Milli Məclisin Aqrar siyasət komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib
Yanvarın 23-də Milli Məclisin Aqrar siyasət komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.
Sonxeber.az xəbər verir ki, iclası açan komitə sədri Tahir Rzayev iclasın gündəliyinə 2 məsələnin daxil edildiyini söyləyib. O, əvvəlcə gündəliyin birinci məsələsini - Milli Məclisin Aqrar siyasət komitəsində 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı təqdim edib. Bildirilib ki, komitənin ötən sessiya ərzində 10 iclası keçirilib və həmin iclaslarda digər məsələlərə baxılmaqla yanaşı, 8 qanun layihəsi qəbul edilib.
Payız sessiyası dövründə komitə sədri və üzvləri bir sıra tədbirlərdə, görüşlərdə, o cümlədən COP29 çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak ediblər, mütəmadi olaraq şəhid ailələrinin üzvləri, qazilər və seçicilərlə görüşüblər. Hesabat dövründə komitəyə daxil olmuş 50-yə yaxın ərizə, məktub və müxtəlif xarakterli sənədlərə baxılıb və müvafiq tədbirlər görülüb.
Aqrar siyasət komitəsinin 2025-ci ilin yaz sessiyası üçün iş planının layihəsi barədə Tahir Rzayev bildirib ki, qarşıdakı sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələrinin müzakirəsi, bir sıra qanunlara dəyişikliklər edilməsi, həmçinin aqrar sahəyə dair müvafiq qurumlarla görüşlərin keçirilməsi və digər məsələlər nəzərdə tutulub.
Gündəlikdəki məsələlərin müzakirəsində komitə sədrinin müavini Razi Nurullayev, komitə üzvləri Eldar İbrahimov, Cavanşir Paşazadə, Novruzəli Aslanov, Azər Badamov, Vüqar İskəndərov və Aydın Hüseynov çıxış ediblər, qeyd və təklifləri bildiriblər.
İclasda komitənin 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı qənaətbəxş hesab olunub, 2025-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.
İclasda deputat Xanlar Fətiyev və digər rəsmi şəxslər də iştirak ediblər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Prezident icra başçısını vəzifəsindən azad etdi
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Çingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Bu bölgəyə qar yağdı: Yüksək ərazilər ağ örpəyə büründü