"Vətəndaşlar doğmalarının səsi ilə eyniləşdirilmiş səs texnologiyalarından istifadə edilərək manipulyasiya olunur" - AÇIQLAMA

"Vətəndaşlar doğmalarının səsi ilə eyniləşdirilmiş səs texnologiyalarından istifadə edilərək manipulyasiya olunur" - AÇIQLAMA"Öncəliklə qeyd etmək istəyirəm ki, Azərbaycanda vətəndaşların pul vəsaitlərinə hədəflənən kiber dələduzluq halları kifayət qədər artıb. Müxtəlif ssenarilərlə hücum növləri tərtib olunur. Burada həm ənənəvi üslubdan, həm də müxtəlif dövlət qrumları, bank əməkdaşları, hətta polis adından və digər başqa güc strukturları adından vətəndaşlara zəng edilərək, onlardan müxtəlif şəxsi və bank kartları məlumatları istənilir".

Bunu Sonxeber.az-a İKT üzrə ekspert Elvin Abbasov danışıb.

O, açıqlamsında qeyd edib ki, bu kimi məsələlərlə bağlı vətəndaşlar maariflənməlidir:

"Bu yolla vətəndaşların külli miqdarda vəsaitlərini oğurlayaraq dələduzluğu məruz qoyurlar. Həmçinin, suni intellektin inkişafı ilə vətəndaşlar doğmalarının səsi ilə eyniləşdirilmiş səs texnologiyalarından istifadə edilərək onlar manipulyasiya olunur. Onlara yaxın ailə üzvlərinin adı ilə vətəndaşları psixoloji təzyiqə məruz qoyaraq pullarını oğurlayırlar. Bu halların qarşısını almaq texnoloji cəhətdən çox çətindir, çünki, qarşıda insan var, virus və ya hər hansı proqram təminatı yoxdur. Proqram təminatı insan üçün alətdir və daim metod dəyişdirir, yeni hücum növlərindən istifadə edir, yəni, heç vaxt eyni nömrədə, sosial şəbəkə profilində qalmır, özünü təkminləşdirir və yeni "uğurlar" əldə edir. Hər həftə, ay, il Azərbaycanda kiberdələduzluğun miqyası artmaqdadır və bunun qarşısını almaq üçün ilk olaraq, əsas məsələ vətəndaşların rəqəmsal səriştəliyinin artması, kibergigyena qaydalarından məlumatlı olması, onların maariflənməsidir. İkinci məqam isə təbii ki, müxtəlif zərərli yazılımların telefona yazılmaması üçün, vətəndaşların ümumiyyətlə, bu yazılımdan məlumatlı olması üçün, müxtəlif metodlarla vətəndaşlar məlumatlı olmalıdır. Həmçinin, onlar zərərli yazlımlara qarşı proqram təminatı , xüsusən də antiviruslardan istifadə etməlidirlər".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2123   Tarix: 31 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hərbi qulluqçuların sosial təminatında yeni mərhələ

Hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu tədbirlər hərbi qulluqçuların həm xidmət dövründə, həm də xidmətdən sonrakı mərhələdə sosial müdafiəsinin gücləndirilməsin

23 sentyabr
.

Bakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

23 sentyabr
.

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi

23 sentyabr
.

Pulsuz metro tıxacları azaldacaq?

Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas

23 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

David Seliverstov-Çingiz Qənizadə məhkəməsi: Anatoli Rafailovun adı ilə bağlı sübutlar təqdim edildi

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə Binəqədi Rayon Məhkəməsində hazırlıq iclası keçirilib. İclasla bağlı ünvanladığımız sorğunu cavablandıran vəkil Sahil Allahverdiyev bildirib ki, Çingiz Qənizad

24 sentyabr
.

2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında

24 sentyabr
.

Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı

"Bakının Sabunçu, Binəqədi və Suraxanı rayonlarında 150-dək bina söküləcək". Bu fikirləri -a açıqlamasında Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, binaların bir neçəsində söküntü işlərinə start verilib:. "Digər hissəsində isə inventarlaşma iş

23 sentyabr
.

"Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil" - Əli Nağıyev

Sentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarş

24 sentyabr