Ölümcül allergik reaksiya yaradan "Lay's" cipsləri satışdan yığılır - Azərbaycanda durum necədir?
ABŞ-də "Lay's" brendinin istehsal etdiyi cipslər məhsulun etiketində göstərilməyən süd tərkibli komponentlərin olması səbəbindən geri çağırılıb. Bununla bağlı ABŞ Qida və Dərman İdarəsinin (FDA) məlumatında bildirilib ki, həmin məhsullar birinci sinif risk qrupu elan edilib. Bu da o deməkdir ki, sözügedən marka məhsulları həyati təhlükə yaradan allergik reaksiyalara səbəb ola bilər.
Oxu.Az-ın "Lay's" kartof çipslərinin sağlamlığa yaratdığı risk iddialarına görə ABŞ-də bəzi məhsul partiyalarının geri çağırılması ilə bağlı yayılan məlumatlarla əlaqədar sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, qeyd olunan məhsul partiyaları ölkəmizə idxal edilməyib.
"Xarici mediada və müvafiq təşkilatlar tərəfindən yayılan bu cür məlumatlar AQTA-nın mütəxəssisləri tərəfindən mütəmadi şəkildə təhlil olunaraq, qida təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlər görülür", - deyə məlumatda bildirilib.
Laktoza həssaslığı olan və ya laktoza çatışmazlığından əziyyət çəkən insanların tərkibində süd komponenti olan qidaları qəbul etdikləri zaman yarana biləcək fəsadlar barədə Oxu.Az-ın suallarını cavablandıran allerqoloq Günel Məmmədova bildirib ki, həmin insanların orqanizmində müvafiq komponentləri parçalayacaq fermentlərin olmaması allergik reaksiya yaradır.
O deyib ki, bu halda ilkin əlamətlər ishal, qusma, ürəkbulanma olur:
"Əgər şəxsin süd komponentlərinə allergiyası varsa, ilk dəfə bədəndə buna həssaslıq yaranır, növbəti dəfə qəbul edildiyi halda isə allergiya verir. İlkin əlamətlər göründüyü halda həmin şəxs mütləq həkimə müraciət etməlidir. Belə hallarda allerqoloq ikinci dərəcəli olur. Şəxsə daha çox mədə-bağırsaq həkimi müdaxilə edir. Onun vəziyyətindən asılı olaraq ambulator və ya stasionar yardım göstərilməlidir. Mədə-bağırsaq yuyulmalı, qusma əleyhinə preparatlar istifadə olunmalıdır".
Həkim deyib ki, bu, qida allergiyası kimi qeydə alınır və ağırlaşmış hallarda səpgi, zəhərlənmə ilə müşahidə oluna bilər.
Qeyd edək ki, mövcud məsələ ilə bağlı "Lay's"in Azərbaycanda satışını təşkil edən şirkətlə əlaqə saxlamaq mümkün olmayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Bank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Prezident icra başçısını vəzifəsindən azad etdi
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Çingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Bu bölgəyə qar yağdı: Yüksək ərazilər ağ örpəyə büründü