"Yazıblar ki, kaş daş onun başına düşərdi" - Video

"Yazıblar ki, kaş daş onun başına düşərdi" - VideoXəbər verdiyimiz kimi, aparıcı Leyla Mustafayeva yaşadığı evin həyətinə meteorit düşdüyünü açıqlamışdı.

Sonxeber.az xəbər verir ki, aparıcı bu gün sözügedən daşı "Xəzər axşamı" verilişinə gətirib. O, daşın tapıldığı ərazidə 20-30 sm ölçüdə çuxur əmələ gəldiyini bildirib:

"Qəfil olan bir hadisədir. Gecə olub, xəbərimiz də olmayıb. Elə yerdə qalırıq ki, ora səs-küylü ərazidir. Anam həyətdə toyuq saxlayır, göyərti falan əkir. Balaca bir sahədə göyərti əkib, göyərtilər də cücərib. Səhər görüb ki, orada dərinliyi 20-30 sm, diametri isə 15-20 sm ölçüdə olan dairəvi çuxur var və bir dənə də olsun bitki yoxdur. Anam elə başa düşüb ki, atam orada nəsə qazıb. Aralarında söz-söhbət başlayıb ki, göyərtilərimi zay etmisən. Atam da deyir ki, nə daş, nə qazıntı? Anam fərqinə varmamış və həmin ərazinin şəklini çəkməmiş daşı kənara qoyub yenidən oranı düzəltməyə başlayıb. Təəssüfləndik ki, kaş, çuxurun şəklini yerində çəkərdik. Sonra şəklini, videosunu çəkdik. Türkiyədə dostlarımıza göndərdik. Dedilər ki, meteoritdir. Rəsmi olaraq Geologiya və Geofizika İnstitutuna müraciət etmişik. Cavab verildikdən sonra daşdan bir parça götürüb analiz edəcəklər. Bizə dedilər ki, tam araşdırılmamış, analiz olunmamış o daşa toxunmaq olmaz. Hətta bura da icazə vermirdilər gətirək.

Saytlar paylaşanda izləyicilər çox "gözəl" sözlər yazdılar. Ümumiyyətlə bizim insanlar kiminsə sevincinə şərik ola bilmirlər. Birinin başına pis hadisə gələndə guya onların hallarına yanırlar. Amma bəlkə də sevinirlər. Yazıblar ki, kaş daş onun başına düşərdi. Mən kimə nə etmişəm? Biri də yazıb ki, qarğışı ürəkdən etməyiblər, yan keçib. Onu da izləyicilərin diqqətinə çatdırım ki. meteorit təkcə Amerikaya düşmür. Hər yerə düşə bilər".(axşam.az)


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1997   Tarix: 07 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hakan Sabancı Bakıda

Məşhur türkiyəli iş adamı Hakan Sabancı Azərbaycana səfər edib. Axşam.az xəbər verir ki, o, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. Hakan yarışda lentə aldığı görüntüləri izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Hakan daha əvvəl aktrisalar Hande Erçel, Rabia Soytürkl

25 sentyabr
.

Evində narkotik maddə, spirtli içki şüşələri aşkarlanıb - Fotolar

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur aktyoru Serhat Mustafa Kılıç vəfat edib. Axşam.az-ın məlumatına görə, 51 yaşlı aktyorun ölümü ilə bağlı aparılan ilkin istintaq araşdırmaları zamanı evindən narkotik maddə tapılıb. Mənzildə həmçinin spirtli içki şüşələri və siqaret bükmək üçün istifadə edilə

6 sentyabr
.

Rusiyada uşaqlara Burak adını verirlər

Türk seriallarının xaricdəki təsirinə daha bir yenisi əlavə olunub. Moskva Sosial İnkişaf Nazirliyinin açıqladığı 2026-cı il məlumatlarında, yeni doğulan uşaqlara verilən adlar arasında türk seriallarından tanınan Burak və Neslihan da yer alıb. Nazirlik bu adların sevilən aktyor və aktrisalara duyula

19 sentyabr
.

"Yanında ola bilməsəm də, ürəyim həmişə səninlədir"

Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova qızı Sude ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa övladının fotosunu yayımlayaraq bunları yazıb:. "Canım qızım, dünən konsertdə yanında ola bilmədim. Uzaqda olsaq da, ürəyim həmişə səninlədir. Həmçinin Almaniya mətbuatında yer almağı

13 sentyabr
.

Kardaşyan xəstəliyini açıqladı - Atası da eyni xəstəlikdən ölüb

Amerikalı televiziya ulduzu Kim Kardaşyan səhhəti ilə bağlı açıqlaması ilə gündəmə gəlib. 45 yaşlı məşhur yeni televiziya proqramının tanıtım çarxında ona özofajit diaqnozu qoyulduğunu açıqlayıb. xarici mediaya istinadən xəbər verir ki, "Kardaşyanlar" verilişinin yeni mövsümünün treylerind

20 sentyabr
.

Evində ölü tapılan Serhat Kılıçla bağlı ŞOK AÇIQLAMALAR: 2 ildir...

Xəbər verildiyi kimi, türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində sevgilisi tərəfindən ölü vəziyyətdə tapılıb. Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kılıçın ölümündən sonra ortaya atılan müxtəlif iddialara münasibət bildirən həmkarı Şoray Uzun insanları ehtiyatlı olmağ

6 sentyabr
.

CeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar

ABŞ-nin Minnesota ştatında oğurluq ittihamı ilə saxlanılan 35 yaşlı Sirena Enn Kuastın polis tərəfindən çəkilmiş fotosu sosial mediada böyük marağa səbəb olub. Səbəb isə onun məşhur müğənni və aktrisa Cennifer Lopezi xatırlatmasıdır. "Qafqazinfo"nun xəbərinə görə, hadisə Montiçello şəhərind

18 sentyabr
.

Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)

Xəbər verdiyimiz kimi, britaniyalı supermodel Naomi Kempbell Bakıya gəlib. Qaynarinfo xəbər verir ki, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün paytaxtımıza təşrif buyuran model keçmiş italiyalı milyonçu nişanlısı, 76 yaşlı iş adamı Flavio Briatore ilə Bakıda görüşüb. Keçmiş cütlük pit-ley

25 sentyabr
.

Rəqsanə İsmayılovaya ağır itki

Müğənni Rəqsanə İsmayılovaya ağır itki üz verib. Axşam.az xəbər verir ki, onun atası İsmayıl İsmayılov dünyasını dəyişib. Bu barədə şair Nazilə Səfərli sosial şəbəkədə paylaşım edib:. "Əziz dostum Rəqsanə İsmayılovaya atasının vəfatı ilə bağlı baş sağlığı verirəm. Allah rəhmət eləsin. Allah günahların

24 sentyabr