"Rəsmi Bakının da Tramp administrasiyası ilə əməkdaşlığı bərpa edəcəyini düşünürəm" - POLİTOLOQ
"Tramp administrasiyası, Bayden administrasiyasından fərqli olaraq Cənubi Qafqazın açar dövləti Azərbaycanla əməkdaşlığa maraq göstərəcəyini proqnozlaşdırmaq olar. Doğrudur, Trampın administrasiyasında da, Baydendə olduğu kimi bəzi, ermənipərəstlər var. Elə, dövlət katibi Marko Rubion özü ermənipərəst senator olub və hər zaman da Azərbaycan əleyhinə açıqlamalar verib".
Bunu Sonxeber.az-a politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu danışıb.
O, açıqlamasında qeyd edib ki, Trampın öncəliyi Rusiya və Ukrayna müharibəsini bitirməkdir:
"Amma ümid onadır ki, dövlət katibi Mark Rubion, senator Mark Rubiodan fərqli olaraq ölkəsinin təhlükəsizlik maraqlarına, əsasən, çıxış edəcək. Amerikanın milli və təhlükəsizlik maraqları isə Cənubi Qafqazın açar dövləti Azərbaycanla əməkdaşlığı diqtə edir. Həmçinin, Trampın Baydendən fərqli olaraq erməni lobbisi ilə heç bir zaman bağlılığı olmayıb. Tramp, ancaq, ölkəsnin maraqlarını düşünür. Bu səbəbdən də rəsmi Bakının da Tramp administrasiyası ilə əməkdaşlığı bərpa edəcəyini düşünürəm. Düzdür, Trampın hazırda başlıca məqsədir Rusiya və Ukrayna müharibəsini bitirmək, atəşkəsə nail olmaqdır. Əgər, bu istiqamətdə irəlləyiş olsa Tramp administrasiyasnda Azərbaycan və Ermənistan arasında da sülh sazişinin imzalanması istiqamətində müəyyən diplomatik fəallıq olacaq. Bizim tələbimiz dəyişməzdir. Ermənistan konstutsiyasında dəyişiklik olmalıdır ki, sülh sazişi imzalansın. Bu olarsa, əlbəttə ki, il ərzində sülh sazişini imzalamaq olar və bu məsələdə ola bilsin Tramp administrasiyasının da müəyyən müsbət rolu olsun".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?