"Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - SOSİOLOQ
"Evdar xanımlar, təqaüdçülər bayağı verilişlərin daimi izləyiciləridir"-bunu Sonxeber.az -a danışan sosioloq Lalə Mehralı deyib:
"Bu tamaşaçılar o qədər diqqətlidirlər ki, soruşsaq, bütün verilişin arxivini danışa bilərlər. Biz bu gün dilə gətirilməsi belə ayıb olan şeyləri efirdə görürük. Elə vəziyyətlər müzakirə edilir, elə mövzular gündəmə gətirilir ki, elə insanlar çıxıb başqalarına məsləhət verirlər ki, təəccüblənməmək əldə deyil. Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır. Namus məsələsini o qədər primitivləşdiriblər ki, hamının tanıdığı namussuzlar belə, efirə çıxıb insanlara namus dərsi verir. Teleməkanı bu gün elə bir vəziyyətdədir ki, harda ədəbsiz varsa, efirdə veriliş aparır.
Televiziya rəhbərləri nədən qazanc götürürlərsə, ona fokuslanırlar. Bəzən deyirlər ki, tamaşaçı baxır deyə bu verilişlər davam edir. Belə deyil. Bəzən tamaşaçı əlacsızlıqdan da izləyir onları. Baxmağa bir şey olmayanda məcbur bir kanalda saxlamalı olur, izləyir. Ona görə də efirdə elə şeylər vermək lazımdır ki, tamaşaçı kanalı açanda ədəbsizlik, əxlaqsızlıq görməsin. İntellekt, mədəniyyət verilişləri çəkilsin. Əvvəl efirlərimizdə çox gözəl verişlər var idi, amma sonra yığışdırdılar. Ədəbli, əxlaqlı aparıcıların hamısını efirdən uzaqlaşdırdılar. O aparıcıların hamısı bu gün televiziyaya uzaqdan baxır. Əvəzində isə heç bir potensialı, qabiliyyəti olmayan, özünü plastik əməliyyatlarla gülməli vəziyyətə salan aparıcılar efirdə at oynadır"
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2017 Tarix: 05 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı
25 sentyabrSabah 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi il
23 sentyabrBakıda 27, rayonlarda 32 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər
25 sentyabrBütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq
24 sentyabrHərbi qulluqçuların sosial təminatında yeni mərhələ
Hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu tədbirlər hərbi qulluqçuların həm xidmət dövründə, həm də xidmətdən sonrakı mərhələdə sosial müdafiəsinin gücləndirilməsin
23 sentyabrSumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə
25 sentyabr