Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -Şok faktlar

Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -Şok faktlarƏlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı?

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu illərdir direktor akademik Teymur Kərimli deyil, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Hüseyn Cavidin Ev Muzeyinin direktoru filologiya elmləri doktoru, dosent Gülbəniz Babaxanlı idarə edir. G.Babaxanlı institutda at oynadaraq "Teymur Kərimli kimdir ki?

Əsas mənəm və mənə itaət etməlisiniz" deyir.

XALQ.AZ göndərilən məlumatda bildirilir ki, İnstitutun işçilərinin sayı rəsmi olaraq 291 nəfər olmasına baxmayaraq, bu rəqəm AMEA Rəyasət Heyətinin hesabatlarında 244 nəfər olaraq göstərilir. Yəni adları işdə gedib özləri gəlmir və həmin şəxslərin maaş kartları G.Babaxanlıda olur və maaşları o alır
Bu iddia AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə bağlı XALQ AZ-a daxil olmuş yazıda yer alır.

Bundan əlavə institutun idarəçiliyində ciddi problemlərin olduğu, korrupsiya faktları, qohumbazlıq və s. iddialar da, səslənir. Biz yazıda adları yer alan tərəfləri də, dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu. Aktuallığını nəzərə alıb, yazını müəyyən düzəlişlərlə dərc edirik:

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu illərdir direktor akademik Teymur Kərimli deyil, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Hüseyn Cavidin Ev Muzeyinin direktoru filologiya elmləri doktoru, dosent Gülbəniz Babaxanlı idarə edir. G.Babaxanlı institutda at oynadaraq "Teymur Kərimli kimdir ki? Əsas mənəm və mənə itaət etməlisiniz" deyir. İnstitutun işçilərinin sayı rəsmi olaraq 291 nəfər olmasına baxmayaraq, bu rəqəm AMEA Rəyasət Heyətinin hesabatlarında 244 nəfər olaraq göstərilir. Yəni adları işdə gedib özləri gəlmir və həmin şəxslərin maaş kartları G.Babaxanlıda olur və maaşları o alır. G.Babaxanlı adı gedib özləri işdə olmayan həmin şəxslərin adına ezamiyyət, pul mükafatları yazaraq, hətta dərəcələrini normadan artıq qeyd etdirərək külli miqdarda pul mənimsəyir. Qanuniləşdirmək üçün həmin şəxslərin hər gün səhər saatlarında turniket kartları işçilər işə gəlmədən öncə kimə tapşırılıbsa onun tərəfindən vurulur. Rəsmi hər gün işə gələn işçilərin də adına bir maaş həcmində premyalar yazaraq kartdan çıxarıb ona verilməsini tələb edir. Araşdırılsa görünər ki, həmin işçilərin çoxu texniki işçilərdir elmlə məşğul olmurlar. Ölkədaxili ezamiyyətlər heç bir rayonlara getmədən ezamiyyə vərəqələrinə hansısa rayon təşkilatlarında möhür vurularaq həll edilir. Təbii ki, o pulları da G.Babaxanlı şəxsən özü mənimsəyir. Xarici ezamiyyətlərdə isə elmlə, tədqiqatla məşğul olan işçilərə "büdcədə pul yoxdur" deyərək ezamiyyət xərclərini ödəmir, lakin xaricə həkimə, istirahətə gedən texniki işçilərə, laborantlara ezamiyyət pulları yazaraq həmin pulların çıxarılıb özünə verilməsini tələb edir. Qanuniləşdirmək üçün yalandan guya təlimdə və ya muzeydə sərgidə iştirak edib tipli hesabatlar yazılır. Lakin həmin şəxslərin sosial şəbəkə hesabları araşdırılsa məlum olar ki, əslində istirahətə gedən şəxslərə ezamiyyə yazılır. Bunu hətta öz istirahəti üçün də ezamiyyə yazdırması da sübut edir.
Aylar öncə katirovka məsələsi ilə bağlı korrupsiyada adı hallanan G.Babaxanlı məhkəmə işi davam etməsinə baxmayaraq, yenidən bu məsələdə korrupsiyadan əl çəkmir.
Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə tender elanı verilir, lakin G.Babaxanlının anlaşdığı şirkət qalib olmadığı halda tender ləğv edilir və 1 həftə sonra yenidən elan verilir, ta ki, razılaşdırılan şirkət qalib gələnə kimi. Bu rəsmi sənədlərdə də öz əksini tapır. Qalib gələn şirkətlə birlikdə institutda Elmi Şuranın qrifi ilə çap olunacaq kitabların nəşri həyata keçirilir. Bu pulları təbii ki, G.Babaxanlı şəxsən özü mənimsəyir. Lakin əməkdaşlara onların kitablarının nəşri üçün büdcədə pul olmadığı deyilir və nəşr xərclərini işçilər özləri qarşılayır. G.Babaxanlı isə rəsmi sənədlərdə həmin kitabların institut tərəfindən nəşr edildiyini qeyd edib, dövlətin ayırdığı pulu mənimsəyir. Təkcə son ildə 27 min manat mətbəə xərci olub. Halbuki, heç bir əməkdaşın kitabı institut tərəfindən nəşr edilməyib.
Bundan başqa layihələrdə daim G.Babaxanlının yaxın bildiyi insanlar, adları gedib özləri işdə olmayan əməkdaşlar iştirak edir. Hətta hər gün işə gələn əməkdaşlar belə layihədə iştirak edirsə oradan aldığı maaşı G.Babaxanlıya təqdim etməlidir. Bütün maliyyə işlərində G.Babaxanlıya institutun baş mühasibi Leyla Cavadova yaxından köməklik göstərir. Çünki o da bu məsələlərdən öz faizini alır.
G.Babaxanlı öz qohumlarını institutda yüksək vəzifələrə gətirərək işə gəlməmələrinə baxmayaraq, yüksək məvaciblər yazdırır. İnstituta işə qəbul da 10-15 min manat aralığında pul verməkdən keçir. Son vaxtlar insititutda ixtisaslaşmış kadrlar gözüm-çıxdına salınır. Əvəzində institutun profilinə uyğun olmayan müxtəlif ixtisaslardan insanlar işə qəbul edilir. Əlyazmalar İnstitutunda araşdırma aparan barmaqla sayılan bir neçə ixtisaslı kadr var, elə tədqiqatları da onlar aparır. Digər işçiləri isə əlini qolunu sallayıb gəzir. İşə qəbul məsələsində isə G.Babaxanlıya institutun Həmkarlar İttifaqının sədri filologiya üzrə fəlsəfə doktoru Samirə Əliyeva yaxından kömək edir. O da bu məsələdə öz faizini alır. Xatırladaq ki, S.Əliyeva yaxın müddətə qədər institutun direktoru müavini vəzifəsinə qədər yüksəlmiş, lakin korrupsiya məsələsinə görə şikayətlər olduğu üçün vəzifədən azad edilmişdir. Hal-hazırda institutun direktor müavini vəzifəsi aylardır boşdur. G.Babaxanlının muzeydəki vəzifə müddəti cari ilin 1 mart tarixinədək qüvvədədir. Əgər Mədəniyyət Nazirliyi G.Babaxanlını bu il martın 1-də Hüseyn Cavidin Ev Muzeyinə direktor olaraq təyin etməsə, Əlyazmalar İnstitutuna direktor müavini keçmək istəyir. Həmin yeri də özü üçün alternativ olaraq saxlatdırıb. Əlyazmalar İnstitutunun möhürü və T.Kərimlinin ştamp tipli imzası da G.Babaxanlıdadır.

Bütün bu özbaşınalıqdan institut əməkdaşları cana doyub. Onları müəssisənin aqibəti narahat edir və ağıllarda bir sual var. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru kimdir: Akademik Teymur Kərimli, Gülbəniz Babaxanlı?

Yazıda adları keçən şəxslərin münasibətini dərc etməyə hazırıq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3532   Tarix: 22 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə ilk məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə iclası zamanı şikayət üzrə prosesə baxılması nəzərdə tutulsa da, Çingiz Qənizadənin məhkəməyə gəlməməs

23 sentyabr
.

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq

Türk dövlətləri arasında vətəndaşların yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinin təmin olunması məsələsi gündəmdədir. -a istinadla xəbər verir ki, Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər dövlətlə

24 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Məktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir - AÇIQLAMA

"Məktəbli formasına yalnız geyim tələbi kimi yanaşmaq düzgün deyil. Burada əsas hədəf məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim anlayışının formalaşdırılmasıdır. Eyni zamanda, vahid məktəbli geyimi məktəbin ümumi atmosferinə, şagirdlər arasındakı münasibətlərə və onların sosia

23 sentyabr
.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Azərbaycanın metallurgiya xəritəsi yenidən cızılır: 5,3 milyard manatlıq Dövlət Proqramı nə vəd edir?

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı istiqamətində növbəti mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirəd

23 sentyabr
.

Azərbaycan sənayedə yeni mərhələyə keçir: 5,3 milyard manatlıq dağ-mədən və metallurgiya proqramının əsas hədəfləri

Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirənin keçirilməsi ölkənin qeyri-neft iqtisadiyyatının gələcək istiqamətləri baxımında

23 sentyabr