Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? - Açıqlama
Kürdəmirdə valideynlərin övladlarını odun sobası ilə qızdırılan məktəblərdən çıxarıb istilik olan təhsil müəssisəsinə aparmaları barədə iddialar yayılıb.
Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib. Qeyd olunur ki, bir məktəbdən 100-ə yaxın uşaq çıxıb. Belə ki, rayonun bəzi kəndlərində yerləşən, eləcə də 2 və 4 nömrəli məktəblərində təhsil alan şagirdlərin digər məktəblərə aparıldığı deyilir.
Mövzu ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil:
"Gündəlik əsasda yarana biləcək istilik təminatına dair məsələlərlə bağlı digər aidiyyəti qurumlarla birlikdə operativ işçi qrupları yaradılıb. Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır. Son günlər bəzi media resurslarında Kürdəmir rayonunda valideynlərin odun sobası ilə qızdırılan məktəblərdən övladlarını çıxararaq digər təhsil müəssisələrinə yönləndirdiklərinə dair məlumatlar yayılıb. Bildiririk ki, bu məlumatlar həqiqəti əks etdirmir.
Qeyd edilən təhsil müəssisələri odun sobası ilə qızdırılmır. Kürdəmir şəhər M.Ə.Rəsulzadə adına 2 nömrəli məktəb-liseyinin istilik təminatı fərdi qazanxana, Kürdəmir şəhər S.Əliheydərov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin istilik təminatı isə kombi sistemi vasitəsilə normal qaydada həyata keçirilir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1231 Tarix: 30 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hərbi qulluqçuların sosial təminatında yeni mərhələ
Hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu tədbirlər hərbi qulluqçuların həm xidmət dövründə, həm də xidmətdən sonrakı mərhələdə sosial müdafiəsinin gücləndirilməsin
23 sentyabrBakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI
Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu
23 sentyabrYağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi
23 sentyabrPulsuz metro tıxacları azaldacaq?
Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas
23 sentyabr2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında
24 sentyabrBakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
"Bakının Sabunçu, Binəqədi və Suraxanı rayonlarında 150-dək bina söküləcək". Bu fikirləri -a açıqlamasında Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, binaların bir neçəsində söküntü işlərinə start verilib:. "Digər hissəsində isə inventarlaşma iş
23 sentyabr