanlar təxliyə olunub
Yunanıstanın ikinci ən böyük şəhəri olan Salonikinin ətraf əraziləri yaxınlığında meşə yanğını baş verib və üç kiçik qəsəbənin sakinlərinə təxliyə olunmaq tapşırılıb. "Report" xəbər verir ki, bu barədə Yunanıstan Yanğından Mühafizə Xidmətinə istinadən "Associated Press" (AP) məluma
5 iyulBritaniya və ABŞ orduları "uçan taksi"ləri döyüşə hazırlayır
Böyük Britaniyanın Müdafiə Nazirliyi və ABŞ Müdafiə Nazirliyi (Pentaqon) döyüş şəraitində səssiz elektriklə işləyən "uçan taksi"lərdən istifadə imkanını müzakirə edir. "The Telegraph"a istinadən xəbər verir ki, bu tip pilotsuz uçuş aparatlarının əsas təyinatı sursatın daşınması v
5 iyulPaşinyan: Yeni konstitusiyanın qəbulu hökumətin gündəmində qalır
Ermənistanın yeni konstitusiyasının qəbulu hakim "Vətəndaş müqaviləsi" Partiyasının gündəmində qalır. "Report" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiya Günü ilə əlaqədar xalqa müraciətində bildirib. O, ölkə konstitusiyasının zamanın çağırışların
5 iyulAlimlər xəbərdarlıq edir: 50 il ərzində bu 10 şəhər səhraya çevrilə bilər
İqlim dəyişikliyi əsrin sonunadək ABŞ-ın təbii xəritəsini əhəmiyyətli dərəcədə dəyişə bilər. Qaynarinfo xəbər verir ki, "PeerJ" jurnalında dərc olunan yeni araşdırmaya görə, istixana qazlarının yüksək emissiyası ssenarisi reallaşarsa, ABŞ-ın onlarla şəhəri səhra biomunun əhatə dairəsinə düş
8 iyulOkeanın dibində yeni bir ada yaranır
Papua Yeni Qvineya sahilləri yaxınlığında peyklər tərəfindən qeydə alınan vulkanik aktivlik okeanın dibində yeni adanın formalaşa biləcəyini göstərir. Alimlər bölgədəki istilik anomaliyalarını və püskürmə prosesini izləyərək bu nadir təbiət hadisəsini araşdırırlar. Qaynarinfo xəbər verir ki, Papua Yen
6 iyul