"Uşaqları intihara və şiddətə sövq edən oyunlar ölkəmizdə qadağan edilməlidir" - DEPUTAT
"Bu gün sağlam və savadlı gələcəyimizin yetişdirilməsində müəllimlərlə yanaşı valideynlərin üzərinə böyük öhdəliklər düşür".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, uşağın tək qarnını doyurmaq və geyim almaqla valideynlik olunmur:
"Uşaqlara ilk olaraq sevgi və qayğı göstərilməlidir. Onlar bilməlidirlər ki, hər hansı problemlə qarşılaşanda onu valideynləri ilə bölüşə bilər. Təəssüf ki, bu gün bəzi valideynlər düşünürlər ki, döymək və qorxutmaqla övladını düzgün tərbiyə edəcək. Əksinə, bu cür addımlarla valideynlər uşaqlarını özlərindən uzaqlaşdırır və onları yalnış yollara meyl etməsinə səbəb olurlar. Hər bir ana və ata övladı ilə ilk öncə dost olmalıdır. Uşaqlar hiss etməkdir ki, səhv etsələr belə onlara dəstək olacaq valideynləri var".
Deputat vurğulayıb ki, bəzən valideynlər uşaqlarını özləri ilə müqayisə edirlər:
"Məncə bu yalnışdır. Çünki bu gün texnologiya dövrüdür. Uşaqlar kitablardan daha çox sosial şəbəkələrə maraq göstərirlər. Təəssüf ki, sosial şəbəkələrdə faydalı məlumatlarla yanaşı təhlükəli informasiyaya, oyunlar paylaşılır. Daha çox yeniyetmələr təhlükəli informasiyalara meyl edirlər. Ona görə də valideynlər hiss etdirmədən övladlarını izləməli, savadlı və sağlam mühitdə yetişmələri üçün müəllimlərə dəstək olmalıdır. Xüsusilə də oynadıqları oyunlara nəzarət etməli və dostluq etdikləri insanları tanımalıdırlar. Bu istiqamətdə medianın və televiziya kanalların da üzərinə öhdəlik düşür. Uşaqların maarifləndirilməsi üçün verlişlər və video çarxlar hazırlanmalıdır. Təhlükəli mütəmadi oyunlar barədə məlumatlar paylaşılmalıdır".
Deputat müvafiq qurumların təhlükəli oyunlara nəzarəti gücləndirməli olduğunu qeyd edib:
"Uşaqları intihara və şiddətə sövq edən oyunlar bloklanmalı, yada da qadağan edilməlidir. Eləcə də valideynlər övladlarının hansı oyunları oynadıqlarına nəzarət etməlidir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1412 Tarix: 07 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda dənizdə batan tələbələrin FOTOSU
19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd
25 sentyabrPulsuz metro tıxacları azaldacaq?
Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas
23 sentyabrPaytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar
23 sentyabrYağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi
23 sentyabrƏfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd
23 sentyabrSumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə
25 sentyabr2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında
24 sentyabrPaytaxtın iki böyük bağı birləşdirildi
"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi
23 sentyabr