Çörəyin çəkisi niyə azalıb? - Yayılan xəbərlərlə bağlı MÜHÜM AÇIQLAMA
Marketlərdə 55 qəpiyə satılan 510 qramlıq zavod çörəyi ilə yanaşı, yeni qiymətə - 65 qəpiyə 620 qramlıq zavod çörəyi ikinci çeşid kimi tədarük ediləcək.
Sonxeber.az Baku TV-yə istinadən məlumat verir ki, bu barədə son günlərdə zavod çörəyinin qiyməti ilə bağlı yayılan məlumatda bildirilib. Diqqətçəkən məqam isə 55 qəpiyə satılan çörəyin çəkisinin 510 qram olmasıdır, yəni azaldılmasıdır.
Söhbət ondan gedir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2022-ci ilin yanvar ayında çörəyin qiymətinin 50 qəpikdən 65 qəpiyə yüksəlməsi ilə bağlı açıqlamasında çörəyin çəkisinin 650 qram olacağı bildirilmişdi.
Eyni zamanda, həmin ilin avqustunda Azərbaycanın iri un və çörək istehsalçılarının qiymətin 65 qəpikdən 70 qəpiyə qaldırılması ilə bağlı birgə məlumatında da çörəyin çəkisinin 650 qram olacağı vurğulanmışdı. Ötən müddətdə bir kisə unun topdansatış qiymətinin 40 manat 70 qəpikdən 25 manatadək, yəni 40 faizə yaxın ucuzlaşması əsas gətirilərək çörəyin qiyməti də aşağı salınıb.
Belə ki, 650 qramlıq çörəyin qiyməti mərhələlərlə 70 qəpikdən 55 qəpiyə, yəni 21,5 faiz endirilib. Lakin son açıqlamadan belə məlum olur ki, istehsalçılar çörəyin qiymətindəki endirimi, əslində, onun çəkisi ilə kompensasiya ediblər.
Bununla da çəki 21,5 faiz, yəni 650-dən 510 qrama qədər azaldılıb. Unun ucuzlaşmasının isə qiymətə real təsiri olmayıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, çörəyin çəkisini sahibkarlar özləri sərbəst müəyyən edirlər:
"Sahibkarlar müxtəlif qiymətə müxtəlif çeşiddə çörəklər təklif edirlər. İstehsalçılar onların arasından qiyməti və istehlak xassələri daha uyğun olan məhsulu sərbəst seçərək ala bilərlər. Qanunvericilikdə və müvafiq dövlət standartında çörəyin konkret çəki meyarı ilə bağlı tələb müəyyən edilməmişdir. Çörəyin çəkisi sahibkarlar tərəfindən sərbəst müəyyən edilir. Lakin qablaşdırılmasında onun çəkisi göstərilməlidir".
Deyilənlərdən belə nəticəyə gəlmək olur ki, sahibkar un bahalaşanda çörəyin qiymətini artırdığı halda xammal ucuzlaşanda qiyməti çəkini azaltmaq hesabına endirir. Əksər marketlərdə müşahidələr zamanı isə zavod çörəyi olaraq əsasən qiyməti 55 yox, 65 qəpiyə olan məhsullara rast gəlmək olur.
Ətraflı süjetdə:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Bank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Prezident icra başçısını vəzifəsindən azad etdi
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Çingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Bu bölgəyə qar yağdı: Yüksək ərazilər ağ örpəyə büründü