Yol qəzalarına səbəb olan avtomobillər hansılardır? - ARAŞDIRMA

Yol qəzalarına səbəb olan avtomobillər hansılardır? - ARAŞDIRMAÖlkədə hər zaman öz aktuallığını qoruyan əsas problemlərdən biri də avtomobil qəzalardır. Edilən xəbərdarlıqlara, görülən tədbirlərə baxmayaraq, yol qəzalarının sayı getdikcə artır. Bu hal isə daha çox insan ölümü və xəsarətinə yol açır. Bəs, yol-nəqliyyat qəzalarına daha çox səbəb olan avtomobillər hansılardır?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan AADA ictimai birliyinin icraçı direktoru Eyyub Əliyev açıqlamasında qeyd edib ki, artıq yaşı 10 ildən yuxarı olan avtomobillər ölkəyə buraxılmır və bu sevindirici haldır:

Yol qəzalarına səbəb olan avtomobillər hansılardır? - ARAŞDIRMA"Bu bizim hamımızın yaralı yeridir. Dəfələrlə bununla bağlı iclaslarda, müsahibələrdə qeyd etmişəm ki, hal-hazırda hansısa yol-nəqliyyat hadisəsi baş verdikdə buna müxtəlif məsələlər səbəb ola bilər. Məsələn, əyləclə bağlı problemlər, sükanın kilidlənməsi vəs, səbəb ola bilər. Amma təəssüflər olsun ki, açıqlama verildikdə bildirilmir ki, sürücü hansı səbəbdən idarəetməni itirdi. Yaxın bir neçə il ərzində Bakı şəhərində bəzi yol-nəqliyyat hadisələrini müşahidə etdik ki, qəza zamanı avtomobil iki hissəyə bölündü. Bu bəlli məsələ idi ki, sözügedən avtomobil qonşu Gürcüstan ərazisindən Azərbaycana gətirilmiş maşınlar idi. Bu da iki avtomobilin birləşməsindən biri yığılıb ölkəyə gətirilmiş ucuz maşınlar idi.
İndi xoşagələn hal odur ki, artıq yaşı 10 ildən yuxarı olan avtomobillər ölkəyə buraxılmır və bu sevindirici haldır. Amma bu o demək deyil ki, yaşı ondan aşağı olan avtomobillər hamısı ideal vəziyyətdədir. Yaşı 10-a qədər olan avtomobillər də var ki, onlar artıq istismar vəziyyətin bitirib və onların bizim paytaxtımızda olması təhlükədir. Yaxşı olardı ki, həmin nəqliyyat vasitələri ölkəyə daxil olduqda onlar labaratoriyada yoxlanıb, texniki vəziyyəti araşdırılıb ondan sonra ölkəyə buraxlardı. Bir məsələ var ki. mən onu da qeyd etmək istəyirəm, qəzalarda təəssüflər olsun ki, piyadaların da məsuliyyətsizliyini müşahidə edirik. Bu məni bir vətəndaş olaraq da narahat edir".

Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov isə qeyd etdi ki, yol-nəqliyyat hadisələri təkcə avtomobildən irəli gələn problemə əsasən baş vermir:
Yol qəzalarına səbəb olan avtomobillər hansılardır? - ARAŞDIRMA"Yol hərəkəti haqqında araşdırma apardıqda birinci növbədə qarşımıza nəaliyyat hadisələri çıxacaqdır. Yol-nəqliyyat hadisələri elə bir anlayışdır ki, bu tək avtomobillə bağlı baş verən hal deyil. Avtomobili idarə edən şəxs, onun idarə olunduğu ərazi vəs. bunlar hamısı bir-birinə sıx təmasda olduğu üçün burada tək avtomobili demək olmaz. Təbii ki, nasaz, istismara yararsız, müəyyən problemləri olan avtomobil daha çox yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olacaq.
Konkret olaraq avtomobillərə gəldikdə isə burada markanın adı önəmli deyil. Önəmli olan, nəqliyyat vasitəsini idarə edən şəxslərdən və onların sağlamlıq durumu, içkili vəziyyətdə olub olmaması, sükan araxsında vəziyyətinin pisləşməsi vəs. bunlar hamısı qəzaların baş verməsinə şərait yaradan faktorlardır".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1871   Tarix: 23 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə ilk məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə iclası zamanı şikayət üzrə prosesə baxılması nəzərdə tutulsa da, Çingiz Qənizadənin məhkəməyə gəlməməs

23 sentyabr
.

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq

Türk dövlətləri arasında vətəndaşların yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinin təmin olunması məsələsi gündəmdədir. -a istinadla xəbər verir ki, Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər dövlətlə

24 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Məktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir - AÇIQLAMA

"Məktəbli formasına yalnız geyim tələbi kimi yanaşmaq düzgün deyil. Burada əsas hədəf məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim anlayışının formalaşdırılmasıdır. Eyni zamanda, vahid məktəbli geyimi məktəbin ümumi atmosferinə, şagirdlər arasındakı münasibətlərə və onların sosia

23 sentyabr
.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Azərbaycanın metallurgiya xəritəsi yenidən cızılır: 5,3 milyard manatlıq Dövlət Proqramı nə vəd edir?

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı istiqamətində növbəti mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirəd

23 sentyabr
.

Azərbaycan sənayedə yeni mərhələyə keçir: 5,3 milyard manatlıq dağ-mədən və metallurgiya proqramının əsas hədəfləri

Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirənin keçirilməsi ölkənin qeyri-neft iqtisadiyyatının gələcək istiqamətləri baxımında

23 sentyabr