"Ölkəmizdə nəqliyyat məsələləri həmişə diqqət mərkəzində olub" " DEPUTAT

"Ölkəmizdə nəqliyyat məsələləri həmişə diqqət mərkəzində olub" " DEPUTATCənab Prezident İlham Əliyevin nəqliyyat məsələlərinə həsr olunmuş müşavirəsi bu istiqamət üzrə görülmüş işlər və görüləcək işlər barəsində ətraflı məlumat verdi".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, ölkəmizdə nəqliyyat məsələləri həmişə diqqət mərkəzində olub:

"Son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı:

"Əgər bu işləri görülməsəydi bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətdə olardı. Amma yenə də cənab prezident İlham Əliyevin söylədiyi kimi növbəti böyük bir proqramın qəbul olunması böyük fayda verəcək. Bu məqsədlə bir müddət bundan əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dövlət proqramının hazırlanmasına dair müvafiq göstərişlər verilib və bir neçə ay ərzində bu proqram üzərində iş aparılıb.

Son illər ölkə üzrə bir çox nəqliyyat layihələri icra edilib. Kənd yolları, şəhərlərarası yollar, magistral yollar çəkilib.İllər keçdikcə indi əvvəlki vəziyyət yaddan çıxır. Ancaq əgər 20 il əvvələ nəzər salsaq görərik ki, o vaxt yollarımız nə vəziyyətdə idi. Hətta Bakı şəhərinin əsas yolları faktiki olaraq heç bir standarta uyğun gəlmirdi. Yeni yollar salındı, bütün şəhərləri demək olar ki, müasir yollarla birləşdirdik. Bütün sərhədlərimizi müasir avtomagistrallarla birləşdirdik. Kənd yollarının təmiri və salınması dərəcəsi təqribən 85-90 faizə çatıb və hər il bu məqsədlər üçün vəsait ayırırıq. Coğrafi vəziyyətimizdən səmərəli şəkildə istifadə etdiyimiz üçün beynəlxalq nəqliyyat dəhlizləri ərazilərimizdən keçir. Sadəcə olaraq, coğrafi yerləşmə hələ o demək deyil ki, hər hansı bir ölkə nəqliyyat qovşağına çevrilə bilər. Ardıcıl olaraq beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsinə səylər göstərilib və praktiki işlər görmüşük".

Deputat söyləyib ki, bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil:

"Hazırda ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır, o cümlədən rəqəmsallaşma məsələlərinə diqqət göstərilir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılıb. Ortaq müəssisələr, müştərək müəssisələr qurulub. Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevirilib.

Onu da bildirməliyəm ki, adətən nəqliyyat mərkəzləri statusuna malik olan ölkələr o ölkələrdir ki, onların açıq dənizlərə çıxışı var. Bizim isə dünya okeanlarına çıxışımız yoxdur. Amma buna baxmayaraq, gördüyümüz işlər nəticəsində Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevirmişik. İşlər davam edir, həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə indi əlavə tədbirlər görülür. Çünki vaxtilə hesablanmış yüklərin həcmi artıq onu göstərir ki, daha böyük həcmdə yüklər keçəcək. Bu, müxtəlif səbəblərə bağlı olan məsələdir. Ancaq fakt odur ki, indi bu dəhlizlərin aşırma qabiliyyətini artırmaq üçün əlavə sərmayə cəlb etmişik və edəcəyik".

Deputat vurğulayıb ki, Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir və mütləq həyata keçiriləcək:

"Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülüb. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, bu dəhlizin açılması üçün praktiki addımlar atırıq. Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur. Dırnaqarası "Sülh kəsişməsi" layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq. Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır. Yaxşı olar ki, Ermənistan rəhbərliyi 10 noyabr kapitulyasiya aktını diqqətlə oxusun və orada xüsusilə dediyim o bəndə diqqət yetirsin".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 894   Tarix: 30 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Həcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i

23 sentyabr
.

"Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası

Estetik əməliyyatdan sonra gözlərində ciddi problemlərin yarandığını iddia edən qadın həkimdən şikayətçidir. APA TV-yə istinadla xəbər verir ki, Aygün Məhəmmədova keçirdiyi göz qapağı əməliyyatından sonra gözlərinin tam bağlanmadığını və bu səbəbdən quruluq və sulanma kimi problemlərlə üzləşdiyini iddi

23 sentyabr
.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr
.

"Uşaqlarda aqressiya: səbəblər, valideynlərin səhvləri və problemin həlli yolları

Uşaqlarda aqressiv davranışlar son illərdə valideynləri, müəllimləri və uşaq psixoloqlarını narahat edən məsələlərdən birinə çevrilib. Uşağın tez-tez əsəbiləşməsi, qışqırması, əşyaları atması, həmyaşıdları ilə mübahisəyə girməsi və ya qaydalara qarşı kəskin müqavimət göstərməsi ətrafdakılar tərəfində

24 sentyabr
.

Pulsuz metro tıxacları azaldacaq?

Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas

23 sentyabr
.

Xammaldan sənaye gücünə: Azərbaycanın metallurgiya strategiyasında yeni mərhələ

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri təbii sərvətlərin yalnız hasilat mənbəyi kimi deyil, yüksək əlavə dəyər yaradan sənaye resursu kimi iqtisadi dövriyyəyə cəlb edilməsidir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (meta

23 sentyabr
.

Martin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı

Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. "Report" xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamını

23 sentyabr
.

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi

23 sentyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib

24 sentyabr