Bakıda iş saatları dəyişəcək - Bu tarixdən
Bakıda nəqliyyat axınını optimallaşdırmaq məqsədilə dövlət qurumları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə əsasən tənzimlənəcək.
Sonxeber.az-ın məlumtına görə, bu tədbir Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş 2025-2030-cu illər üçün Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək.
2025-2026-cı illərdə dövlət və özəl sektorun, eləcə də təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişdirilməsi planlaşdırılır. Bu proses Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən koordinasiya olunacaq, müvafiq siyahılar təsdiqlənəcək və iş qrafikinin yeni modelə uyğun tənzimlənməsi təmin ediləcək.
Qeyd edək ki, bu yanaşma ABŞ, Avropa, Türkiyə və Rusiyada artıq geniş şəkildə tətbiq olunur və Bakıda həyata keçiriləcək dəyişikliklər beynəlxalq təcrübəyə əsaslanır.
ABŞ-də böyük şəhərlərdə, xüsusilə Nyu-York, Los-Anceles və Çikaqoda dövlət qurumları və biznes mərkəzləri fərqli saatlarda fəaliyyət göstərir. Məsələn, bəzi ofislər saat 7:00-da açılır, digərləri isə 9:00-dan işə başlayır. Eyni zamanda, məktəblərin açılış saatları da bölgələrə görə dəyişir və səhər tıxaclarının qarşısını almaq üçün fərqli iş saatları tətbiq olunur.
Almaniya, Böyük Britaniya və Fransa kimi ölkələrdə dövlət və özəl sektorun iş saatları fərqləndirilir. Məsələn, Almaniyada məktəblər adətən 7:30-9:00, dövlət qurumları isə 8:00-9:30 arasında fəaliyyətə başlayır. İşçilərə elastik iş saatları təklif olunur ki, bu da tıxac problemini azaldır.
Türkiyənin İstanbul və Ankara kimi böyük şəhərlərdə tıxacın qarşısını almaq üçün məktəblər və iş yerləri fərqli saatlarda açılır. İstanbulda bəzi məktəblər iki növbəli sistemlə işləyir, dövlət idarələri isə 8:30-9:30 arasında işə başlayır.
Rusiyanın Moskva və Sankt-Peterburqd şəhərlərində dövlət və təhsil müəssisələri fərqli qrafiklə işləyir. Moskva meri bir neçə dəfə tıxacın qarşısını almaq üçün dövlət idarələrinin iş saatlarını dəyişdirməyi təklif edib. Hazırda məktəblər 8:00-dan, dövlət idarələri isə 9:00-dan açılır. Onlayn iş rejimi də tənzimlənib.
Bakıda tətbiq ediləcək dəyişikliklər beynəlxalq təcrübəyə əsaslanaraq, şəhərin nəqliyyat infrastrukturuna uyğunlaşdırılacaq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Bank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Prezident icra başçısını vəzifəsindən azad etdi
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Çingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Bu bölgəyə qar yağdı: Yüksək ərazilər ağ örpəyə büründü