"Quska" Prezidentə müraciət etdi - İstintaq yeniləndi
"Quska" ləqəbli sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclas "Quska"nın Prezident İlham Əliyevə göndərdiyi müraciətin elanı ilə başlayıb.
Təqsirləndirilən şəxs yenə də prosesə onlayn qoşulub. Məhkəmədə onun vəkilləri Cavad Cavadov və Günay İsmayılova iştirak edib.
Xatırladaq ki, bundan əvvəlki iclasda iş üzrə məhkəmə istintaqı tamamlanmış, prokuror ittiham nitqi ilə çıxış etmişdi. Ardıcıllığa görə bu gün müdafiə tərəfi çıxış etməli idi.
Amma yuxarda qeyd edilən müraciət səbəbindən məhkəmə istintaqı yenilənib.
Belə ki, bir müddətdir həbsdə olan və xəstəlikdən əziyyət çəkən H.Abdullayev Prezident İlham Əliyevə müraciət edib. "Quska" dövlət başçısına göndərdiyi müraciətdə səhhətindəki problemləri, həbsxanada çəkdiyi əziyyəti və yaşlı anasının düşdüyü durumdan bəhs edib. Qeyd edilən səbəblərdən və özünü təqsirli bilmədiyindən həbsdən azad edilməsini xahiş edib.
İstintaq yeniləndikdən sonra prokuror təqsirləndirilən şəxsə əlavə suallar verib. Amma "Quska" sualları yersiz hesab edib. O, sadəcə ittihamları qəbul etmədiyini təkrarlayıb.
Sonda prokuror yenidən çıxış edib və əvvəlki çıxışındakı kimi H.Abdullayevin 10 il azadlıqdan məhrum edilməsini istəyib.
Proses fevralın 13-ü davam edəcək.
Xatırladaq ki, H. Abdullayev 2018-ci ildə qanunsuz sahibkarlıq, dələduzluq və digər cinayətlərin törədilməsində təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin cəza müddəti bu yaxınlarda başa çatıb. Lakin yeni cinayət işinə görə Abdullayev azadlığa çıxa bilməyib. O bu dəfə cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında ittiham edilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1198 Tarix: 30 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHəcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i
23 sentyabr"Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası
Estetik əməliyyatdan sonra gözlərində ciddi problemlərin yarandığını iddia edən qadın həkimdən şikayətçidir. APA TV-yə istinadla xəbər verir ki, Aygün Məhəmmədova keçirdiyi göz qapağı əməliyyatından sonra gözlərinin tam bağlanmadığını və bu səbəbdən quruluq və sulanma kimi problemlərlə üzləşdiyini iddi
23 sentyabrPaytaxtın iki böyük bağı birləşdirildi
"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi
23 sentyabrPulsuz metro tıxacları azaldacaq?
Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas
23 sentyabrMartin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı
Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. "Report" xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamını
23 sentyabrYağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi
23 sentyabrXəzərdə zəlzələ oldu
Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib
24 sentyabr